Kamaləddin Heydərovun ailə holdinqinin toxunulmazlıq DOSYESİ

Sosial 15:30, 25 oktyabr 2025, 15
Kamaləddin Heydərovun ailə holdinqinin toxunulmazlıq DOSYESİ


Azərbaycan məhkəmə sistemində nadir rast gəlinən qərarlardan biri - Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2024-cü ilin yanvarında çıxardığı “Aygün Mahmudova Azərbaycana qarşı” qərarı, 15 ildir davam edən bir daşınmaz əmlak mübahisəsini yenidən məhkəmə müstəvisinə qaytarıb. İşdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun ailə holdinqi olan "Gilan"ın adı keçir. Söhbət alqı-satqı predmeti olan mülkə görə dəyərinin ödənilməməsi və saxta sənədlərlə vətəndaş Aygün Mahmudovanın əmlakının ələ keçirilməsindən gedir.

Ali Məhkəmə AHİM qərarını əsasında Azərbaycan məhkəmələrinin çıxardığı bütün qanunsuz qərarları ləğv edib və işə yenidən baxılması üçün məhkəmələrə göstəriş verib. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir və növbəti proses 28 oktyabr tarixinə təyin olunub.

 Aygün Mahmudovanın “Gilan” MMC ilə uzun illərdir davam edən hüquqi mübarizəsi bu dəfə də biabırçı və qanunsuz qərarlar verilməklə sonuclana bilər. Bu isə "Konstitusiya və Suverenlik ili"ndə Azərbaycan adına böyük rəzalət olar.

Saxtalaşdırılmış sənədlər, itirilmiş mülkiyyət

Hər şey 2010-cu ilin payızında, Aygün Mahmudovanın özünə məxsus əmlakın sənədlərinin saxtalaşdırılaraq “Gilan” MMC tərəfindən qanunsuz ələ keçirildiyini aşkar etməsindən sonra başlayıb. 

O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edib. Hakim Elmar Kərimovun 14 oktyabr 2010-cu il tarixli qərarı ilə Aygün Mahmudovanın iddiası qismən təmin olunub, “Gilan” MMC ilə bağlanmış saxta alqı-satqı müqaviləsi etibarsız elan edilib, daşınmaz əmlakın dövlət qeydiyyatına dair sənədləri ləğv olunub. Lakin bir neçə ay sonra,  2011-ci ilin martında, Bakı Apellyasiya Məhkəməsi (hakimlər X.Məmmədov, K.Bədəlov və E.Nəbiyev) “Gilan” MMC və Bayramova Aidə Ənvər qızının apellyasiya şikayətlərini qismən təmin etdi, Mahmudovanın xeyrinə olan hissələr ləğv olundu. 

Üstəlik, məhkəmə Bayramova Aidə Ənvər qızının Aygün Mahmudovanın adından verilmiş ümumi etibarnamə ilə əmlak üzərində apardığı əməliyyatlarda cinayət əlamətləri ola biləcəyini qeyd edərək, Xüsusi qərardadla Baş Prokurorluğa müraciət etdi.

Ancaq 14 il keçməsinə baxmayaraq, bu qərardad üzrə heç bir istintaq aparılmayıb.

Aygün Mahmudova Ali Məhkəməyə kassasiya şikayəti verərək, apellyasiya instansiyasının həm maddi, həm də prosessual hüquq normalarını pozduğunu bildirib.

Lakin hakim Ələsgər Əliyevin sədrliyi ilə Ali Məhkəmənin Mülki Kollegiyası onun şikayətini rədd edib.

Beləcə, Azərbaycan məhkəmələri səviyyəsində Aygün Mahmudovanın ədalət axtarışı bitib. O, 2011-ci ilin oktyabrında AİHM-ə müraciət edib.

AİHM 18 yanvar 2024-cü il tarixli qərarı ilə Aygün Mahmudovanın Konvensiyanın 6-cı maddəsi üzrə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb.

Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə verilmiş qərarı ilə 2011-ci ildə verilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarını ləğv edib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Plenum qərarında  açıq şəkildə bildirilib ki, apellyasiya instansiyası iddianın hüquqi nəticələrini bərpa etmədən, mülkiyyətin qaytarılması və ya əvəzinin ödənilməsi məsələsini həll etmədən qərar çıxarıb, bu isə Mülki Məcəllənin 337.5-ci maddəsinə ziddir.

Aygün Mahmudova deyir ki, hazırda iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakimlər Fərrux Qasımov, Günay Axundova, Leyla Əliyevanın icraatındadır. Onun sözlərinə görə vəkili 2025-ci ilin sentyabr-oktyabr aylarında məhkəməyə bir-birinin ardınca vəsatətlər təqdim edib:

2236 nömrəli vəsatətlə sənədli təftiş və xəttşünaslıq ekspertizasının təyin edilməsi,

2243 nömrəli vəsatətlə vacib sənədlərin tələb edilməsi,

2252 və 2253 nömrəli ərizələrlə saxta kassa orderi və sübutların təmin edilməsi barədə olub.

Lakin məhkəmə bu sənədlərin heç birinə heç bir əsas gətirmədən baxmayıb!

Üstəlik, 11 və 19 sentyabr tarixli müvəqqəti təminat tədbirləri barədə vəsatətləri də heç bir əsaslandırma aparmadan rədd edilib.

Aygün Mahmudova bir daha  ailəsinin 17 ildir ədalət axtarışında olduğunu vurğulayaraq ölkə rəhbərliyindən bu işin şəxsi nəzarətə götürülməsini və “Gilan” MMC-nin saxtakarlıqlarına hüquqi qiymət verilməsini xahiş edir:

“Sizdən xahiş edirəm ki, bu özbaşınalığa son qoyasınız. Mən “Konstitusiya və Suverenlik İli”ndə ədalət istəyirəm”.

Avropa Məhkəməsinin qərarına baxmayaraq, 2025-ci ilin payızında da Aygün Mahmudova hələ də məhkəmə dəhlizlərindədir. (Musavat.com)

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech