Nəsimi Nəbizadə ilə bağlı üzücü xəbər
Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb. "Bakuinfo" bildirir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat yayıb. Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən bildirilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər. Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə
Kərə yağı KƏSKİN BAHALAŞACAQ
Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. Bu qərar daxili bazarda kərə yağının bahalaşacağı məsələsini gündəmə gətirib. İqtisadçı Natiq Cəfərli Pravda.az-a açıqlamasında deyib ki, istənilən rüsum və vergi artımı avtomatik olaraq məhsulun qiymətinin üzərinə gəlir. Onun sözlərinə görə, ən az 10% yenidən kərə yağında qiymət artımı müşahidə ediləcək: “Hələlik, bazarda köhnə rüsumla daxil olan yağlar var. Onlar bazardan çəkildikcə yanvardan bəri ölkəyə gələn
İki gün qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Pensiya yaşı ilə bağlı mühüm xəbər
Dünyanın bir çox ölkəsində pensiya yaşı sosial-iqtisadi şəraitə, demoqrafik göstəricilərə və əmək bazarının vəziyyətinə uyğun olaraq fərqli müəyyən edilir. Postsovet məkanında da bu sahədə müxtəlif yanaşmalar mövcuddur və bəzi dövlətlərdə pensiya yaş həddi Azərbaycanla müqayisədə daha erkən tətbiq olunur. Bu fərqlər cəmiyyətdə tez-tez müzakirələrə səbəb olur və pensiya yaşının azaldılması imkanları ilə bağlı suallar doğurur. Maraqlıdır, bəs Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı
10 yeni metro stansiya bu ərazilərdə tikiləcək
Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. Hazırda metropolitenin ən zəif inkişaf etmiş xətlərindən biri bənövşəyi xətdir. Cəmi dörd stansiyadan ibarət olan bu xətt ümumi sərnişin axınının təxminən 3 faizini daşıyır. Məhz bu səbəbdən əsas inkişaf planları bənövşəyi xətt üzrə nəzərdə tutulub. Yeni stansiyalar Nizami ərazisində yaşıl xətlə, “Sahil” stansiyası ərazisində isə qırmızı xətlə kəsişmə yaradacaq. Bu isə Sumqayıt və Xırdalan istiqamətindən gələn sərnişinlərə şəhər mərkəzinə
Onlar üçün metroda gedişhaqqı 30 qəpik oldu
Yanvar ayı ərzində Azərbaycan Beynəlxalq Bankı 18-29 yaş arası müştərilər üçün metro nəqliyyatı üzrə ödənişlərə keşbek tətbiq edir. “Bakuinfo” xəbər verir ki, bankın təqdim etdiyi “Gənc+” faydalı keşbek paketi çərçivəsində metroda ABB kartları ilə edilən ödənişlərin 50%-i geri qaytarılır. Keşbek həm "Apple Pay" və "Google Pay" üzərindən, həm də fiziki ödəniş terminalları vasitəsilə həyata keçirilən əməliyyatlara şamil olunur. Qaydalara əsasən, bu kampaniya yalnız metro
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı
Gəncə şəhərində alüminium zavodunun direktoru Cəmil Səfərov dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, o, yaşadığı binanın qarşısında şəxsi avtomobilində ölü tapılıb. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. (Qafqazinfo)
Yanvarın 8-də havanın temperaturu dəyişəcək
Azərbaycanda yanvarın 8-də havanın yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm
Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı rəsmi açıqlama
Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib. "Bakuinfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub: "Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları”
Milli Qəhrəmanın xanımına vəzifə verildi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yeni tərkibdə ilk iclasını keçirib. Müşahidə Şurası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələrindən ibarətdir. "Bakuinfo" xəbər verir ki, QHT Agentliyinin Müşahidə Şurasında təmsil