Mehdiyevlər ailəsinə məxsus olan klinika ilə bağlı ŞOK DETALLAR

Sosial 11:42, 31 oktyabr 2025, 3
Mehdiyevlər ailəsinə məxsus olan klinika ilə bağlı ŞOK DETALLAR


Bakıda fəaliyyət göstərən və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olan “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq. Məlumata görə, artıq bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir. Üstəlik, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb. Bu səbəbdən tezliklə klinikanın tamamilə sıradan çıxacağı gözlənilir.
 
"Bakuinfo" Bakupost-a istinadla xəbər verir ki, “German Hospital”ın adı indiyə qədər müxtəlif qanunsuzluq və qalmaqallarda hallanıb.
 
2010-cu illərdə yaradılan tibb mərkəzi 10 ilə yaxın müddətdə “Astoriya” adı altında fəaliyyət göstərib. Yarandığı gündən adı həkim səhlənkarlığı ilə yadda qalan klinika, xüsusən də, onun doğuş şöbəsi ilə bağlı qalmaqallar səngiməyib. 
 
Belə ki, “Astoriya”da uzun müddət müvafiq lisenziya olmadan təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilib. Bu xidmətlərin bərbad vəziyyətdə olduğu isə klinikada baş verən ana və uşaq ölümü halları ilə bağlı şikayətlərdən də bəlli olur.
 
Məsələn, 2015-ci ildə 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı dünyasını dəyişib. Xəstənin yaxınlarının dediyinə görə, təbii yolla baş verən doğuşu ağrısız etmək ucun xəstə anestaziya olunub. Bu zaman onun halı pisləşib və ürəyi dayanıb.
 
Yusif Sadiyev adlı vətəndaşın isə 2018-ci ildə həmin klinikada əkiz uşaqları dünyaya gəlib. Əvvəlcə hospitalın həkimləri doğulan uşaqların yaxşı olduğunu bildiriblər. Lakin valideynlərə heç bir analizin cavabı göstərilməyib. 3 gündən sonra isə bildiriblər ki, uşaqlardan biri ölü doğulub.
 
Klinikada baş verən ardıcıl ölüm hadisələrindən sonra daxil olan şikayətlər nəticəsində Səhiyyə Nazirliyinin təzyiqi ilə klinika bir il müddətinə fəaliyyətini dayandırıb. Reputasiyası korlanan “Astoriya” Tibb Mərkəzi Mehdiyevlərin kürəkəninin Gülya adlı dayısı qızı və Səttar adlı qardaşı oğlunun rəhbərliyə ilə 2020-ci ildə adını “German Hospital”a dəyişərək əsasən, ginekologiya və doğuş xidməti üzrə təkrar fəaliyyətə başlayıb. Amma bu klinikanın fəaliyyətində heç nəyə təsir etməyib, tam əksinə vəziyyət daha da pisləşib.
 
Belə ki, sertifikatı olmayan ginekoloq və tibb işçilərinin çalışdığı klinikada ictimai rəydə böyük əks-səda doğuran qalmaqallar davam edib. Məsələn, bir müddət əvvəl "German Hospital"da çalışan Ləman Əıiyeva adlı ginekoloqun əməliyyatı çəkib sosial şəbəkədə paylaşması ölkədə ciddi ajiotaj yaratmışdı.
 
2022-ci ilin aprelində isə Türkan Bayramova adlı şikayətçi yerli mətbuata bildirmişdi ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Belə ki, əməliyyat zamanı qadının sağlamlığına ciddi ziyan dəyib, üstəlik, o, ana olmaq imkanından məhrum olub.
 
Vüsal Zeynalov adlı şikayətçi isə 2023-cü ildə “German Hospital”ın qarşısında canlı yayım açaraq, həyat yoldaşının hospitalda göz görə-görə ölümə sürükləndiyini deyib.
 
Qeyd edək ki, 2023-cü ilin məlumatına görə, “German Hospital”da təbii doğuşun qiyməti 900 manat, qeysəriyyə isə 1200 manat olub.
 
“German Hospital”dakı digər şöbələrdəki yarıtmazlıq ginekologiya və ya doğum xidmətindən geri qalmayıb. Məsələn, 2023-cü ildə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda klinikadan şikayət etmişdi: “Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
 
Onu da qeyd edək ki, əgər əvvəllər, daha dəqiqi, "German Hospital" "Astoriya" Tibb Mərkəzi adı altında fəaliyyət göstərdiyi illərdə klinikaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz adamları vasitəsilə nəzarət edirdisə, ad dəyişdikdən sonra o, klinikanın idarəçiliyini öz üzərinə götürüb.
 
Araşdırma zamanı o da aydın oldu ki, klinikanın külli miqdarda vergi və kommunal borcu var. Bir neçə il qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Astoriya” Tibb Mərkəzinin 60 min manatdan çox vergi borcu yaranması ilə bağlı yaydığı məlumat da bunu təsdiq edir.
 
Bundan başqa, ötən ilin məlumatına görə, Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, bu məbləğin bir hissəsini ödəsə də, hazırda yenə də böyük miqdarda vergi borcu qalmaqdadır.
 
Klinikaya yaxın şəxslərin bildirdiyinə görə, Ramiz Mehdiyev amilinə görə, uzun müddət dövlət qrumlarının nümayəndələri "German Hospital"a yaxın düşə bilməyiblər. Belə ki, İlham Əliyevin hətta klinikaya vergi borcuna görə gələn əməkdaşları döyüb klinikadan qovmaq kimi göstərişlər verdiyi bildirilir. Oxşar hadisələrin kommunal xidmət haqları tələbi ilə klinikaya müraciət edən dövlət qrumları əməkdaşlarının başına gəldiyi də bildirilir.
 
Qeyd edək ki, İ.Əliyevin hazırda “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E&S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.
 
Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Son Xəbərlər

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək

İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il

23:12, 14 yanvar Siyasət

Azərbaycanda iki tələbə dəm qazından öldü

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

22:43, 14 yanvar Hadisə

Powered by MirTech