Rusiyanın PUA zərbəsi: Azərbaycan şok cavab hazırlayır – Hədəf bilindi
Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturlarına ardıcıl zərbələr endirməsi narahatlıqla qarşılanır. Caliber.az-ın mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, Azərbaycan öz arsenalındakı silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirəcək.
İki ölkə arasında davam edən gərginlik onunda Bakının artıq Moskvanın hərəkətlərinə daha ciddi reaksiyalar verəcəyi bildirilir.
Azərbaycanın Ukraynaya silah göndərməsi hansı halda mümkündür? Bu, Rusiyada necə qarşılanacaq?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanov deyib ki, Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturuna zərbələr endirməsi Bakı-Moskva münasibətlərində gərginliyin davam etdiyini göstərir:
“Təbii ki, bu hadisələr Azərbaycanın milli təhlükəsizliyi və enerji maraqlarına birbaşa təhdiddir.
İlkin olaraq qeyd edim ki, ölkəmizin Ukraynaya silah göndərməsi beynəlxalq hüquqa zidd deyil. Bu addım hər bir dövlətin suveren qərarvermə hüququ çərçivəsində həyata keçirilə bilər.
Azərbaycan heç bir münaqişədə tərəf olmadığı kimi, Rusiya-Ukrayna müharibəsində də hər zaman ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. Bu mövqeyin əsas təcəssümü də tərəflər arasında danışıqların davam etdirilməsinin vacibliyinin hər zaman açıq və konkret ifadə olunmasıdır. Ona görə də Rusiyanın bütün aqressiv və əsassız çıxışlarına baxmayaraq, Azərbaycanın hər zaman olduğu kimi, təmkinli və praqmatik addımlarını davam etdirəcəyini düşünürəm. Amma Kremldən təhdidlər davam etdiyi halda, Bakının adekvat cavab addımlarının olacağı istisna edilməməlidir.
Aytən Qurbanova
Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasətində hər zaman öz milli maraqları əsas götürülür. Deməli, əgər Rusiya Cənubi Qafqazda Azərbaycanın enerji infrastrukturunu təhdid etməyə davam edərsə, rəsmi Bakı da öz maraqlarını qorumaq üçün daha sərt və prinsipial addımlar atmaq hüququnu özündə saxlayır.
Nəticə etibarilə, Azərbaycanın Ukraynaya silah dəstəyi ehtimalı real geosiyasi kontekstdə qiymətləndirilməlidir və bunun Rusiyanın gələcək addımlarından birbaşa asılı olduğu unudulmamalıdır. Çünki hər bir dövlət üçün onun milli maraqları, enerji təhlükəsizliyi və suverenliyi dəyişməz prioritet olaraq ifadə edilə bilər”.
Diqqət Çəkənlər
Prezidentdən su ilə bağlı şad xəbər
“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin”. “Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
Prezidentdən Məcnun Məmmədovla bağlı SƏRƏNCAM
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Son Xəbərlər
İcra başçısı bu iş adamına görə “vurulub”
Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi. Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək,
Vüsalənin anası xəstəxanaya yerləşdirildi
Aparıcı Vüsalə Əlizadənin anası Lütviyyə Əlizadə xəstəxanaya yerləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O bildirib ki, anası əməliyyat olunub. "Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən, ana, tez sağal" deyə bildirib.
Adnan Əhmədzadə haqda - Yeni qərar
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb. “Bakuinfo" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib. Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib. Qeyd edək ki, dünyaca məşhur
Bu xanıma yüksək vəzifə verildi
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub. Səbinə Bağırova faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
Hava kəskin soyuyur: Bu tarixdə Bakıya QAR YAĞACAQ
Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4°
İrana hücum hazırlıqları başladı
ABŞ İrana hücuma hazırlıqlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" anonim amerikalı mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, İrana qarşı güc tətbiq etmək planları inkişaf mərhələsindədir və bu ssenarilər situasiyadan asılı olaraq hazırlanır. Onun sözlərinə görə, Yaxın Şərqdəki Amerika hərbi kontingenti istənilən ssenariyə və öz maraqlarını müdafiə etməyə hazırdır.
Ermənistan işğalla hədələndi
Solovyov, onun həmkarları və rəhbərləri üçün Ermənistan suveren dövlət deyil, təsir dairəsidir, təsəvvürlərində Ukraynada olduğu kimi, “xüsusi hərbi əməliyyat” həyata keçirilə biləcək ərazidir”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. Deputat Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj
“Bir gün də yubanma olmamalıdır” - Prezident İlham Əliyev tapşırıq verdi
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”. “Bakuinfo” xəbər verir ki, bunu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan bugünkü müşavirədə Prezident İlham Əliyev bildirib. Ölkə başçısı çıxışında Proqramın icrasına ictimai nəzarətin mütləq olmalı
Binalarda "Komendant pulu" ləğv olunur
Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri - binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm "köhnə", həm də "yeni" binaların idarəetmə modelində ciddi xaos hökm sürür. Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb. “Bakuinfo" xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”. Qeyd edək ki, Prezident