Sosial

Prezidentdən müharibə əlilləri və şəhid ailələrinə ŞAD XƏBƏR

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

16:06, 09 yanvar Sosial

Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM

Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.

15:54, 09 yanvar Sosial

Pensiya alanların NƏZƏRİNƏ - Bu tarixdə veriləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. "Bakuinfo" xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt

15:35, 09 yanvar Sosial

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb. "Bakuinfo" xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya

15:31, 09 yanvar Sosial

AZAL Bakı-Tehran reysini ləğv etdi

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. AZAL-dan "Bakuinfo"ya bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq. AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər

15:22, 09 yanvar Sosial

Azərbaycanda bu televiziyaların yayımı dayandırılır

9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir. İclasda müxtəlif məsələlər müzakirə olunub. Bu barədə "Bakuinfo"ya Audiovizual Şuradan məlumat verilib. İlk olaraq Azercell Telekom MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura

15:21, 09 yanvar Sosial

"Həkim demədi ki, uşaqlar..." | 3 uşağın ağır xəstə olduğu ailə niyə əlacsız qalıb?

İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…” Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət

12:26, 09 yanvar Sosial

Nəsimi rayonuna o rəhbərlik edəcək

Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. "Bakuinfo" xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb. Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub. 2013-cü ildə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib.

11:34, 09 yanvar Sosial

Sabiq vəzifəli şəxs vəfat etdi - FOTO

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Murad Nəzirov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. M.Nəzirov uzun sürən xəstəlikdən sonra 38 yaşında vəfat edib. Onun Turan adlı bir övladı var. Qeyd edək ki, Murad Nəzirov İqtisad Universitetinin məzunu olub və Ağstafa RİH-də çalışdıqdan sonra digər dövlət qurumlarında da fəaliyyət göstərib.

00:28, 09 yanvar Sosial

Misir Mərdanov ilk sevgisindən DANIŞDI

Keçmiş təhsil naziri Misir Mərdanov şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. "Bakuinfo" xəbər verir ki, o, ilk sevgisindən danışaraq tələbəlik illərinə qayıdıb. M.Mərdanov bildirib ki, gənclik dövründə sevgisi olub və bunu inkar etməyə əsas görmür: "Əlbəttə, olub. Bu barədə danışmamaq üçün səbəb yoxdur. Tələbəlik illəri idi, amma düzünü desəm, qarşılıqsız bir sevgi idi. Qarşılığını görmədikdən sonra o hisslərdən vaz keçməli oldum". Keçmiş nazir qeyd edib ki, illər

23:10, 08 yanvar Sosial

Powered by MirTech