308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur
Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib. "Bakuinfo" xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır. İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq
Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto
Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş. “Bakuinfo" xəbər verir ki, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir. Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha
Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus “Nikolay Jarkov” adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur. Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək: “Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan
Prezident sərəncamı: 76 min ailə sevinəcək
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə DSMF-dən məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.
4 nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa buraxıldı
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev cəzadan azad edilib. “Bakuinfo" xəbər verir ki, amnistiya aktı ona da şamil edilib. Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri –
Bu ailələrə 200 manat veriləcək - SƏRƏNCAM
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlər
Sabiq vəzifəli şəxs azadlığa buraxıldı
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb. “Bakuinfo" xəbər verir ki, amnistiya aktı ona da şamil edilib. Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. G.Sadıqova son qərarla 4 il 6 ay azadlıqdan məhrum olunub. (Qafqazinfo)
5 gün iş olmayacaq - TARİX
Yeni ildə bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu il Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir. 2026-cı ilin istehsalat təqviminə əsasən, 1 və 2 yanvar tarixləri Yeni il bayramı münasibətilə qeyri-iş günü hesab olunur. 3 və 4 yanvar isə şənbə və bazar günlərinə düşür. Beləliklə, Yeni il ərəfəsində 31 dekabrdan 4 yanvaradək ölkədə ardıcıl 5 gün iş olmayacaq.
Hava kəskin dəyişir: Bakıya dayanmadan QAR YAĞACAQ - TARİX
Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava modellərinə əsasən, 2026-cı ilin qışı bütün dünya üzrə əsasən dəyişkən, bölgələrə görə fərqli və qeyri-sabit hava şəraiti ilə müşayiət olunacaq. Mütəxəssislər bildirirlər ki, qlobal temperaturun normadan yüksək qalması qış aylarında həm kəskin soyuq dalğalarının, həm də gözlənilməz istiləşmələrin baş verməsinə şərait yarada bilər. "Bakuinfo" xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və
Eldar Mahmudovun əmisi oğlunu işdən çıxarıldı
Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq. "Bakuinfo" xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.(Unikal.az