Bir vəkilə xəbərdarlıq edildi, biri isə cərimələndi
Bu gün Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. "Bakuinfo" xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına
Ləman Qulamova komadan ayıldı
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb. Bu barədə "Bakuinfo"ya Yeni Klinikadan məlumat verilib. Bildirilib ki, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir. "Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı
Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək
Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır. “Bakuinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək
İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla, orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması
AZCON-a yeni direktor təyin edildi - Foto
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq əməkdaşlıq departamentinə direktor təyin edilib. O, bundan əvvəl SOCAR Türkiyədə müxtəlif vəzifələrdə çalışıb.
Dövlət Suverenliyi Günü bayramlar sırasına əlavə edilir
20 Sentyabr - Dövlət Suverenliyi Günü iş günü sayılan bayramlar sırasına daxil edilir. "Bakuinfo" xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Sənəddə vurğulanıb ki, Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü hesab ediləcək.
NDU-da Kamal Abdullanın 75 illiyi qeyd olundu - Fotolar
Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor Kamal Abdullayevin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley konfransı keçirilib. “Bakuinfo" xəbər verir ki, Xalq yazıçı və ictimai xadimin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrin geniş işıqlandırıldığı tədbir elmi-ədəbi ictimaiyyət tərəfindən mühüm hadisə kimi dəyərləndirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək onun elmi fəaliyyəti, dilçilik
Bakıda bu tarixdə QAR YAĞACAQ
Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur. "Bakuinfo" Metbuat.az-a istinadla bildirir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir. Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.
Polis xeyli silah-sursat aşkarladı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı
Bakıda əməkhaqqı artdı - 1360 manat
2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olub. Bu barədə “Bakuinfo"ya Bakı Statistika Komitəsindən bildirilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.