Sosial

Sabah qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütununu 760 mm civə sütununa enəcək.

19:58, 25 dekabr Sosial

Bu şəxslər təltif edildi - SƏRƏNCAM

Azərbaycan Respublikası bir qrup idmançıları və idman mütəxəssisləri təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam bununla bağlı imzalayıb. Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Abdullayev Yaqub Bəkir oğlu Ağarəhimov Cahangir Ağababa oğlu Aslanova Elmira Aydın qızı Bayramov Cahangir Tofiq oğlu Əliyev Coşqun Ceyhun oğlu Hüseynov Fikrət Akif oğlu Məhərrəmov Azər Asif oğlu

13:31, 25 dekabr Sosial

Sabah güclü qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80

19:52, 24 dekabr Sosial

Onlara yüksək vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib. Bu barədə "Bakuinfo" ya Agentlikdən bildirilib. Qeyd edilib ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

15:29, 24 dekabr Sosial

Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər

Gənclər və İdman Nazirliyinin ötən axşam 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, nominasiyalar üzrə qaliblərlə yanaşı, "Buta Palace"da təşkil olunan qala gecəsinə dəvət olunan qonaqlar da birmənalı qarşılanmayıb. Nazirliyin mərasimdə özünün çevrəsində olan şəxslərə üstünlük verdiyi, qalibləri də istisnalar olmaqla məhz bu kriteriyalar üzrə seçdiyi bildirilir. Tədbirdə gözə dəyməyənlər arasında tanınmış karateçi,

14:24, 24 dekabr Sosial

Yeni il turları - Ən gözəl yerlər

Yeni ilin yaxınlaşması ilə Azərbaycanda Yeni il turlarına maraq rekord həddə çatıb. Google axtarış sistemində “yeni il turları”, “31 dekabr turları”, “yeni il istirahəti” kimi sözlər son günlər ən çox axtarılan mövzular sırasına yüksəlib. "Bakuinfo"nun məlumatına görə, bayram günləri üçün tur paketləri sürətlə tükənir və qiymət artımı qaçılmaz görünür. Bu il vətəndaşlar daha çox ölkədaxili Yeni il turlarına üstünlük verirlər. Xüsusilə Quba, Qəbələ, Şəki, Şamaxı və Lənkəran

13:40, 24 dekabr Sosial

FHN-in mayoru vəfat etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, mayor Əbdülov Müqabil Bəxtiyar oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum ötən gün torpağa tapşırılıb. (Unikal.az)

13:15, 24 dekabr Sosial

Vilayət Eyvazov onları seçdi: 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib Bu barədə Daxilin İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi

11:44, 24 dekabr Sosial

Vüqar Qurbanovun vəzifə verdiyi xanım Aslanovun qohumu imiş

Məlum olduğu kimi, Hüseynzadə Vəfa Oruc qızı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib. "Bakuinfo" xəbər verir ki, V.Hüseynzadə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızıdır. Qeyd edək ki, A.Aslanov 2005-ci ildə Şəmkirin icra başçısı vəzifəsindən azad edildikdən sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdi. 2013-cü ilə qədər nazir müavini vəzifəsində çalışıb. 2018-ci ildə isə

10:15, 24 dekabr Sosial

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci

00:11, 24 dekabr Sosial

Powered by MirTech