“Landmark” bu nazirin idarəçiliyinə keçdi - QİYMƏTLƏR YÜKSƏLDİ
Bir müddət əvvəl Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3-cü bina “Aqrarkredit” QSC-ə satılıb. Xatırladaq ki, “Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib. "Bakuinfo" xəbər verir ki, “Landmark” Biznes Mərkəzi sahiblərinin müxtəlif
Pakistandan alınan qırıcılar Bakı səmasında - Video
Bu dəqiqələrdə Bakıda qırıcılarımızın təlimi keçirilir. "Bakuinfo" xəbər verir ki, Azərbaycanın Pakistandan aldığı JF-17 qırıcı təyyarələri havaya qaldırılıb və uçuş əməliyyatlarını yerinə yetirir. Təlimdən görüntüləri təqdim edirik:
Hakim partiyanın deputatı Əli Kərimli ilə bağlı statusu bəyənməsindən danışdı
“Cinayətkar və xəyanətkar şəbəkəyə olan mövqeyim bəllidir”. "Bakuinfo" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Müşviq Məmmədov AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı statusunu bəyənməsi ilə bağlı danışarkən deyib. “Mən Yeni Azərbaycan Partiyasını təmsil edən bir deputat kimi Azərbaycan xalqını, dövlətini hakimiyyətdə olduqları zaman uçuruma aparmış xəyanətkar
Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən azad edildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib. Qeyd edək ki, Saleh Səmədov
Azərbaycanda 90 milyonluq CİNAYƏT - Mütəşəkkil dəstə ifşa edildi
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan
Mehdiyevin kölgədə qalan “sağ əli”
“Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) keçmiş sədri Arif Alışanov Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevə ən yaxın şəxslərdən biri olub. Mehdiyev 2015-cı ildə sədr müavini, 2006-cı ilin avqustunda isə sədr vəzifələrinə təyin etdirməyə nail olub”. “Bakuinfo” “AzPolitika”ya istinadən xəbər verir ki, AzTV-yə rəhbərlik etdiyi dövrdə Alışanov nəhəng sərvət əldə edib, hər il büdcədən
Tibb Universitetinin professoru dünyasını dəyişdi
Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının professoru Ruxsara Həmdulla qızı Əliyeva vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Qeyd edək ki, R.Əliyeva daha əvvəl "Əmək gigiyenası və peşə xəstəlikləri" Elmi tədqiqat institutunda direktor müavini, "Epidemiologiya, Mikrobiologiya və Gigiyena" Elmi tədqiqat institutunda laboratoriya müdiri olaraq çalışıb. O, 1994-cü ildən Azərbaycan
İlkin Fikrətoğluya ağır itki
Tanınmış aparıcı İlkin Fikrətoğlunun qardaşı vəfat edib. "Bakuinfo" xəbər verir ki, onun qardaşı, 38 yaşlı Aqşin Xəlilov bu gün dünyasını dəyişib. A.Xəlilovun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Allah rəhmət eləsin!
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Milandakı "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan
Bəylər Eyyubov bu vəzifəyə getdi – Rəsmi
İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin olunması barədə xəbərlər yayılmışdı. Ancaq həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi. Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb. Bəylər Eyyubovun orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub. General Bəylər Eyyubov 2003-2020-ci illərdə