Bu nazirlik yoxlanılır - Komitə sədri TƏSDİQLƏDİ
Son vaxtlar aqrar sektorla bağlı rəsmi statistik göstəricilər ətrafında müzakirələr artıb.
Modern.az-ın əldə etdiyi məlumatına görə, aqrar sektora aid rəsmi statistikaya şübhələr yarandığından yerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilməsinə göstəriş verilib.
İddialara görə, bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30 faiz şişirdilib, bəzi yerlərdə isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub. Məsələn, bəzi ekspertlər bildirirlər ki, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək “yerli istehsal” kimi sənədləşdirilib. Belə faktlar aqrar siyasətin effektivliyini sual altına salır.
Modern.az saytı aqrar sektordakı yoxlamalara, rəqəmlərin reallığı əks etdirib-etdirmədiyinə dair iddialara münasibət öyrənmək üçün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə əlaqə saxlayıb.
Deputat bildirib ki, statistik məlumatlarla bağlı yayılan iddialar barədə indidən fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və nəticələrdən sonra məsələ aydınlaşacaq:
“Araşdırmaları mütəxəssislər aparır, biz bu məsələyə yalnız yoxlamalar yekunlaşandan sonra münasibət bildirə bilərik. Mən həmin hadisələrin içində deyiləm ki, deyim statistika doğrudur, yoxsa səhvdir. Dövlət Statistika Komitəsi var, biz məlumatları onlardan alırıq və təbii ki, bu məlumatlara inanırıq. Amma hansısa nazirlik və ya müəssisə öz statistik göstəricilərini düzgün təqdim etmirsə, bu, artıq geniş araşdırma tələb edir”.
Komitə sədri onu da qeyd edib ki, aparılan yoxlamalar nəticəsində bəzi faktlar təsdiqini tapır, bəziləri isə təkzib olunur:
“Hər bir müəssisədə, istər hesablama xidmətində, istərsə də digər orqanlarda araşdırmalar aparılır. Harada ciddi nöqsan və ya maliyyə çatışmazlığı aşkarlanırsa, sözsüz tədbirlər görülür. Xırda səhvlər olduqda isə tövsiyə və təkliflər verilir. Amma bir daha vurğulayıram, yalnız yoxlamaların nəticəsindən sonra konkret fikir söyləmək mümkündür”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, Azərbaycanda aqrar sektordakı statistika ilə bağlı problemlər yeni deyil və illərdir bu sahədə manipulyasiyalara yol verilir:
“Dəfələrlə açıqlamalarımda, çıxışlarımda demişəm ki, statistik göstəricilərdə xətalara yol verilir. Bir dəfə ANS TV-də Dövlət Statistika Komitəsinin sədr müavini ilə bir verilişdə iştirak edirdim. Komitənin rəsmi kitabından konkret rəqəmləri seçib faktlarla göstərdim ki, istehsal göstəriciləri süni şəkildə artırılıb, idxal isə azaldılıb. Bu tendensiya xüsusilə 2010-cu illərdən müşahidə olunur. Növbəti ildə artım göstərmək üçün isə əvvəlki ilin rəqəmləri sonradan aşağı salınırdı”.
Ekspertin sözlərinə görə, eyni hal bu gün kənd təsərrüfatı statistikalarında özünü göstərir:
“Məsələn, 2019-cu ildə keçmiş nazirin dövründə buğda istehsalı 2 milyon 100 min ton kimi göstərilmişdi. Halbuki bu il 1 milyon 580 min ton istehsal olunub. 600 min ton fərq böyük göstəricidir. Həqiqətən də Azərbaycan o qədər buğda istehsal etmişdimi? Əlbəttə yox. Əgər bu qədər istehsal olunsaydı, niyə 1 milyon 300 min ton buğda idxal edilirdi? Bu, mümkün deyil”.
Müsahibimiz vurğulayıb ki, bəzi hallarda xaricdən kəsim üçün gətirilən heyvanlar yerli istehsal kimi təqdim olunur:
“Ölkəyə gətirilən heyvanlar burada kəsilir və daxili istehsal kimi göstərilir. Halbuki bu, doğru deyil. Həmçinin xaricdən gətirilən buğda burada emal olunur və tamamilə yerli istehsal kimi təqdim edilir. Şəkər, bitki yağı kimi məhsullarda da eyni vəziyyətdir. Yəni bu, ümumilikdə yanlış statistika yaradır”.
V.Məhərrəmov onu da diqqətə çatdırıb ki, bu kimi problemlər korrupsiya və saxtakarlıqla da əlaqəlidir:
“Bu yaxınlarda hətta bir sahibkar mənə dedi ki, Kənd Təsərrüfatı Nazirliyindən yoxlamaya gəliblər, bağın intensiv olub-olmadığını yoxlayıblar. Bağ adi olduğu halda, rüşvət müqabilində qurumuş budaqları gətirib yerə basdırmaq təklif olunub ki, güya bu intensiv bağdır və subsidiya ala bilsinlər. Bu kimi hallar statistik rəqəmləri şişirdir. Bəzi məmurlar öz sahələrini daha böyük göstərərək daha çox subsidiya alırlar. Nəticədə iqtisadi göstəricilər reallığı əks etdirmir”.
Kənd təsərrüfatı eksperti bu problemlərin aradan qaldırılması üçün ciddi kadr islahatlarının aparılmasının vacibliyinə də toxunub:
“Həm Kənd Təsərrüfatı Nazirliyində, həm Statistika Komitəsində, həm də yerli icra orqanlarında kadr islahatları aparılmalıdır. Əks halda, saxtakarlıq və rüşvət halları davam edəcək. Bu isə ölkə iqtisadiyyatına birbaşa mənfi təsir göstərir”.
Ekspertin sözlərinə görə, hazırda bəzi rayonlarda aparılan yoxlamalar nəticəsində istehsal və əkin sahələri ilə bağlı şişirtmələr də aşkarlanıb:
“Bəzi nöqsanlar üzə çıxacaq, amma ümumi vəziyyət yenə də real mənzərəni tam əks etdirməyəcək. Hazırda kənd təsərrüfatında vəziyyət çox acınacaqlıdır. Yalnız yoxlamalar yekunlaşdıqdan sonra yeni rəqəmlərin ortaya çıxması mümkündür”,- deyə V.Məhərrəmov fikrini tamamlayıb.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Son Xəbərlər
Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb. “Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib. Bundan başqa, AB-nin Cənubi
Polis xeyli silah-sursat aşkarladı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı
İcra hakimiyyətlərində şöbələr ləğv edildi, yeni sektorlar yaradıldı
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib. "Bakuinfo" xəbər verir ki, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb. Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər. Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri
Bu nazirliklər birləşdirilir
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və
Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. "Bakuinfo" xəbər verir ki,
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox