Baş Prokurorluqdan plastik cərrah Vüqar Ələkbərovla bağlı MƏLUMAT
Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən "Bakuinfo"ya bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır. “Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq
Nazir bu şəxslərə çağırış etdi
Gənclər və idman naziri Fərid Qayıbov idmançıları sosial şəbəkələrdə aktiv olmağa çağırıb. "Bakuinfo" xəbər verir ki, o, bu barədə 2025-ci ilin yekunlarına dair ölkənin əsas informasiya agentlikləri və televiziya kanallarına verdiyi müsahibəsində danışıb. "Gimnastımız Tofiq Əliyevin sosial şəbəkədəki aktivliyi bizi sevindirir. Biz istəyərdik ki, digər nümunəvi idmançılarımız da sosial şəbəkələrdə aktiv olsunlar. Çünki bu da təbliğatın bir növüdür", - deyə nazir bildirib.
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorogiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ
İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. “Bakuinfo” xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək: “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”. E.Vəliyev qeyd
Evlərini kirayə verənlərə şad xəbər!
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə
Bu tarixdə meteor yağışı olacaq
Yanvarın əvvəlində maraqlı astronomik hadisə — Kvadrantid meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir. "Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır.
Avtobusa minənlərə ŞAD XƏBƏR
NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. "Bakuinfo" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş
Prezidentin gəlini müəllifi olduğu layihəni təqdim etdi - FOTOLAR
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. "Bakuinfo" xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər. Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal
Dekabrın 29-u ilə bağlı ŞAD XƏBƏR
Tibbi-meteoroloji proqnoz açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Şükür Həmidovun anası vəfat etdi
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib. “Bakuinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov deyib. O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib: “Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.