Sosial

Bu şəxslərin maaşlarına əlavələrlə bağlı YENİLİK

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Belə ki, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün

14:12, 06 yanvar Sosial

Vilayət Eyvazov rəislərə TAPŞIRIQ VERDİ

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. “Bakuinfo” xəbər verir ki, nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyib. V.Eyvazov qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və

13:46, 06 yanvar Sosial

Pulz-da ciddi problem: İstifadəçilər pullarını çıxara bilmir

"Bakuinfo"nun Qaynar xəttinə daxil olan müraciətə əsasən, Pulz online pul kisəsində artıq 3 gündür texniki problem yaşandığı iddia olunur. Şikayətçi bildirir ki, balansında mövcud olan vəsaiti çıxara bilmir, həmçinin heç bir köçürmə əməliyyatı uğurla başa çatmır. Məsələ ilə bağlı Pulz-un dəstək xidməti ilə əlaqə saxlanılsa da, problem hələ də aradan qaldırılmayıb. Şikayətçi tərəfindən bakuinfo.net-ə təqdim edilən cavabda Pulz tərəfindən bildirilib: “Hörmətli istifadəçi, Hazırda qeyd

13:36, 06 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı

13:00, 06 yanvar Sosial

Məktəblərdə BEŞ GÜN dərs olmayacaq

2025-26-cı tədris ilində qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. "Bakuinfo" xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən təyin olunub. Fevralın 1-i isə bazar gününə təsadüf etdiyindən şagirdlər fevralın 2-dən etibarən tədris ilinə başlayacaqlar.

11:07, 06 yanvar Sosial

Prezident İlham Əliyev şad xəbəri açıqladı: 10 yeni metro stansiyası tikiləcək

Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir. "Bakuinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol

23:22, 05 yanvar Sosial

Prezidentdən azad edilən ərazilərlə bağlı VACİB AÇIQLAMA

İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq. "Bakuinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Dəmir yolu, avtomobil yolları,

22:28, 05 yanvar Sosial

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

21:10, 05 yanvar Sosial

Mehdiyevin 4 tankeri VAR İMİŞ

Barəsində bir sıra ağır ittihamlarla cinayət işi açılan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin Türkiyədə 4 böyük yük tankeri üzə çıxıb. "Bakuinfo" xəbər verir ki, hazırda Türkiyə ilə Avropa arasında yükdaşıma ilə məşğul olan gəmilərin idarəçiliyini əslən Azərbaycandan olan şəxslər həyata keçirir. Bildirilir ki, tankerlərdən ən böyüyü “Enveroğlu”dur. Bu tankerlər Mehdiyevin övladlarının adına sənədləşdirilib. (Gununsesi.info)

20:57, 05 yanvar Sosial

“Baku City Karting”də ölən yeniyetmənin FOTOSU

Bakıda kartinq mərkəzində baş verən faciəli hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən “Baku City Karting” ərazisində qeydə alınıb. Bakuinfo-nun əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan yeniyetmənin idarə etdiyi kartinq avtomobili digər avtomobillə toqquşub. Zərbənin gücü nəticəsində yeniyetmə hadisə yerində həyatını itirib. Faciə zamanı ölən yeniyetmənin fotosu da yayılıb.

19:55, 05 yanvar Sosial

Powered by MirTech