Sosial

Generala nazirlikdə yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib. Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci

12:31, 13 dekabr Sosial

2026-cı ilin qeyri-iş günləri - Açıqlandı

mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Bu barədə “Bakuinfo"ya nazirlikdən məlumat verilib. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2

19:19, 11 dekabr Sosial

Mehdiyevin qızı da vəzifədən azad edildi

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb. "Bakuinfo" Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur. Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə

14:20, 08 dekabr Sosial

Bakıya leysan, bu ərazilərə qar... - Xəbədarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi

18:33, 06 dekabr Sosial

Təhlükəsizlik Xidməti "Temu" ilə bağlı xəbərdarlıq etdi

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə "Telegram" vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. "Bakuinfo" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır. Dələduzlar

18:29, 06 dekabr Sosial

Bu qurumlarda iş günlərinin yeri dəyişdirildi

Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib. “Bakuinfo” xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər. Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar dərslərdə həftəsonu iştirak etməlidirlər. Məsələ ilə bağlı Nazirlər Kabinetinə (NK)

12:07, 04 dekabr Sosial

Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. "Bakuinfo" xəbər verir ki, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəddə vurğulanıb ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq

11:54, 04 dekabr Sosial

Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq

20 sentyabr Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. "Bakuinfo" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycanın bayramları sırasına daxil edilir.

11:37, 04 dekabr Sosial

Tanınmış vəkil vəfat etdi

Hüquqşünas Vasif Əliyev vəfat edib. "Bakuinfo" xəbər verir ki, o, ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, V.Əliyev Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili idi.

22:30, 03 dekabr Sosial

Azərbaycanda vəzifəli şəxs bu hərəkətinə görə cəzalandırıldı

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib. “Bakuinfo" xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb. Müəyyən

16:34, 03 dekabr Sosial

Powered by MirTech