Emin İbrahimovla vida mərasimi keçirildi - Foto
Türkiyədə baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olan tanınmış azərbaycanlı jurnalist və "Euronews" müxbiri Emin İbrahimovla vida mərasimi keçirilib. "Bakuinfo" xəbər verir ki, mərasim Təzə Pir məscidində olub. Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün çoxsaylı media nümayəndələri, dostları, siyasi və ictimai xadimlər, paytaxt sakinləri iştirak edib. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən görkəmli simalarından biri kimi tanınırdı. Onun reportajları,
DİN şəxsi məlumatların ələ keçirilməsinə dair iddiaları cavablandırdı
“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə sosial şəbəkələrdə iddialar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Bakuinfo"ya bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı
Ərəstun Oruclu Baş Prokurorluğa çağırıldı
Xaricdə yaşayan Ərəstun Oruclu cinayət məsuliyyətinə cəlb edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb. Məlumata görə, Ərəstun Orucluya Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. Bildirilib ki, o, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə
Sabah leysan və qar yağacaq - Xəbərdarlıq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə
Samir Allahverdiyev rəis təyin olundu
“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib. “Bakuinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq Əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib. Qeyd edək ki, S.Allahverdiyev bundan əvvəl “Umid Babek Operatıng Company” və “AzərGold” şirkətlərində Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) müdiri olub. Xatıradaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin
Altay Göyüşov Baş Prokurorluğa çağırıldı
Xaricdə yaşayan Altay Göyüşov Baş Prokurorluğa çağırılıb. "Bakuinfo" xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Altay Göyüşova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxs 1965-ci il təvəllüdlü Altay Rəşid oğlu Göyüşovdur. Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə
ARB TV-nin fəaliyyətinə xitam verilir
ARB TV MMC-nin fəaliyyətinə xitam verilir. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bununla da MMC Stream-Info MMC-yə qoşulduğunu və bu qoşulma nəticəsində yenidən təşkil olunduğunu elan edib. Qeyd edək ki, ARB TV MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur.
Bütün borcluların nəzərinə: Məsələ çox ciddidir
“Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər”. "Bakuinfo" xəbər verir ki, bu sözləri iqtisadçı Əkrəm Həsənov qeyd edib. O bildirib ki, banklar məhkəmə qərarı olmadan borclu şəxsin əmlakını satışa çıxara bilər:
Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB
Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır. "Bakuinfo" xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda sökütnü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır. Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə
Nərgiz Paşayevanın ailə paylaşımı maraqla qarşılandı - FOTO
Professor Nərgiz Paşayevanın ailə paylaşımı maraqla qarşılanıb. "Bakuinfo" xəbər verir ki, Nərgiz Paşayeva nəvəsi və atası ilə fotosunu paylaşaraq onun doğum gününü təbrik edib. "Ad günün mübarək canım, səni çox, çox sevirəm! Xoşbəxt ol, sağlam ol, şanslı ol və səmimi qəlbdən sevil. Sən mənim gündəlik ilhamım və ilk qeyd-şərtsiz sevgimsən. Bu gün möhtəşəm idi. Səninlə hər gün möhtəşəmdir. "Arif və Arif çay içirlər" şərhini yazıb. Qeyd edək ki,Nərgiz Paşayevanın