Şəhid anası: "Oğlumun nişanlısının toyunda oynayacam” - MÜSAHİBƏ

Sosial 14:58, 15 oktyabr 2025, 11
Şəhid anası: "Oğlumun nişanlısının toyunda oynayacam” - MÜSAHİBƏ


“Hamı müharibə bitdiyi üçün sevinib, bayram edəndə,, mən oğlumu toprağa basdırırdım”.
 
Şəhid gizir Rüfət Əliyevin evinə gedirik. Binanın həyətinə çatanda, onun şəkli olan lövhələr bizi qarşılayır. Güman edirik ki, mənzil nömrəsi 8-ci mərtəbəyə aiddir, liftlə qalxıb, evi tapmırıq, fotoqrafımız İlkin deyir ki, yuxarı bax, 9-cu mərtəbnin pilləkənlərinə gül düzülüb, əminəm ki, ev oradadır. Bu qənaətlə yuxarı çıxırıq, Məlahət xanım qapını açıq qoyub,  bizi qarşılayır. Tanış olduqdan sonra, digər otağa dəvət edir və Rüfətdən danışırıq. Otaq başdan başa onun şəkilləri, əşyaları, medalları, geyimi ilə doludur. Qapıdan daxil olan kimi onun şəkli sərilmiş stulla göz-gözə gəlirik. Sanki baxır, görür… Məni qəhər boğur.
 
HAŞİYƏ
 
“Gizir Əliyev Rüfət Füzuli oğlu 6 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbində alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil alıb. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Rüfətin aldığı ali təhsil qısa müddətdə hərb sənətinin incəliklərinə yiyələnməsinə kömək etdi. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatıldı. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak etdi. Bu döyüşlərdə bir neçə yaralı yoldaşlarını döyüş meydanından çıxardaraq onların həyatını xilas etdi. Zəngilan şəhərinin azad olunması uğrunda döyüşlərdə Rüfət şəxsi fədakarlıq göstərərək, xeyli sayda düşmən əsgərini məhv edib. Noyabrin 8-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə gizir Quliyev Rüfət şəhidlik zirvəsinə ucaldı”.
 
Məlahət xanım ağlaya-ağlaya deyir ki, hamı müharibə bitdiyi üçün sevinəndə, mən oğlumu toprağa basdırırdım.
 
“Rüfətim nişanlı idi, martda toyu olacaqdı. 5 illik sevdiyi qızla evlənəcəkdi. Onun ölüm xəbərini noyabrın 8-i səhər saat 11-ə 10 dəqiqə qalmış aldıq. Həmin vaxt gəlinimlə  pərdə almağa gedirdik... 5 ildir o evin qapısını açmıram, gedə bilmirəm.  Cehizlər də, hələ oradadır. Qız da, o evə getmir. Mən heç vaxt toya getməmişəm, gedə də bilmirəm. Gəlinimə deyirəm ki, “Səmiş, ana sənə qurban olsun, bircə sənin toyunda əl qaldırıb, oynayacam”. 
 
Öz-özümə deyirəm ki, nə yaxşı fotoqraf Rüfətin işi çıxdı, gələ bilmədi. Mən şəkil çəkmək üçün hər dəfə Rüfət-Rüfət desəydim, axı o ana, daha pis hiss edərdi…
 
Məlahət xanım öz şəklini göstərir, onu heç cür tanıya bilmirik. Dərd insanı dəyişdirir, deyirlər… Daha sonra Rüfətin nişan, məktəb və üniversitetdəki məzun şəkillərinə baxırıq.
“Bu şəklin rəngi solub, gedib. Rüfətin dostu çəkibmiş bunu. Amma qıymıram, nə ata bilərəm, nə cıra. Rəngi qaçsa da, həmişə saxlayacam.
 
Rüfətim uşaqları çox sevirdi. Deyirdi ki, “mama, görəsən, mənim də uşaqlarım da gözəl-göyçək olacaq?” Deyirdim ki, niyə olmasın. Sən yaraşıqlısan, gəlinim də gözəldir.
 
Bu şəkil ölümündən bir gün qabaq, noyabrın 6-sı çəkilib. Həmin günə qədər telefonla danışırdı”.
 
- Nə danışdınız? Harada olduğu barədə nə isə deyirdi?
 
- Yox, bircə Füzulidə olanda dedi ki, atamın adındayıq. Amma müharibədə olduğunu gizlədirdi. Top, tüfəng, silah səsini eşidirdim,  təlimdəyəm deyib, söhbəti dəyişirdi. İndi.mənə deyirlər, gəl səni Şuşaya aparaq, balamın qanı tökülən yerə mən ayağımı basa bilmərəm (ağlayır).
 
- Rüfət təlimə getdiyi üçün müharibədə iştirak etməli oldu. Hiç dedinizmi, getmə?
 
- Gəlinim Rüfət gedəndə o qədər ağladı ki… Bircə günün içində “gedəcəm”, dedi, getdi. Deyirdi, “mama, göndərdiyim videoları, şəkilləri nabədə haradasa paylaşarsan. Gələndə sənə o qədər sözlər danışacam ki” Balamın sözləri ürəyində qaldı…
 
Videosunu göstərir. Döyüş yoldaşı deyir: “ayağınızın altına baxın mina olar”. Amma Rüfət, “olsun da, nə var ki, burada. Uzaqbaşı bir ayağımızı itirəcəyik”, deyir.
 
“Rüfət hər şeyə bax, beləcə adi baxırdı. Qorxusu yox idi.  O, noyabrın 7-dən 8-nə keçən gecə saat 2-yə 20 dəqiqə qalmış anadan olur. Elə yeni vaatda da, şəhid oldu. Bu qədər təsadüf ola bilməzdi. Başladım araşdırmağa, “Qurani-Kərim” də oxudum ki, gecə anadan olan insanlar gündüz ölə bilməzlər.
 
Deyirdi ki, adam şəhid ola, yas məclisini də Hacı Şahinlə, Hacı Surxay apara. Rüfətimin istədiyi kimi də, oldu.  Hacı Surxay bizə gələndə dedi ki, onu Füzulidə mən kəfənləyib, yola salmışım.
 
Onun videolarına baxa-baxa, danışırıq.
 
- Harada işləyirdi?
 
- Hava limanında.
 
Stulun üstünə Rüfətin şəkli həkk olunmuş bayraq sərilib. Elə bil ki, o da, bizi dinləyir, bizə baxır…
 
“Rüfət 11 yaşından namaza başlamışdı. Bir dəfə Qaxa istirahətə getmişdik. Onda dedi ki, mama mən namaz qılacam. Bildirdim ki, istirahətə gəlmişik, yaşın da azdır. Dedi ki, yox, səhər durub namaza başlayacam. O vaxtdan bəri bir gün belə, qəza etmədi. Döyüşdə olanda da, namazını qılırdı. İki kilometrelik məsafəyə bulağa qədər gedib, dəstəmaz alıb, gəlirmiş. Bir dəfə kürəyi qanlı halda, bir dəfə də bulanlıq su ilə dəstəmaz alıb, namaz qılıbmış. Zəng edib, qardaşına demişdi ki, öyrən, gör o qəbul sayılır? Arada Hacı Şahinə kömək etməyə gedirdi. Axır vaxtlar Muxtarnamə və Hz Yusifin serialına baxırdı”.
 
Məlahət xanım Rüfətin bəy otağının, evinin, cehizlərinin şəkillərini göstərir:  “Oğlum deyir ki, mama, gedək evə? Deyirəm, gedə bilmərəm, sata da bilmərəm. Elə bilirəm ki, Rüfət oradadır… Martın 14-ü ona toy edəcəkdik (ağlayır). Elə arzulayırdım ki, oğlumun evini döşəməyi, onu bəy kimi görməyi. Hər şeyin ən yaxşısını, ən bahalısını almaq üçün çalışırdım. Adanaya getdim, gəlinim üçün hər şeyi seçib, özünə göndərdim. Təki ürəyincə olsun, deyə. Qudalarıma  da deyirdim ki, nəyəsə gücünüz çatmasa, fikir eləməyin, mən hamısını öz öhtəmə götürürəm, ikisi də mənim övladımdır. Aldım, yığdım, xonçalarım açılmaz qaldı, aça bilmədik. Verdim hamısını Səmişə. Mənim nəyimə lazım idi onlar?”.
 
- Gedib, gəlişiniz var?
 
- Axrıncı dəfə atasının yasına getmişdik. Deyirlər ki, o, ölməmişdən bir gün qabaq ancak Rüfətdən danışıb. Elə çok istəyirdi ki… 63 yaşı var idi, anidən beyninə qan sızıb, vəfat edib. Allah rəhmət eləsin.
 
- Bəs necə tanış olmuşdular? Ailə ilə qohumluğunuz var idi?
 
Yox, bacımın qızı bağçaya gedirdi. Gəlinim də, orada təcrübəçi kimi çalışırmış. Bacım gələndə demişdi ki, bağçada çox mülayim, mehriban, gözəl qız işləyir, bəlkə Rüfətlə tanış edək? Oğlum düz 6 ay oraya gedib-gəldi. Deyirdi ki, mama, Allaha yalvarmışım. Əgər o, mənə uygundursa, qismət et, evlənək. Əvvəllər qız istəməsə də, sonradan bir-birlərini tanıyıp, sevdilər. Arada dalaşırdılar, amma ayrı qala  bilmirdilər. Elə bil, onlar iki göyərçin idi. Baxırdım, həvəsim gəlirdi. Gəlinimi çox istəyirdim, qucağımda oturdub, əllərindən öpürdüm. Rüfət məni hər şeydən məhrum qoydu, onunla bağlı arzularım ürəyimdə qaldı (ağlayır). Mahnı çalınmamış mən durub, oynayırdım. O gedəndən bəri oynamağın nə olduğunu unutmuşum, oynaya bilmirəm, gülə bilmirəm.
 
- Digər övladlarınız subaydır?
 
- Onlar əkizdir,  nə qədər desəm də, evlənmirlər. Hər şeyləri hazırdır, amma istəmirlər. Sanki sınıblar.
 
- Məlahət xanım, Rüfətdən danışmağa başlayanda ilk sözünüz o oldu ki, hamı müharibə bitti deyə, sevinəndə, mən oğlumu torpağa basdırırdım. Şəhid xəbəri gəldiyi anı xatırlayırsınız?
 
- Mən Konservatoriya məzunuyam. Həm müəllim işləyirəm, həm də ikinci iş kimi gəlin saçı yığıram. Bir tanışımız karantin olduğu üçün evdə kiçik yığıncaq kimi toy edirdi. Mən də onların saçını yığırdım. Gəlinim Sədərəyə getmişdi, işimi bitirib, onunla birgə pərdə, televizor alıb, evə qoyası idik. Rüfət də, ayın 6-sı Səmişlə danışanda deyibmiş ki, gələcəm, anama demə, birlikdə sürpriz edərik. Noyabrın 8-i Səmiş zəng elədi ki, ana, hardasan? Elə bilirdi, Sədərəkdəyəm. Dedim ki, telefonu atana ver. Soruşdu ki, nə olub, nə olub? Heç nə alma, Rüfət şəhid oldu, dedim… Qız telefonda necə qışqırdısa, səsinə hamı yığışdı.
 
Mən də, inanmadım, onun şəhid olduğunu qəbul etmədim. Deyirdilər, ölən Rüfət deyil. Hamımız bir-birimizi qucaqlayıb, ağlayırdıq, qışqırırdıq. 7 bacım var, hərəsi bir qurban demişdi, təki Rüfət olmasın, təki o, sağ qayıtsın. Dostunu çağırdılar ki, gəl sən bax, gör tanıya bilirsən? Rüfətimin üzünün yarısı yox idi. Dostu baxanda bilmişdi ki, odur. Götürüb, qucağına gətirmişdi. Onu yerə qoymamışdılar ki, yerdə qalası oğul deyil. Axı o, mənə demişdi gələcəm… Görmədim balamı, başını, qollarını qəlpə aparmışdı. Tanınmaz hala düşübmüş. Nəşi gələndə baxmadım, baxa bilməz idim. Necə yola salmışdımsa, o cür xatırlamaq istəyirdim. Deyirdi ki, mən tankam. Bütün ağır yükləri də, özüm daşıyıram. Heç kim məni yıxa bilməz. Həmin yerdə üç nəfər idilər, üçü də, şəhid oldu. Dostuna deyirmiş ki, yorulmuşum, amma qaça bilmərəm, kaş azca istirahət edə bilsəydim, dincliyimi alardım. Rüfətim o qədər qanacaqlı oğul idi ki… Başını qaldırıb bir qadına baxmazdı, amma  uşaqlı, əlində ağır yüklü qadın görsəydi, mütləq ona kömək edərdi.
 
- 5 il keçib. Onun yoxluğu əvəllər daha ağrılı idi, yoxsa indi?
 
Ürəyimin yanğısı indi daha çoxdur. Əvvəl gümanım var idi ki, gələcək, amma başa düşürəm ki, daha gəlmir, gəlməyəcək, yanıram, yaşamaq istəmirəm, iki uşağıma görə qalmışam (ağlayır). Bircə dəqiqə Rüfət evə gəlsin, üzünü görüm. Ondan sonra canımı alsınlar, razıyam. Kaş bircə dəqiqə görə bilərdim, qucalayardım, bağrıma basıb, ölərdim. Fikirləşirəm ki, o vurulanda, başını torpağa qoyanda axrıncı sözü nə oldu? Ana uşağı idi. Atasıyla o qədər danışmırdılar. Yoldaşım bircə soruşurdu, danışmısan, yaxşıdır? Vəssəlam.
 
- Atalar soyuqqanlı olurlar.
 
- Yoldaşım qəbirüstünə də çox az gedir.
 
- Bəlkə də, oğlun o cür görmək istəmir.
 
Rüfətin məzarının şəklini göstərir. “Qəbirstanlığa getmişdik. Rüfətin yanındakı bütün şəhidləri də, ziyarət edirik, anaları olmayanların da qəbrinə baş çəkirik, hamısı bizim övladımızdır. Şəhidlərimizin doğum günlərini də, qeyd edirik, yığışıb süfrə açıb, ehsan verirəm”.
 
- Sizin neçə yaşınız var?
 
- 60. Axrıncı ad günümü Rüfətlə keçirmişəm.
 
- Rüfətinkini qeyd edirsiniz, amma…
 
“Biz, şəhid anaları çalışırıq ki, övladlarımızın xatirəsini yaşadaq. Əlimizdən gələni edək. Rüfətimin ad günündə süfrə bəzəyirəm, elə bilirəm o, buradadır, görür. O gedəndən sonra özümə aid hiç nəyi qeyd etmirəm, edə bilmərəm, əlim gəlmir”.
 
Yenidən fotoları göstərir.
 
- Çox dəyişmisiniz.
 
- Həmin adam deyiləm. Elə bil, o, mən deyiləm.
 
Məlahət xanımın bacarığı müəllimlik və saç yığımı ilə məhdud deyilmiş. Telefonda şəkilləri çevirə-çevirə özünün çəkdiyi rəsmləri də, göstərir.  O, rəssamlığı da bacarırmış.
 
- İndi də, işləyirsiniz?
 
- Hərdən o qədər darıxıram ki, bilmirəm özümü hara vurum, nə edim. Onda başımı qatmaq üçün işləyirəm.
 
- Divanın üstündəki formaya baxıb, müharibədə geyindiyidir? Soruşuram.
 
“Bu formanı Rüfətim təlim vaxtı geyinib, şəhid olanda qollarından vurulduğu üçün, o forması yoxdur…”
 
Yenə xatirələr canlanır: “İçdiyi çay, qənd, çıxarıb, qoyduğu başmaqları - hamısı Rüfətin evindədir, heç birinə əl vurmamışıq. Dərd var, dərdin də dərdi, böyüyü var. Çox ağırdır. O, təmiz uşaq idi, çox.
 
Bir dəfə İsmayıllıya getmişdik. Çıxana yaxın dedi ki, mama, susamışam, bir kompot alım, içim. Evə gəlib çatanda, pulunu ödəmişəmmi? Xatırlamıram, dedi. Sabah gedəndə baxarıq, ödəyərsən, oğlum, dedim. Amma o, dayanmadı, “sabaha kim qaranti verir ki, sağ qalacayıq?” deyib, evdən çıxdı. 75 qəpikdən ötürü 46 kilometr yolu qayıtdı. Çatanda öyrəndik ki, pulu da, kürəkənimiz ödəyib.
 
Rüfət maaşını alıb, qocalara, kimsəsiz uşaqlara, imkansızlara kömək edirdi”.
 
- Bəs şəhid ailəsi kimi ev verildi sizə?
 
- Yox, oğluma evdən muzey düzəlmək istəyirəm. Onun geyimlərini, şəkillərini evdən asmaq, ehsanları orada vermək istəyirəm. Rüfətin ətirlərini də saxlayıram, boş qabları belə… (ağlayır).
 
- Stuldan durub, pəncərəyə doğru gedir, bizi də çağırır: “Dənizi o qədər sevirəm ki, 5 ildir bu pəncərədən dənizə, bulvara baxıram, amma bircə dəfə də getməmişəm, gedə bilmərəm. Həmişə Rüfətlə gəzirdik…. Mən yaşaya bilmirəm, axı o,  gələcəm demişdi…  (ağlayır)
 
Beləcə, şəhid Rüfət Əliyevin evindən ayrılıb, gedirik. (APA)
 
 
 
 
 
 
 

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Yanvarın 17-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq

12:18, 16 yanvar Sosial

Orta aylıq əməkhaqqı bu qədər artıb

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. Bu barədə “Bakuinfo"ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

12:15, 16 yanvar Sosial

İlham Əliyevin İsveçrəyə səfəri gözlənilir

Yanvarın 19-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə illik toplantısı keçiriləcək. "Bakuinfo" xəbər verir ki, toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Forumun dəvətliləri arasında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Almaniya Kansleri Fridrix Mertz, Finlandiya Prezidenti Aleksandr

11:40, 16 yanvar Siyasət

Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO

Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir. Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını

11:39, 16 yanvar Siyasət

Azərbaycanda iki valyuta kəskin UCUZLAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0393 manata kimi, Avro 1,9738 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1849 manata kimi bahalaşıb.

11:36, 16 yanvar İqtisadiyyat

10 avtomat, 79 tüfəng aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə "Bakuinfo"ya DİN-dən məlumat verilib. Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

11:24, 16 yanvar Sosial

Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı

Bakı–Şamaxı–Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü tutulub. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. Məlumata görə, idarənin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni

11:21, 16 yanvar Kriminal

Şahin Tağıyevlə vida mərasimi keçirilir - FOTOLAR

İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib. "Bakuinfo" xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyinin, Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, hərbçilər, Milli Qəhrəmanın döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn ediləcək. Qeyd edək ki, ötən il 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən

11:19, 16 yanvar Sosial

Powered by MirTech