Partiya sədrinin ölən 18 yaşlı nəvəsinin FOTOSU
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, 18 yaşlı Müşfiq Fəttayev ürəktutmadan ölüb. Onun meyiti Sumqayıtda tapılıb. Qeyd edək ki, Müşfiq Fəttayev partiya sədrinin oğlu Mirmehdi Fəttayevin böyük oğludur. (Unikal.az)
Vüqar Əhmədə vəzifə verildi
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Ədəbiyyat İnstitutundan AZƏRTAC-a məlumat verilib. Qeyd olunub ki, Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər:
Bir nəsildə 4 general: Heydərovun komandasında yer alan Abdullayevlərin DOSYESİ
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib. 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Abdullayev FHN-dən
Azərbaycanda yeni Mall açıldı
Abşeron Mall rəsmi açılışını edib. "Bakuinfo" xəbər verir ki, bu gün Abşeron Ticarət Mərkəzi-nin “Abşeron Mall” layihəsinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimi çərçivəsində tərəfdaşlarla işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə olunub.
Məktəblilər arasında yayılan "snus" nədir?
Son dövrlər məktəblilər arasında “snus” adlanan, saqqızabənzər və tərkibində nikotin olan məhsulun sürətlə yayılması ciddi narahatlıq yaradıb. Valideynlər və müəllimlər bu zərərli vərdişin uşaqların sağlamlığına və davranışına mənfi təsir göstərə biləcəyini bildirirlər. Snus nədir? Snus ağız boşluğunda, əsasən dodaq altında saxlanılan, tütün tərkibli məhsuldur. Siqaret kimi yandırılmasa da, orqanizmə birbaşa nikotin ötürür. Mütəxəssislərin fikrincə, snus: güclü nikotin asılılığı yarada bilər,
Müştəriləri aldadan şadlıq sarayı bu məşhur şəxsin imiş
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb. "Bakuinfo" xəbər verir ki, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur. Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb. Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda
Bakıda restoranda dana əti adı ilə görün, nə təqdim edildi
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirib. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən
Pensiya alanlara şad xəbər: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta–pensiya münasibətlərinin
Mirşahin Ağayev təltif edildi
Əməkdar jurnalist,Real Tv-nin direktoru Mirşahin Ağayevə medal təqdim olunub. "Bakuinfo" xəbər verir ki, Milli Mətbuatın 150 illik yubiley medalını M.Ağayevə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim edib Bu barədə əməkdar jurnalist Mirşahin Ağayev sosial şəbəkə hesabında hisslərini də bölüşüb. "150 il! Az yaş deyil! Sevinci hətta 200 yaşını qeyd edəcək həmkarlarımızı təbrik etməyə belə çatar! Təşəkkür edirəm, cənab PREZİDENT!",-deyə Ağayev
Vəzifəli şəxslər cərimələndi
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib. “Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib. Qeyd olunub ki, buna səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın