Sosial

Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı – 2026-da...

“Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”. ”Bakuinfo” xatırladır ki, bu

18:25, 03 yanvar Sosial

Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. "Bakuinfo" xəbər verir ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Məlumata görə, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində

17:15, 03 yanvar Sosial

Prezident və ailə üzvləri Şahdağda - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Qusarda “Şahdağ” qış-yay turizm kompleksində olub. "Bakuinfo" xəbər verir ki, bu barədə dövlət başçısının nəvəsi Əli Ağalarov "Instagram"da paylaşım edib. O, paylaşımına "Bu gün babamla xizək sürdük", - şərhini qeyd edib.

16:27, 03 yanvar Sosial

ADY həbs edilən şəxslərlə bağlı məlumat yaydı

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq

15:42, 03 yanvar Sosial

Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

14:00, 03 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Sabahın hava proqnozu Yanvarın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi

12:33, 03 yanvar Sosial

İctimai nəqliyyatda qiymətlər artırılacaq

Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə

11:56, 03 yanvar Sosial

Azərbaycanda siqaret kəskin bahalaşdı - YENİ QİYMƏT

Azərbaycanda siqaretlərin qiymətində növbəti artım qeydə alınıb. "Bakuinfo"nun əldə etdiyi məlumata görə, artıq qiymət artımı ilə bağlı satış nöqtələri rəsmi şəkildə məlumatlandırılıb. Bildirilib ki, bu barədə siqaret satışını həyata keçirən şirkətlər satıcılara əvvəlcədən xəbərdarlıq edib. Yeni qiymətlərə əsasən, ucuz siqaretlərin qiyməti 30 qəpik, bahalı siqaretlərin qiyməti isə 40 qəpik artırılıb. Satıcıların sözlərinə görə, qiymət artımı artıq bir sıra satış nöqtələrində tətbiq

21:48, 02 yanvar Sosial

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

11:43, 02 yanvar Sosial

Jurnalist Nailə Əkbərova vəfat etdi

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib. “Bakuinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib. Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib. Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub.

11:39, 02 yanvar Sosial

Powered by MirTech