Diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə RƏSMİ AÇIQLAMA
Yol hərəkəti qaydaları diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb. "Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti
Mədət Quliyevin bu addımı maraqla qarşılandı -FOTO
Qarabağın işğaldan azad olunmasının 5 illiyinə həsr olunmuş Ağdamdan Xankəndiyə 44 km-lik Qələbə Yürüşü baş tutub. "Bakuinfo" xəbər verir ki,yürüşdə idmançılarla yanaşı rəsmi şəxslər də iştirak edib. Onların sırasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini,general-polkovnik Mədət Quliyev də var. O,idmançılarla yanaşı velosipedlə bu yürüşə qatılıb. Məlumat üçün qeyd edək ki,Mədət Quliyev bu kimi tədbirlərdə əvvəllər də iştirak edib.O,idmana xüsusi sevgisi ilə
Bu tarixdən hava şəraiti kəskin dəyişəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. “Bakuinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əsasən, şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
DİN-dən ƏMƏLİYYAT - Azyaşlılara aid qeyri-etik videoları satanlar saxlanıldı - Video
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri - şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb. "Bakuinfo"nun məlumatına görə, araşdırma zamanı məlum olub ki,
"Çox təkəbbürlü idi" - Deputat işdən çıxarılan generaldan danışdı
"Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi". "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib. "O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, cənab Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı", - deyə
Əziz Orucovla bağlı qərar verildi
Ali Məhkəmə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir kİ, bu barədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Belə ki, onun aşağı instansiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib və barəsindəki hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Ə. Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra hökmdən
Metronun bu stansiyasının 4-cü çıxışı bağlandı
"Bakı Metropoliteni" QSC “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlayıb. Bu barədə QSC-dən bildirilib. Qurum təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir. İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur.
Azərbaycanda onlayn cərimə ödənişi zamanı komissiya tutulacaq - MƏBLƏĞ
Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komissiya tutmağa başlayıb. "Bakuinfo" xəbər verir ki, cərimədən tutulan komissiya məbləği 0.40 AZN təşkil edir. Məsələ ilə bağlı "Kapital Bank"dan bildirilib ki, 01.11.2025-ci il tarixindən etibarən, cərimə ödənişlərini təmin edən provayderin (xidmət təminatçısının) tələblərinə əsasən, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur. Qeyd olunur ki, yeni qaydalara əsasən, cərimə məbləğindən asılı olmayaraq,
Zakir Qaralovla bağlı YENİ XƏBƏR
Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb. "Bakuinfo" xəbər verir ki, "Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi. Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir. Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus
"Sosial şəbəkələrdə "mükafat qazandınız" kimi vədlərə inanmayın" - DİN
Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, "bonus", "lotereya", "mükafat qazandınız" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə