Türkiyə ilə İran arasında KRİZİS - Nə baş verir?

Dünya 21:42, 05 mart 2025, 12
Türkiyə ilə İran arasında KRİZİS - Nə baş verir?

Hakan Fidanın açıqlamasından sonra türk səfir XİN-ə çağırıldı; dünyaca məşhur nəşr həyəcan təbili çaldı - iki müsəlman nəhəngi üz-üzə gələ bilərmi?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Nazir deyib ki, İranın regional  siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir: “Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək. Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər. Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”. Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib.

Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə “Nəşnl İnterest” (Nİ) məqalə yazıb. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.(Mənbə:Publika.az)

Konqres kulislərindəki müzakirələr Türkiyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir. “Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red.) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.

Konqres üzvlərinin hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, İran on illərdir regionda pozuculuq və xaos yaratmaq siyasəti yürüdür: “Bu siyasətlə uzağa getmək mümkün deyildi və belə də oldu. İsraili məhv etməklə hədələyən İranın Yaxın Şərqdə yaratdığı və on illər boyu yüz milyardlarla dollar vəsait xərcləyərək maliyyələşdirdiyi proksiləri İsrail ordusu tərəfindən qısa zaman kəsiyində yerlə yeksan edildi. Bunun ardınca İranın Yaxın Şərqdə ən böyük dayağı olan Suriyada Əsəd rejimi devrildi və İran bunun qarşısını almaq üçün səsini belə çıxara bilmədi. Bir sözlə, indiki dönəmdə İran ətrafında həlqə daralmaqdadır. Türkiyə ilə tarixən bölgədə rəqabət aparan İran indi Türkiyənin regionda mövqelərinin getdikcə möhkəmlənməsinin fərqindədir. Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağda erməni separatçılarını ağır məğlubiyyətə düçar etməsi də İranın Cənubi Qafqaz xəyallarının alt-üst olması demək idi. Bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli yollarının axtarılması üçün ABŞ-ın Türkiyə platformasını seçməsi də Birləşmiş Ştatların yeni prezidentinin Türkiyəyə güvəninin təzahürüdür. İran bütün bu baş verənlərdən bərk əndişəlidir. Regional müstəvidə bir-birinin ardınca mövqelərini Türkiyəyə və İsrailə təhvil vermək zorunda qalan İran, indi də İraqdakı mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov iki müsəlman ölkə arasında hər hansı bir toqquşma ehtimalını real saymır:“Türkiyə ilə İran arasında rəqabət tarixən olub və hətta bu ciddi qarşıdurmalaradək gedib çıxıb. Xüsusən də 1979-cu ildə İranda rejim dəyişikliyindən və dindarların hakimiyyətə gəlişindən sonra bu rəqabət daha da qızışıb. Bu gün də Tehran rejimi təhlükəli oyunların içindədir. Böyük bir coğrafiyada təsir gücünü saxlamaq üçün proksi qüvvələr saxlayır, onları silah-sursatla təchiz edir, maliyyələşdirir. Yəməndə husilər, Livanda Hizbullah, Fələstində HƏMAS, Suriyada və İraqda bir qrup şiələri dəstəkləməklə lazım gələndə onları öz maraqlarına uyğun hərəkətə gətirir. Tehran son zamanlar Azərbaycan və Türkiyə qarşı da ritorikasını sərtləşdirib, təbliğat müharibəsinə başlayıb. Bu təbliğat müharibəsində təkcə media deyil, dinçilərdən, mühafizəkar qanaddan, hətta İranın elit hərbi gücü olan SEPAH-dan da istifadə edir. Ali dini liderin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amilinin təşkil etdiyi tədbirlər və etdiyi çıxışlar Türkiyənin və Azərbaycanın açıq hədəf seçilməsinə açıq işarə idi. Əsəd rejiminin süquta uğraması İranın Ankaraya olan qəzəb və ədavətini daha da artırdı. Tehran rejimi konkret at çəkməsə də, Əsədin devrilməsini qonşu dövlətlə birlikdə İsrail və ABŞ həyata keçirdi deyə bəyan etdi. Suriyanın yeni hakimiyyətini və onu dəstəkləyən qonşu dövləti, yəni Türkiyəni hədələdi. Bir məsələ də artıq aydındır ki, İran region uğrunda mübarizədə Türkiyəyə uduzur. Türkiyənin rolu və önəmi artır. Qarşısına çıxarılan maneələr uzun müddət duruş gətirə bilmir. Bu isə molla rejimini hədsiz qıcıqlandırır. Türkiyənin regionda güclənməsini şərtləndirən bir çox səbəblər var ki, bu İran üçün yalnız xəyal edilə bilər. Türkiyə son illər özünün hərbi qüdrətini və döyüş qabiliyyətini kifayət qədər artırıb. Hərbi sənaye kompleksi dünyanın aparıcı ölkələri ilə rəqabətə girə bilir. İqtisadi və strateji müttəfiqləri çox genişdir. Dünyanın əsas hərbi siyasi mərkəzi olan NATO-nun aparıcı üzvlərindən biridir. Türkiyə, həm də təhlükəsizlik təminatı deməkdir. İnvestisiya deməkdir. Bunların heç biri İranda yoxdur. Belə olan halda Türkiyə ilə İran arasında hansısa toqquşmanın baş verə biləcəyini düşünmürəm. Əksinə, İsrailin və ABŞ-ın yeni prezidentinin İranla bağlı yürütdüyü siyasət fonunda Tehranın Ankaraya ehtiyacı var və heç vəhclə münasibətlərin gərginləşməsinə risk etməz. Beynəlxalq imperialist güclərin Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi kürd separatizminin də Ankara sonuna çıxmaqdadır. İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yumşaq güc, dini və milli ekstremizm faktorları yoxdur və olsa da bu çox zəifdir. Ankara isə Tehranı çökdürə biləcək güney soydaşlarımız faktoruna malikdir. Bu, kifayət edər”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib. "Bakuinfo" xəbər verir ki, o, bu dəhlizin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək və Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışı üçün vacib olduğunu vurğulayıb. Fidan qeyd edib ki, texniki məsələlər qalır, lakin məqsəd müqaviləni mümkün qədər tez

11:14, 16 yanvar Siyasət

Azərbaycanda iki valyuta kəskin UCUZLAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0393 manata kimi, Avro 1,9738 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1849 manata kimi bahalaşıb.

11:36, 16 yanvar İqtisadiyyat

Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO

Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir. Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını

11:39, 16 yanvar Siyasət

Son Xəbərlər

Minimum əmək haqqı anlayışı dəyişdirildi

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin

15:52, 17 yanvar Sosial

Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. “Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm

15:51, 17 yanvar Sosial

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Powered by MirTech