İcbari Tibbi Sığorta ilə bağlı YENİ XƏBƏR - ANONS EDİLDİ
ƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun dediklərinə reaksiya - ekspertə görə yekun qərar xalqın xeyrinə olacaq
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib ki, gələn il ola bilər ki, bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarılsın. O qeyd edib ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir: “Və bu günə qədər də bu proses belə davam edir. Xidmət TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir. TƏBİB də o büdcə daxilində o xidmətlərin qarşılığını, mövcud olan xidmətləri verir”.
Nəzərə çatdırılıb ki, büdcənin azalması ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr hələ davam edəcək: “Ölkəmizdə sığortalı və sığortasız kütlə yaradılıb. Sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab olunacaq. Və buna görə də vətəndaşların bu bölgüsü ilə bağlı İcbari Tibbi Sığorta Agentliyində müzakirələr aparılır. İlin sonuna qədər nəticələr bəlli olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Vətəndaşlarımız gözləyirlər ki, İcbari Tibbi Sığorta zərfi hələ daha da genişlənəcək, zərfə yeni xidmətlər əlavə ediləcək, amma rəsmi məlumatlar bunun əksini göstərir. Yəni TƏBİB rəhbəri deyir ki, xidmətlər azalacaq.
Söhbət hansı xəstəliklərdən gedə bilər və niyə?

Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, icbari tibbi sığorta paketinin təkmilləşdirilməsi zamanı bir sıra vacib məqamlar mütləq nəzərə alınmalıdır: “Burada əsas prioritet, birbaşa insan həyatını qoruyan və həyati əhəmiyyət daşıyan tibbi xidmətlərin paketə daxil edilməsidir. Həmçinin insanların gündəlik həyat keyfiyyətinə mənfi təsir edən, zəruri tibbi müdaxilə tələb edən prosedurlar da sığorta çərçivəsinə daxil edilərkən üstün tutulur. Yəni kəskin, həyati risk yaradan və vaxtında müdaxilə edilmədikdə ciddi fəsadlara səbəb ola bilən prosedurlar adətən sığorta paketində ön sırada yer alır. Lakin bütün prosedurlar icbari tibbi sığorta paketinə daxil edilmir. Məsələn, plastik-estetik əməliyyatlar, müxtəlif kosmetoloji xidmətlər, bəzi ölkələrdə gözlə bağlı müəyyən problemlər, eləcə də diş xidmətlərinin bir hissəsi sığorta çərçivəsinə salınmaya bilər. Bu, həm beynəlxalq təcrübədə, həm də bizdə tətbiq olunan mexanizmlərdə müşahidə olunan məsələlərdəndir”.
Həkim əlavə edib ki, bizim ölkədə də son illərdə hər il növbəti büdcə müzakirələri zamanı sığorta zərfinə ediləcək dəyişikliklər müzakirə olunur: “Əslində pilot layihənin tətbiqindən sonra sığorta zərfinin həcmi genişlənməkdə idi. Lakin qarşıdakı büdcə ilində sığorta ayrılmalarının müəyyən səbəblərdən məhdudlaşdırılmasının gözlənilməsi, təbii olaraq, icbari tibbi sığortanın təqdim etdiyi xidmətlər paketində də müəyyən korrektələrin aparılmasını zəruri edir. Bu xidmətlərin həm maliyyələşdirilməsi, həm də hansı qurumlar tərəfindən icra olunması məsələsi də xüsusi diqqət tələb edir. Bu baxımdan müəyyən addımların atılması ilə bağlı müzakirələr aparılır. Lakin hansı xidmətlərin paketdən çıxarılması və ya xidmət zərfində hansı dəyişikliklərin ediləcəyi barədə hələlik yekun qərar verilməyib. Bütün deyilənlər onu göstərir ki, səhiyyə sisteminin dayanıqlı olması və vətəndaşa daha yaxın xidmət göstərməsi üçün icbari tibbi sığortanın büdcəsinin yetərli səviyyədə olması əsas şərtdir. Bu büdcə çərçivəsində vətəndaşların vacib tibbi ehtiyaclarının adekvat şəkildə ödənilməsi təmin edilməlidir. Hesab edirəm ki, aparılan müzakirələr, eləcə də qanunverici orqanlarda və büdcə ilə bağlı qurumlarda gedən proseslər yaxın gələcəkdə bu işin xeyrinə olacaq.
Arzu edirik ki, bu proses davamlı şəkildə inkişaf etsin. Çünki icbari tibbi sığorta artıq təxminən 5 ilə yaxındır tətbiq olunur və bu müddət ərzində əhalinin böyük bir qismi bu xidmətlərdən yararlanıb. Ümumilikdə, müəyyən çatışmazlıqlar olsa da, bu sistem üzrə məmnuniyyət hiss olunandır. Hazırda əsas məsələ mövcud çatışmazlıqların sürətlə aradan qaldırılması və ümumi məmnuniyyət səviyyəsinin daha da yüksəldilməsidir".
Yeri gəlmişkən, son günlərdə işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. İnsanlar işləmədikləri halda bu məbləği ödəmənin absurd olduğunu deyirlər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.
Bəs bu, dünya ölkələrində necə tətbiq edilir? İşsizlər də tibbi sığorta haqqı ödəyirmi? Kiçik araşdırma etdikdə görürük ki, bir çox ölkələrdə icbari tibbi sığorta sistemləri işləməyən vətəndaşların tibbi xidmətlərdən kənarda qalmaması məqsədilə xüsusi mexanizmlərlə tamamlanır. Bu mexanizmlər əsasən dövlət subsidiyaları, sosial müdafiə fondları və ya gəlirə əsaslanan qiymətləndirmələr vasitəsilə qurulur. Ümumi yanaşma ondan ibarətdir ki, işləməyən, gəliri olmayan və ya sosial cəhətdən həssas qruplara tibbi sığorta haqqını ödəmək öhdəliyi qoyulmur; əvəzində həmin ödənişlər dövlət və ya sosial fondlar tərəfindən həyata keçirilir.
Məsələn, Almaniyada dövlət sığorta sistemi elə şəkildə qurulub ki, faktiki olaraq tibbi sığortasız qalan şəxs olmur. İşsiz kimi qeydiyyatda olanlar, sosial yardım alanlar, tələbələr və təqaüdçülərin sığorta haqları müvafiq sosial fondlar və dövlət tərəfindən ödənilir. Bu modeldə əsas prinsip “ödəniş qabiliyyətinə görə ədalətli paylanma”dır və işləyənlərlə işləməyənlər arasında bərabər tibbi xidmət təmin edilir. Türkiyədə də oxşar sistem tətbiq olunur. Gəlirsiz və işsiz şəxslər “gelir testi”ndən keçirilir və onların maddi durumu minimum həddən aşağıdırsa, dövlət onların GSS ödənişlərini tam qarşılayır. Aşağı gəlirlilər üçün isə qismən subsidiya mövcuddur. Beləliklə, heç bir gəliri olmayan şəxslər belə tibbi xidmətlərdən pulsuz yararlana bilir.
Rusiyada icbari tibbi sığorta haqları əsasən işəgötürənlər tərəfindən ödənilsə də, işləməyən əhali qrupları dövlət tərəfindən təminat altındadır. Uşaqlar, tələbələr, təqaüdçülər, sosial təminat alan yaşlılar, habelə məşğulluq mərkəzində qeydiyyata alınmış işsizlərin sığorta haqları dövlət büdcəsindən və sosial fondlardan maliyyələşir. Bu model də sosial statusa görə avtomatik sığortalanmaya əsaslanır. Gürcüstanda isə universal səhiyyə proqramı tətbiq edilir. Bu, əhalinin gəlirindən asılı olmayaraq tibbi xidmətlərə çıxışını təmin edir. İşləməyən vətəndaşların böyük hissəsi dövlət tərəfindən tam şəkildə sığortalanır; yalnız yüksək gəlirlilər üçün qismən ödəniş mexanizmləri mövcuddur. Bu sistem postsovet məkanında ən geniş əhatəli modellərdən biridir.
ABŞ-də isə işləməyən və aşağı gəlirlilər əsasən Medicaid proqramı vasitəsilə tibbi təminat alırlar. Bu federal-ştat proqramı maddi durumu zəif olan şəxslərə pulsuz və ya aşağı ödənişli tibbi xidmətlər təqdim edir və beləliklə, işsiz və gəlirsiz şəxslərin səhiyyə sisteminə daxil olması təmin olunur.
Beləliklə, müxtəlif ölkələrdə işləməyən şəxslərin icbari tibbi sığortadan istifadəsi ya tam dövlət hesabına, ya da gəlirə əsaslanan subsidiyalar vasitəsilə təmin edilir. Əsas məqsəd heç bir vətəndaşın tibbi xidmətlərdən məhrum qalmamasıdır və əksər dövlətlər bu məsələni sosial müdafiə sistemlərinin ayrılmaz hissəsi kimi qəbul edir.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti 6 ay azaldıldı
Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Qanuna əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Son Xəbərlər
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr