Azərbaycan orbitə "Zəfər" peyki buraxdı
Azərbaycanın tarixində ilk dəfə "Zəfər" məktəbli peyki orbitə çıxarılıb. "Bakuinfo" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib. Onun sözlərinə görə, məktəblilərin hazırladığı "Azərbaycanın Zəfəri" adlı peyki orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb.
Məktəb direktoru yenidən vəzifəyə gətirildi
Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib. "Bakuinfo" xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta
İki oğlu şəhid olan ana vəfat etdi
İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. “Bakuinfo” xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
Maaşlar artırıldı: 1700 AZN
Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub. "Bakuinfo" xəbər verir ki, yeni qərara əsasən əməkhaqqılarda aşağıdakı kimi dəyişiklik edilib. Dekan, kafedra müdiri, dosent, baş müəllim və müəllimlərin maaşı 15-20%, Tyutorların maaşı 33%, Laborantların maaşı 20% artırılıb. Artımdan sonra
Məşhur Xalq artisti İlham Əliyevə müraciət ünvanladı
Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb: “Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev! Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram! Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu! Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə
Bakıda bu ərazidə işıq olmayacaq
Bu gün Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan "Bakuinfo"ya verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan
Bakıda bu yollarda tıxac var - Siyahı
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5.
Azərbaycanda 11 gün iş olmayacaq
Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq. APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə
Polkovnik İlqar Quliyev vəfat etdi - Foto
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, o, 69 yaşında Bakıda infarktdan dünyasını dəyişib. Ötən gün dünyasını dəyişən polkovnik İlqar Quliyev Göyçayda dəfn olunub. Qeyd edək ki, İlqar Quliyev uzun illər idi hüquq-mühafizə orqanlarında xidmət edirdi.
Azərbaycanda bu qurumda işçilərin ixtisarına başlandı
Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır. Teleqraf-a daxil olan məlumata görə, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir. Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində iş saatının səkkiz saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb: "Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara "Bakı Metropoliteni"nin başqa bir şirkətin idarəçiliyinə