Qonşu ölkə qaçılmaz müharibəyə hazırlaşır – “Mükafat” işə yaramadı

Dünya 19:20, 12 fevral 2025, 15
Qonşu ölkə qaçılmaz müharibəyə hazırlaşır – “Mükafat” işə yaramadı

ABŞ Prezidenti Donald Tramp “Nyu York Post”a müsahibə verib. Müsahibənin İranla bağlı hissəsi xüsusilə diqqət çəkir.

Tramp deyib ki, “İstərdim, İranla qeyri-nüvə sazişi bağlansın”. Bununla belə o, İranla mümkün danışıqların təfərrüatını açıqlamayıb.

Tramp İranla nüvə danışıqlarının yenidən başlamasını istəyir. Bu məsələdə səmimi olduğunu demək olar. Məsələ belədir ki, İran uranı zənginləşdirərək nüvə silahı əldə etmək istəyir (qeyri-rəsmi məlumatlara görə artıq əldə edib). Tehran bunu böyük ehtimalla İsrail təhdidi və İraqa edilən tərzdə bir beynəlxalq müdaxilə ehtimalı üçün özünümüdafiə məqsədi ilə edir. İsrail isə İranın nüvə silahını əldə etməsini istəmir. Digər tərəfdən, Tehranın hazırkı mərhələdə zəiflədiyini nəzərə alıb, son zərbəni vurmaq istəyir.

Tramp həm də onu bilir ki, İsrail gec-tez İranı təxribata çəkmək istəyəcək. Tehran isə 2024-cü ildən fərqli olaraq provokasiyadan asanlıqla yayına bilməyəcək. Təl-Əviv açıq şəkildə beynəlxalq koalisiyanın İrana müdaxilə etməsini istəyir.

İndiki məqamda total müharibə ABŞ-a lazım deyil. Ona görə də Tramp İrana xəbərdarlıq edərək “Bunu cəhənnəm bombardmanından üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Əgər biz razılığa gəlsəydik, İsrail onları bombalamazdı” deyib.

Tramp açıq şəkildə İrana “qamçı və kökə” təklif edir. Yəni ya qeyri-nüvə sazişi bağlanacaq, ya da İran-İsrail müharibəsi başlayacaq. Təbii ki, belə olduğu təqdirdə ABŞ da müharibənin bir parçası olacaq.

Trampın yanaşması sadədir. İrana müzakirə imkanı tanımır: ya “razılaş, ya da razılaş” tələbi var. Buna görə də İran məsələyə birmənalı mövqe sərgiləmir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiri İsrail və ABŞ-ın İrana zərbə endirməsi ehtimalı ilə bağlı danışarkən deyib ki, İran ordusu həmişə olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır. İranın müdafiə naziri Əziz Nəsirzadə isə deyib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.

İranın ali rəhbəri Əli Xamenei bir neçə gün öncə ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə ABŞ-la bağlı mesajlar verib. O vurğulayıb ki, “ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur, danışıqlar müdrik, ağıllı və şərəfli deyil”.

Hesab edirəm, mövcud reallıqlar çərçivəsində İranla qeyri-nüvə sazişinin imzalanması çətin, hətta mümkünsüz görünür. Tərəflər arasında kəskin fikir ayrılığı var. Tramp total savaşdan yayınsa da, İsraillə İran arasında müharibə qaçılmazdır. Bu, 2025-ci ildə də baş verə bilər, yaxın 4 il ərzində də. Təl-Əviv bunun Tramp dövründə başlayıb-bitməsini istəyir.

Tramp İsraili sakitləşdirmək üçün Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini də təklif edib. Lakin bu “mükafat”ın Təl-Əvivi dayandıracağını düşünmürəm.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Minimum əmək haqqı anlayışı dəyişdirildi

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin

15:52, 17 yanvar Sosial

Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. “Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm

15:51, 17 yanvar Sosial

Sabah qar yağacaq, şaxta olacaq - HAVA PROQNOZU

Azərbaycanda yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq

13:25, 18 yanvar Sosial

Son Xəbərlər

Sabah Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvrın 20-də havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. "Bakuinfo" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında

14:26, 19 yanvar Sosial

Sabah bu yollar bağlanacaq

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin

14:24, 19 yanvar Sosial

İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi

İsrailin Azərbaycandakı keçmiş səfiri Eitan Naeh 63 yaşında vəfat edib. “Bakuinfo” xəbər verir bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, Eitan Naeh 2001-2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib və İsraillə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.

14:22, 19 yanvar Sosial

İlham İsmayıl xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib. O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.

11:03, 19 yanvar Sosial

Xabi Alonso yenidən Qurban Qurbanova qarşı?

Almaniyanın “Ayntraxt” klubu baş məşqçi postu üçün Xabi Alonsonu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. “Bakuinfo" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, klub rəhbərliyi yeni mövsüm öncəsi komandanın oyun üslubunu yeniləmək və daha ambisiyalı layihəyə başlamaq üçün ispan mütəxəssisi ciddi variant kimi qiymətləndirir. Xabi Alonso hazırda Avropada ən perspektivli gənc məşqçilərdən biri sayılır və onun çalışdırdığı komandalar hücumameyilli, dinamik

22:30, 18 yanvar İdman

Azərbaycan yük təyyarələri Ermənistan səmasında... - Foto

Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidmətində Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub. Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu. “Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu

22:28, 18 yanvar Siyasət

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. "Bakuinfo" xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. X X X 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə

13:46, 18 yanvar Sosial

Sabah qar yağacaq, şaxta olacaq - HAVA PROQNOZU

Azərbaycanda yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq

13:25, 18 yanvar Sosial

Minimum əmək haqqı anlayışı dəyişdirildi

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin

15:52, 17 yanvar Sosial

Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. “Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm

15:51, 17 yanvar Sosial

Powered by MirTech