Bakıda bu ərazidə hərəkət dayanacaq
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 27 dekabr saat 00:00-dan etibarən Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət
Oqtay Əsədovun qızının dəfn yeri açıqlandı
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qızı Nərmin Əsədova bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn edilir. “Bakuinfo"xəbər verir ki, mərhumun 3 mərasimi isə Heydər Məscidində keçiriləcək. Qeyd edək ki, Nərmin Əsədova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun 5 övladı var. Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. (Qafqazinfo)
Şərurlu İsfəndiyara bəraət verildi
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb. “Bakuinfo" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi indilərdə hökm elan edib. Şərurlu İsfəndiyarın təhqir və böhtan cinayətləri üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Qeyd edək ki, tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.
Bakıda taksilər avtobus zolaqlarına girə biləcək?
Vacib məsələlələrdən biri taksilərin xüsusi avtobus zolaqlarından istifadəsi ilə bağlıdır. "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib. Millət vəkili xatırladıb ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur: “Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus
Aydan 1 ildən sonra işinə qayıtdı
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib. “Bəzən sözlər kifayət etmir, amma yol davam edir. J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu. O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda deyilir.
Ramiz Mehdiyev kostyumlarını bu ölkədən alırmış - Foto
Prezident Administrasiyasının ev dustaqlığında olan sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı detal üzə çıxıb. Bu dəfə söhbət uzun illər Azərbaycan siyasi elitasında mühüm fiqur olmuş Ramiz Mehdiyevin geyindiyi brenddən gedir. "Bakuinfo" Modern.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev geyimlərinin bir hissəsini Türkiyədən alırmış. Söhbət İstanbul şəhərində yerləşən tanınmış ticarət məkanlarından birindən gedir. Həmin ünvan Eminönü ərazisində yerləşən kişi geyim
Azərbaycanda bazar gününün iş günü olması təklif edilib
Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib. "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik: “Sürüşkən iş rejiminə keçirilməsin məsələsini biz mütləq həll etməliyik. Avropada və digər ölkələrdə buna
2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI
Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir
Yeni il gecəsi bulvara gedənlərə şad xəbər
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə
Bakıdakı məşhur mərkəz Eyyubovların imiş - FOTO
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə tərəfində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Ruslan Eyyubov Azərbayanda və xarici ölkələrdə çoxlu sayda daşınmaz əmlaka və biznes obyektlərinə sahibdir. "Bakuinfo" Azpolitika.az-a istinadən xəbər verir ki, o, Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri olmuş Bəylər Əyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük sərvət toplaya bilib. Ruslan Eyyubovun Bakıdakı