Rəsmi: Bu şəxslərin maaşları qalxıb
2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. "Bakuinfo" xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
Pensiyalarla bağlı əhaliyə şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. Respublikamızın digər
Azərbaycanda məşhur hakim İSTEFA VERDİ - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Gununsesi.info-nun məhkəmə hakimiyyəti orqanlarından əldə etdiyi məlumatda deyilir. Məlumata görə, Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib. Hakim istefa ərizəsi ilə bağlı Məhkəmə-Hüquq Şurası Gununsesi.info-nun sorğusunu təsdiq edib. Şuradan saytımıza verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun
Məmmədəli Ağayev AZADLIĞA BURAXILDI
Rusiyada həbs edilən Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb. “Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azad edilib, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur”, - məlumatda deyilib. Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyada həbsdə olan bir azərbaycanlının da azad edildiyini bildirmişdi. Onun Ağayevi nəzərdə tutub-tutmadığı bəlli deyil.
General danışdı - Hikmət Mirzəyevin olduğu yeri ermənilər mərmi atəşinə tutublar
“Komandan (XTQ-nin sabiq, Quru Qoşunlarının hazırkı komandanı general–polkovnik Hikmət Mirzəyev – red.) da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi”. "Bakuinfo" xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir yazıb. O, 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb: Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim: “— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi
40 Azərbaycan vətəndaşı Almaniyadan göndərilib
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət
Bakı əhalisinin diqqətinə: İş vaxtlarında dəyişikliklər olacaq
Bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq
Adil Kərimli rəisi işdən çıxardı - Yerinə onu təyin etdi
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib. "Bakuinfo" “Qaynarinfo”ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətisinin Gəncə Regional İdarəsinin rəisi postundan uzaqlaşdırılıb. Onu sözügedən idarədə rəis müavini işləyən Xəlil İbrahimov əvəz edib. Qeyd edək ki, Pərvin Kazımov ötən ilin dekabr ayında Gəncə-Daşkəsən Regional
Rövşən Nəcəfə vəzifə verildi
AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər. Bu barədə AFFA məlumat yayıb. FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb. Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir. Bu prosesin nəticəsi olaraq, FIFA
Hesablama Palatası ifşa etdi – Bu Nazirlikdə 8 milyonluq KORRUPSİYA
Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb. Bu barədə Gununsesi.info-ya adıçəkilkən nazirlikdəki mənbə deyib. Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub. Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək. Bu isə nazir Adil Kərimlinin “vurulması”