FHN Lənkəranda təlim keçirdi

Sosial 22:24, 22 noyabr 2025, 23
FHN Lənkəranda təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən noyabrın 18–21-dəLənkəran şəhərində taktiki-xüsusi təlim keçirilib.

“Bakuinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, təlimə nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin, Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis Şöbəsinin,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının, Lənkəran Regional Qaz İstismar İdarəsinin, “Azərenerji” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin, “Aztelekom” MMC-nin Cənub Regional filialının və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin müasir idarəetmə və koordinasiya sistemlərinin iş prinsipləri barədə biliklərinin daha da artırılmasından, irimiqyaslı fəlakətlər zamanı müasir texnologiya və axtarış-xilasetmə üsullarının tətbiqi, eləcə də qarşılıqlı fəaliyyətdə tapşırıqların icrası sahəsində bacarıqların artırılmasından ibarət olub.

Dörd gün davam edən təlimin ilk günündə nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev və Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov fövqəladə hallara hazırlıq məqsədi ilə həyata keçirilən tədbirlər və humanitar əməliyyatlarda iştirakla bağlı geniş məlumat veriblər. Nazirliyin bölmələrinin humanitar əməliyyatlarda iştirakı zamanı qazandıqları təcrübə və tövsiyələr auditoriyanın diqqətinə çatdırılıb, təlimlə bağlı müvafiq tapşırıqlar verilib.

Təlimin nəzəri hissəsində Dəstənin əməkdaşları tərəfindən “Beynəlxalq Axtarış-Xilasetmə və Məşvərət Qrupu (INSARAG)” təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində mövcud standartlar, eləcə də bu istiqamətdə tərtib olunan normativ sənədlər barədə təqdimatlar edilib. Təqdimatlar çərçivəsində “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)” və “INSARAG Koordinasiya və İdarəetmə Sistemi (ICMS)”nin imkanları, iş mexanizmləri və beynəlxalq humanitar əməliyyatlarda medianın rolu ətraflı izah edilib. Təlim iştirakçıları, həmçinin zəruri sənəd və avadanlıqlarla təchiz olunmuş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)” və “Qəbuletmə–yolasalma Məntəqəsi (RDC)”nin fəaliyyət prinsipləri ilə nəzəri və praktiki şəkildə tanış olublar. Bundan əlavə, humanitar əməliyyatların idarə olunması və koordinasiyası zamanı tətbiq edilən müasir peyk rabitə vasitələrinin funksional imkanları iştirakçılara nümayiş etdirilib.

Təlimin praktiki mərhələsində Cənub Regional Mərkəzinin və nazirliyin xilasetmə qurumlarının regionda fəaliyyət göstərən strukturları Lənkəran rayonunda şərti olaraq baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Bu çərçivədə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş edilib, “Əməliyyatlar bazası (BoO)” qurulub və bölmələrin yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər icra olunub. Ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədilə pilotsuz uçuş aparatı, akustik axtarış avadanlığı, termal kamera və digər xüsusi texniki vasitələr tətbiq olunaraq əməliyyatın əsas istiqamətləri müəyyən edilib. Eyni zamanda xilasedicilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib, o cümlədən dağılma riski olan tikililər “dayaqvermə” üsulu ilə möhkəmləndirildikdən sonra müasir xilasetmə avadanlıqlarından istifadə olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə əməliyyatları, tikililərdə “baş vermiş” yanğınların söndürülməsi, “kimyəvi qəzanın” nəticələrinin aradan qaldırılması, “xəsarət alanlara” ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlər icra edilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Sonda təlim geniş müzakirə olunub, nəticələr təhlil edilib.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət

13:54, 12 yanvar Hərbi

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

Son Xəbərlər

Adnan Əhmədzadə haqda - Yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur

18:45, 13 yanvar Kriminal

Bu xanıma yüksək vəzifə verildi

Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.

18:02, 13 yanvar Sosial

Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°

13:52, 13 yanvar Sosial

İrana hücum hazırlıqları başladı

ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.

10:34, 13 yanvar Dünya

Ermənistan işğalla hədələndi

Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj

23:00, 12 yanvar Dünya

“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi

“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı

22:07, 12 yanvar Sosial

Binalarda "Komendant pulu" ləğv olunur

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu

20:53, 12 yanvar Sosial

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident

19:54, 12 yanvar Kriminal

Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə

17:11, 12 yanvar Ölkə

Prezidentdən su ilə bağlı şad xəbər

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr

16:12, 12 yanvar Sosial

Powered by MirTech