Bakıda kütləvi söküntü işləri dayandırılır - SƏBƏB
Bakı şəhərində kütləvi söküntü işləri dayandırılır. "Bakuinfo" xəbər verir ki, bu, 2026-cı ilin dövlət büdcəsindən paytaxtda sökütnü və köçürülmə üçün vəsaitin ayrılmaması ilə bağlıdır. Növbəti ildə şəhərdə büdcə pulu hesabına yalnız Mərkəzi Parkın dördüncü hissəsi üçün “Sovetski” adlanan ərazidə söküntülər və sakinlərə kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Həmin işlər Nizami küçəsi ilə Mirzəağa Əliyev küçəsi arasındakı ərazini, Tolstoy, Süleyman Tağızadə küçələrini və Təzə
Nərgiz Paşayevanın ailə paylaşımı maraqla qarşılandı - FOTO
Professor Nərgiz Paşayevanın ailə paylaşımı maraqla qarşılanıb. "Bakuinfo" xəbər verir ki, Nərgiz Paşayeva nəvəsi və atası ilə fotosunu paylaşaraq onun doğum gününü təbrik edib. "Ad günün mübarək canım, səni çox, çox sevirəm! Xoşbəxt ol, sağlam ol, şanslı ol və səmimi qəlbdən sevil. Sən mənim gündəlik ilhamım və ilk qeyd-şərtsiz sevgimsən. Bu gün möhtəşəm idi. Səninlə hər gün möhtəşəmdir. "Arif və Arif çay içirlər" şərhini yazıb. Qeyd edək ki,Nərgiz Paşayevanın
Keçmiş vəzifəli şəxs vəfat etdi - Foto
Qax rayon icra hakiminin keçmiş müavini dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, uzun müddət Qax rayon İcra Hakimiyyətində, icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış və hazırda təqaüddə olan Qax rayonunun Almalı kənd sakini, 1953-cü il təvəllüdlü İsmayılov Tahir Əkbər oğlu bu gün vəfat edib. (Unikal.az)
Beydulla Manafov Baş Prokurorluğa çağırıldı
Xaricdə yaşayan ictimai fəal Beydulla Manafov Baş Prokurorluğa çağırılıb. "Bakuinfo" xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxs 1947-ci il təvəllüdlü Beydulla Ənvər oğlan Manafovdur. Ona izah edilir ki,
Bəxtiyar Vahabzadənin Ramiz Mehdiyev haqda “yağlı” sözləri...
Təxminən 25 il əvvəl olmuş bir söhbəti xatırlayıram... Xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə ilə aramızda xoş bir ünsiyyət vardı. Onunla Moskvada, Bakıda müxtəlif məclislərdə birlikdə olmuşduq. Bəxtiyar müəllim təkcə yaradıcılığında yox, elə həyatda da çox cəsarətli adam idi. Yadımdadır, mən ona “Adsız” adlı pyeslər toplusunu bağışlamışdım. Həmin kitabda ona yaxın pyesim toplanmışdı. O, hər pyesi oxuduqca adətən gecələr zəng edir, fikrini, hərdən də iradını bildirirdi. Ən maraqlısı bu idi
Elman Nəsirovun oğlu Dünya çempionatında 4-cü oldu - FOTO
Milli Məclisin deputatı Elman Nəsirovun oğlu Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Jiu Jitsu idman növü üzrə Dünya çempionatında (World Jiu Jitsu Chempionship-2025) 50 kq çəki dərəcəsində dünya 4-cüsü olub. Bu barədə Pravda.az-a danışan Elman Nəsirov bildirib ki, H.Nəsirzadə Qazaxıstan idmançısını və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən daha 2 rəqibini məğlub edərək bu səviyyəyə yüksəlib. Qeyd edək ki, Həsən Nəsirzadə Birləşmiş Ərəb
Abid Qafarov Baş Prokurorluğa çağırıldı
Xaricdə yaşayan ictimai fəal Abid Qafarov Baş Prokurorluğa çağırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb. Təqsirləndirilən şəxs 1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğluna izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 12:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir. Təqsirləndirilən
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı
Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb. "Bakuinfo" xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub. Təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Sevinc Osman qızı Mirzəyevadır. Ona izah edilir ki, şəxsiyyətini təsdiq
Diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə RƏSMİ AÇIQLAMA
Yol hərəkəti qaydaları diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. "Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti
Mədət Quliyevin bu addımı maraqla qarşılandı -FOTO
Qarabağın işğaldan azad olunmasının 5 illiyinə həsr olunmuş Ağdamdan Xankəndiyə 44 km-lik Qələbə Yürüşü baş tutub. "Bakuinfo" xəbər verir ki,yürüşdə idmançılarla yanaşı rəsmi şəxslər də iştirak edib. Onların sırasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini,general-polkovnik Mədət Quliyev də var. O,idmançılarla yanaşı velosipedlə bu yürüşə qatılıb. Məlumat üçün qeyd edək ki,Mədət Quliyev bu kimi tədbirlərdə əvvəllər də iştirak edib.O,idmana xüsusi sevgisi ilə