Sosial

Sabah havanın temperaturu kəskin dəyişəcək - Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer

12:54, 12 oktyabr Sosial

Gəncədə partlayış zamanı xəsarət alan şəxs vəfat etdi - Foto

Gəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov Bakı şəhərindəki xəstəxanalardan birində vəfat edib. "Bakuinfo" xəbər verir ki, o, səhər saatlarında xəstəxanada keçinib. Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək. Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində, Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E.Qurbanov həmin evdə usta kimi çalışırdı. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

11:08, 12 oktyabr Sosial

Paytaxtda böyük hazırlıq: iş saatları dəyişir, dərslər isə....

Bakı və ətraf ərazilərdə nəqliyyatın sıxlığını azaltmaq üçün ənənəvi rejimin ləğvinə başlanır; “Məktəbli avtobusları” da şəhərin yükünü azaltmadı - deputat və ekspertdən anons Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Sənədə əsasən, 2025-2026-cı illərdə bu qurumların fəaliyyəti dəyişkən iş qrafiki prinsipi ilə

10:54, 12 oktyabr Sosial

Bu kənddə işıq olmayacaq

Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq. "Naxçıvan Enerji"

10:18, 12 oktyabr Sosial

Müdafiə Nazirliyi məlumat yaydı: Oktyabrın 21-dək...

Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da

23:18, 11 oktyabr Sosial

Bakı metrosu ilə bağlı daha bir mühüm QƏRAR

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq. "Bakuinfo" bildirir ki, bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov deyib O qeyd edib ki, daha öncə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb: “Amma sahənin monitorinqi aparılır və əlavə texniki imkanlar nəzərdən keçirilir. Oradakı intervalı daha da optimalıaşdırmaq üçün addımlar atmaq

21:43, 11 oktyabr Sosial

Gülşad Məmmədovadan kəskin istilərlə bağlı AÇIQLAMA

Okyabr ayının ilk 10 günlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4°-dək yüksək qeydə alınıb. "Bakuinfo" xəbər verir ki, bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Xidmət rəsmisi qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 26°-dək yüksəlib: "7 gün normadan yuxarı ( 0.2-4.0), 2 gün isə aşağı olub (1.4-2.0 )".

19:39, 11 oktyabr Sosial

Sumqayıtda internet ÇÖKÜB

Sumqayıt şəhərində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biri “çöküb”. Söhbət “SN Telekom” MMC-dən (SNTV) gedir. Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, artıq bir neçə saatdır ki, evlərində internet bağlantısı kəsilib. Onlar bunun səbəbini öyrənmək üçün SNTV-nin əlaqə nömrələrinə zəng etməyə çalışsalar da, zəngləri cavabsız qalıb.

17:09, 11 oktyabr Sosial

Xanımlara şad xəbər - Pensiya güzəştləri ediləcək

Rəsmi iş yeri olmayan, lakin illərlə ailə və övladlarının qayğısına qalan qadınlar pensiya hüququndan kənarda qalırlar. Bu isə sosial ədalət baxımından birmənalı qarşılanmır. "Bakuinfo" xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda Azərbaycanda pensiya amnistiyası həyata keçirilir və bu proses bir çox vətəndaşın, o cümlədən qadınların pensiya hüququna çıxışını təmin edir: “Yeni amnistiyaya əsasən, 2018-ci ilin iyunun

14:46, 11 oktyabr Sosial

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

Azərbaycanda 2024-cü ildə əhali arasında ölümün əsas səbəbləri açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda Qadınlar və Kişilər" məcmuəsində öz əksini tapıb. Bildirilib ki, ən çox ölüm qan dövranı sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən insanların 16170 nəfəri qadın və 17119 nəfəri isə kişidir. Ən az ölüm isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən olub. Bu səbəbdən ölənlərin sayı 179 nəfər

14:14, 11 oktyabr Sosial

Powered by MirTech