İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı

Dünya 16:36, 09 yanvar 2026, 636
İranın mümkün gələcək liderinin adı açıqlandı, Güney Azərbaycan qarışdı

“Əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər”.

"Bakuinfo" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb:

“Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbriz, Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarlarının məntiqini ABŞ-nin siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir.

İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var. Ancaq cin şüşədən çıxıb, son etirazlar göstərir ki, İranda geridönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki İran əhalisi arasında “Siz Rza Pəhləvini dəstəkləyirsinizmi” sualıyla sorğu keçirmək mümkün deyil.

Buna baxmayaraq, İranda Pəhləvi dövrünün həsrətiylə yaşayanların varlığını özüm də müşahidə etmişəm, illər öncə Tehranda olanda söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlər söylədiyini dinləmişəm. Halbuki Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər. O, son dərəcə fəaldır”.

Elxan Şahinoğlu xatırladıb ki, 2023-cü ildə İranda keçirilən etirazlarda da Rza Pəhləvi fəallaşmışdı:

“O, əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münxen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar Rza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər. Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə, demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub. "Bakuinfo" xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir. Lyuk Koffi kimdir və niyə dedikləri bu

22:46, 11 yanvar Siyasət

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Son Xəbərlər

Pezeşkian xalqı meydanlara çağırdı

İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə çağırıb. “Bakuinfo” xəbər verir ki, Prezident müraciətində İran xalqını meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə səsləyib. Pezeşkianın sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanısa da, məscidləri və ictimai binaları yandıranları qəbul etmir: “Hökumət dinc etirazçıların tələblərini dinləməyə və

20:19, 11 yanvar Dünya

Nərgiz Qurbanlıya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Nərgiz Qurbanlıya 05 dekabr 2025-ci il tarixli müvafiq qərara əsasən 5706.01 – Azərbaycan dili ixtisası üzrə filologiya elmləri elmi sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib. Nərgiz Qurbanlını təbrik edir, ona can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayırıq.

23:41, 10 yanvar Sosial

Hava kəskin soyudu: Bu tarixdə güclü qar yağacaq

Ötən gecədən Azərbaycanda və paytaxt Bakıda hava kəskin soyuyub. "Bakuinfo" bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda havanın yağmursuz olacağı gözlənilir, bəzi rayonlara isə qar yağacaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə

23:25, 10 yanvar Sosial

Londonda İran səfirliyinə hücum olundu - Video

Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə yerində polis əməkdaşları var. Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.

22:48, 10 yanvar Dünya

ŞAD XƏBƏR! Prezident həmin qanunu TƏSDİQLƏDİ

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin

21:09, 10 yanvar Sosial

Məşhur əliyevçi, istiqlalçı deputat, polis rəisi vəfat etdi

Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sabiq deputatı Fərəməz Novruzoğlu məlumat yayıb. Qeyd edək ki, Allahverdi Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 istiqlalçı deputatdan biridir. Sadiq əliyevçi kimi tanınan polis rəisi 2007-ci ildə (55 yaşında) təqaüdə çıxmışdı.

20:11, 10 yanvar Sosial

130 gün iş olmayacaq - RƏSMİ

2026-cı ilin istehsalat təqviminə əsasən, bayram günləri ilə yanaşı şənbə və bazar günləri də nəzərə alındıqda il ərzində ümumilikdə 130 gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu müddətə rəsmi bayramlar, qeyri-iş günləri və həftəsonları daxildir. Müvafiq təqvimə görə, qeyri-iş günlərinin böyük hissəsi həftəsonları ilə üst-üstə düşsə də, bir sıra bayram günləri əlavə istirahət imkanları yaradır. Qeyd edək ki, istehsalat təqvimi əmək qanunvericiliyinə uyğun olaraq tərtib edilir və

22:33, 09 yanvar Sosial

Rza Pəhləvi Trampdan kömək istədi

İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. "Bakuinfo" xəbər verir ki, Pəhləvi müraciətində bildirib: "Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünüzün öhdəsindən gələn bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun". Xatırladaq ki, bir gün öncə ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib. Tramp qeyd

21:54, 09 yanvar Dünya

Azərbaycanda bu vəzifələr ləğv olundu

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. "Bakuinfo" “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən

21:50, 09 yanvar Ölkə

Powered by MirTech