Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Naxçıvan Duz Muzeyi ləğv edilib. "Bakuinfo" Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb. Muzeyin ləğvedilmə səbəbi məlum deyil. Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir. Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin
Rəşad Dağlı həbsdən çıxıb? - Video
Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Dağlının guya həbsdən çıxması ilə bağlı sosial şəbəkələrdə video görüntülər paylaşılıb. "Bakuinfo" xəbər verir ki, paylaşım şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb. Rəylərdən xeyli sayda inandığı görünür. Ancaq sonradan bəlli olub ki, bu köhnə videodur, məlumat tamamilə yalandır.
Hərbi Paradın aparıcıları topa tutuldu: Bir paradı ki,Nanə apara...
Xəbər verdiyimiz kimi,dünən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisə yaşandı. Qələbəmizin 5 illik münasibəti ilə Azadlıq meydanında Zəfər Paradı baş tutdu.Paradda Azərbaycan lideri ilə yanaşı qardaş ölkələr -Türkiyə və Pakistan liderlərinin də iştirakı tədbirə əlavə rəng qatdı.Bu,həm də Azərbaycana verilən bir dəyər idi.Parad yüksək səviyyədə baş tutdu.Hərbi baxımdan heç bir müzakirəyə ehtiyac qalmayan Hərbi Paradın görüntüləri sosial mediada viral oldu. "Bakuinfo" xəbər
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. "Bakuinfo" xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
Azərbaycan Zəfər Gününü qeyd edir
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. "Bakuinfo"nun məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də
Şuşa 5 ildir ki, azaddır...
Şuşa şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümüdür. "Bakuinfo" xatırladır ki, Azərbaycan ordusu 2020-ci ilin noyabrın 8-də Şuşa şəhərini düşmən işğalçılarından azad edib. Qəhrəman hərbçilərimiz erməni qoşunlarını şəhərdən sürətlə qovub və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib. Şuşanın azad edilməsi həm də müharibənin və münaqişənin taleyinə ciddi təsir göstərdi, Şuşa azad edilən anda Ermənistan
Cabir İmanovun məzarından YENİ FOTO
Mərhum Əməkdar artist Cabir İmanovun məzarından yeni foto paylaşılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Əməkdar artist Xəyyam Nisanov sosial şəbəkədə paylaşım edib. Paylaşımda yazıb: “Sən bizimlə görüşə gəlməyəcəksən. Amma Cabir, biz nə vaxtsa səninlə görüşməyə gələcəyik”.
Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Bakuinfo"ya
Metro kartları daha istifadə edilməyəcək - VACİB AÇIQLAMA
Bakıda metroda ödəniş sisteminin yenilənməsi ictimai maraq doğurub. Artıq “BakıKart”la yanaşı, bank kartları, eləcə də Google Pay və Apple Pay kimi ödəniş vasitələri ilə də keçid mümkün olacaq. Bu dəyişiklik bəzilərində “metro kartları dövriyyədən çıxırmı?” sualını gündəmə gətirib. Bəs bu, sadəcə modernləşmə dalğasının bir hissəsidir, yoxsa mövcud sistem tədricən ləğv olunur? Daha vacibi, texniki nasazlıq halında məsuliyyəti kim daşıyacaq – metro, yoxsa bank? Mövzu ilə bağlı KONKRET.az-a
Azərbaycanda qısa iş günüdür
Bu gün Azərbaycanda qısa iş günüdür. “Bakuinfo” xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Belə ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günüdür. Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram