Bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Jurnalist Nailə Əkbərova vəfat etdi
Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib. “Bakuinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib. Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib. Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub.
Azərbaycanda minlərlə insan bayramdan imtina etdi
Yeni il gecəsi Azərbaycanda minlərlə evdə işıqlar sönmür, süfrələr açılır, saatlar 00:00-ı gözləyir. Amma bu gecə hamı üçün bayram deyil. Hər il olduğu kimi, bu il də minlərlə azərbaycanlı Yeni ili ailəsinin yanında yox, iş başında qarşılayır. Onlar üçün bayram gecəsi məsuliyyət, növbə və xidmət deməkdir. "Bakuinfo" xəbər verir ki, xəstəxanalarda həkimlər, tibb bacıları və təcili tibbi yardım briqadaları fasiləsiz rejimdə çalışır. Yeni il gecəsi yol-nəqliyyat hadisələri, qəfil səhhət
Azərbaycan elminə ağır itki - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib. Bu barədə BDU-dan məlumat verilib. Mikayıl Cəfərov 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.
Sabah Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Benzin və dizel bahalaşdı
Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib. "Bakuinfo" xəbər verir ki, Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə
Gələn aydan pensiyalar bu qədər ARTACAQ
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımların ödənilməsi başa çatıb. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edir. "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclasında deyib. Millət vəkili xatırladıb ki, 2025-ci il reallaşan 5-ci sosial
Azərbaycanda polkovnik vəfat etdi
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxili işlər və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. (Bakıvaxtı.az)
Milli Qəhrəman vəfat etdi
Azərbaycan daha bir Milli Qəhrəmanını itirib. "Bakuinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məlumata görə, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı. Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi. Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək. (Musavat.com)
Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək