Martda 17 gün iş olmayacaq
2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur. "Bakuinfo" xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar
80 yaşlı Misir Mərdanovun 10-dan çox vəzifəsi var - Bu qədər MAAŞ ALIR
Bu günlərdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitunun direktoru vəzifəsindən uzaqlaşdırılan keçmiş təhsil naziri Misir Mərdanovun xeyli vəzifəsinin olduğu üzə çıxıb. "Bakuinfo" 15 il Azərbaycanın təhsil naziri, 12 il institut direktoru olmuş 80 yaşlı M.Mərdanovun hazırda tutduğu vəzifələrin siyahısını təqdim edir: 1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri 2. Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri 3. "Azərbaycan Milli Elmlər Akademiyasının
Yanvarın 5-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 5-i gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO
Cəlilabad rayonunda vəzifəli şəxsin evdən meyiti tapılıb. "Bakuinfo" xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1990-ci il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində qardaşına məxsus evdə aşkar olunub. Ölümün səbəbi hələlik dəqiq məlum deyil. Mərhumun evli olduğu bildirilir. Qeyd edək ki, Z. Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışırdı.
Bu tarixdə iş olmayacaq
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən yanvarda tarixi günlə əlaqədar bir gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu tarix 20 Yanvar Ümumxalq Hüzn Gününə təsadüf edir. Belə ki, həmin gün həftənin çərşənbə axşamına təsadüf etdiyindən iş günləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qeyd edək ki, Yeni illə bağlı Azərbaycanda rəsmi iş günü 5 yanvar tarixində olacaq.
Gənc həkim qəfil vəfat etdi
Gənc həkim Nurlana Əliyeva evində qəfil boğularaq dünyasını dəyişib. “Bakuinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, o, Dəmir Yol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərirmiş.
Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub
Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. "Bakuinfo" xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.
Pensiya ilə bağlı yeni qaydalar qüvvəyə mindi
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
"JEK"lərlə bağlı QƏRAR VERİLDİ
Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq. Məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov hesab edir ki, bu addım inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin
Milli Hidrometeorologiya Xidməti AÇIQLADI: Yanvarın 4-ü gecə baş verəcək
Avtomobil yollarında vəziyyət açıqlanıb. "Bakuinfo" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 4-də gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.