Sosial

Bakı Dövlət Universiteti bağlanır

Sosial şəbəkələrdə yayılan məlumata görə, yanvar ayından etibarən Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusu təmirə bağlanacaq. "Bakuinfo" xəbər verir ki, BAKU.WS-in məlumtına görə, iddiada bildirilir ki, sessiya dövründə tələbələr imtahanlarını digər tədris binalarında verəcək, sessiya başa çatdıqdan sonra isə dərslər digər təhsil ocağında davam etdiriləcək. Məlumatlarda təmir qərarının tələbələrin təhlükəsizliyini təmin etmək və tədris şəraitini yaxşılaşdırmaq məqsədi

22:29, 19 noyabr Sosial

Azərbaycanda bu universitet ləğv edilir? - Müzakirələr BAŞLADI

Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi müzakirə olunur. Müzakirələr fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı barədə xəbərlər yayılıb. Modern.az-ın məlumatına görə, ali təhsil ocağının ləğv ediləcəyi və Naxçıvan Dövlət Universitetinin tərkibinə veriləcəyi iddia edilir. İnstitutda fəaliyyət göstərən müəllim və tələbələrin də Naxçıvan Dövlət Universitetinə köçürüləcəyi qeyd olunur. Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil

16:52, 19 noyabr Sosial

Vəkillərə yeni hüquqlar verildi

Vəkillərə yeni hüquqlar verilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Beləliklə, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər. Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü

16:48, 19 noyabr Sosial

Cahangir Əsgərovun bankına yeni sədr təyin edildi - FOTO

Fərhad Baxşəliyev “Premium Bank”ın İdarə Heyətinin yeni sədri təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, 2023-cü ilin dekabr ayından bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib. Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava

16:40, 19 noyabr Sosial

Bakıda qarlı havalara görə hazırlıq başladı - FOTO

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti

16:05, 19 noyabr Sosial

İş günü qısaldılacaq

Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. "Bakuinfo"Mətbuat.az-a istinadla xəbər verir ki, 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar

14:41, 19 noyabr Sosial

Pensiyalar ARTACAQ: Yanvardan belə hesablanacaq

2026-cı ildən əmək pensiyalarında 10%-ə yaxın artım gözlənilir. "Bakuinfo" xəbər verir ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb. E.Əmirovun fikrincə minimum əməkhaqqının 2027-ci ildə 15%-ə

14:12, 19 noyabr Sosial

DİN-dən bank kartları ilə bağlı vətəndaşlara xəbərdarlıq

Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır. "Bakuinfo" xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidməti növbəti dəfə çağırış edir, vətəndaşların sadə təhlükəsizlik qaydalarına əməl etməyə diqqəti yönəldir. Məlumatda vurğulanır: — Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır. — Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar

13:18, 19 noyabr Sosial

Sahil Babayevdən mühüm açıqlama: 48 faiz artım olacaq

“Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”. “Bakuinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun

13:11, 19 noyabr Sosial

Bakıya bu il qar yağmayacaq - Proqnoz

Bakıda bu il qışın mülayim keçəcəyi bildirilir. Noyabrın 17-si olmasına baxmayaraq paytaxtda gündüz temperatur 20 dərəcəyə yaxın olur. "Bakuinfo" xəbər verir ki, məşhur və dəqiq hava proqnozları ilə tanınan AccuWeatherin məlumatına görə, 2025-ci ildə Bakıda qar yağması gözlənilmir. Proqnoza əsasən, paytaxtda qış fəsli əsasən yağışlı və mülayim keçəcək. Bakıya qarın yalnız gələn ilin yanvarın 30-u və fevralın 6-7-8-i tarixlərində yağma ehtimalı olduğu bildirilir. Vüsal

13:09, 19 noyabr Sosial

Powered by MirTech