Bu nazirlər Kəmaləddin Heydərova çatdı - Siyahı açıqlandı

Sosial 12:15, 15 yanvar 2026, 610
Bu nazirlər Kəmaləddin Heydərova çatdı - Siyahı açıqlandı

Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

"Bakuinfo" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu.

Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli və Anar Axundovdur.

Bununla Mikayıl Cabbarov həm də ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və xarici işlər naziri Ceyhun Bayramovun da hər birinin 6 müavini var. Bir neçə ay əvvələdək K.Heydərov 7 müavinlə ən çox müavini olan nazirlər siyahısına başçılıq etsə də, Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) vəzifədən azad edilməsindən sonra bu statusunu itirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri - Rəfael Mirzəyev (I müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayevdir.

Xarici işlər naziri Ceyhun Bayramovun müavinləri - Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyevdir.

Daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ədliyyə naziri Fərid Əhmədov isə 5 müavini olan nazirlərdir.

Seyfulla Əzimov daxili işlər naziri Vilayət Eyvazovun I müavini, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev isə müavinləridir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinləri - Saməddin Əsədov (“Azərkosmos” ASC-nin İdarə Heyətinin keçmiş sədri), Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədovdur.

Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədova müavin təyin ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil nazirliklərində isə müavin sayı 4-dür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri - Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayevdir. Onlardan son ikisi bir neçə ay əvvəl nazir müavini təyin edilib.

Müdafiə naziri Zakir Həsənovun müavinləri - Kərim Vəliyev (I müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanovdur.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir. Rəşad İsmayılov (I müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva müavin postundadırlar.

Energetika naziri Pərviz Şahbazovun müavinləri Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalovdur.

Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri postunu Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə tutur.

Maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.

Maliyyə naziri Sahil Babayevin müavinləri Anar Kərimov (I müavin), Himalay Məmişov, Natiq Həsənovdur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri vəzifələrini İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov icra edir.

Mədəniyyət naziri Adil Kərimlinin müavinləri postlarında Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynovdur.

Səhiyyə naziri Teymur Musayevin müavinləri vəzifələrində İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov çalışır.

Müdafiə sənayesi, gənclər və idman nazirləri 2 müavini olanlar sırasındadırlar.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri Mehman Baxışov və Hidayət Əzimovdur.

Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri vəzifələrini isə İndira Hacıyeva və Fərhad Hacıyev icra edir.

Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Son Xəbərlər

Azərbaycanda yeni park yaradıldı - FƏRMAN

Azərbaycanda Qərb Sənaye Parkı yaradılıb. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılıb. Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların

13:11, 15 yanvar Sosial

DSMF sədrindən pensiya yaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil. Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycandaa kişilər və

13:05, 15 yanvar Sosial

İdarə rəisi Elvin Quliyev işdən çıxarıldı - FOTO

Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub. "Bakuinfo" xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb və vəzifəsinə xitam verilib. Məlumat üçün bildirək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib. (Teleqraf)

13:02, 15 yanvar Sosial

Pensiyalarla bağlı sevindirici xəbər - Bu qədər artacaq

2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir. "Bakuinfo" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub: "Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata

12:55, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat etdi

Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib. "Bakuinfo" xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi. Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir. (Qafqazinfo)

12:03, 15 yanvar Sosial

Eldar Eyvazov şöbə müdiri təyin olundu

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin

11:58, 15 yanvar Ölkə

Bakının təhvil verdiyi ermənidən açıqlama: Məni daş-qalaq edəcəklər

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial media hesabında paylaşım edib. "Bakuinfo" xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb. “Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl

11:56, 15 yanvar Siyasət

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb. “Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib. Bundan başqa, AB-nin Cənubi

11:47, 15 yanvar Siyasət

Polis xeyli silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı

11:44, 15 yanvar Sosial

Powered by MirTech