Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı
Əməkdar artist Mehriban Xanlarova daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, o, müraciətin mətnini sosial media hesabında paylaşıb.
Müraciətdə deyilir:
"Hörmətli cənab nazir, ARB kanalında yayımlanan “Günə Uğurla” adlı verilişdə aparıcı Yalçın Uğur mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxararaq müzakirə mövzusuna çevirib.
Qeyd olunan yayım ailə həyatına hörmət hüququmu kobud şəkildə pozub, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurub.
Bu materialın efirə buraxılması ARB kanalının rəhbərliyinin, xüsusilə də icraçı direktor Rəşad Məmmədovun birbaşa məsuliyyət dairəsinə daxildir. Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır.
Hadisədən əvvəl mən şəxsən ARB kanalının rəhbərliyinə ailəmin reytinq mövzusuna çevrilməməsi ilə bağlı açıq xəbərdarlıq etmişdim. Buna baxmayaraq xəbərdarlığım nəzərə alınmamış, əksinə, bilə-bilə, qərəzli şəkildə bu mövzu efirə daşınmışdır. Bu, təkcə peşə etikası qaydalarının deyil, həmçinin mənəvi dəyərlərin və insan ləyaqətinin kobud şəkildə tapdanmasıdır.
Buna görə də məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam".
Qeyd edək ki, bir müddət əvvəl Mehriban Xanlarova efir aparıcılarına onun şəxsi həyatı haqqında müzakirələr etməyi qadağan etmişdi
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr