Dəhşətli müharibənin ilk siqnalı verildi – “Qaranlıq güc” hərəkətə keçir
Rusiyanın Ukraynada qalib gəlməsi, ABŞ Prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxması ehtimalı haqda anons verməsi Avropanı təşvişə salıb. Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciəti, Avropa Komissiyasının prezident Ursula Fon der Leyenin “Avropa müharibəyə hazır olmalıdır” bəyanatı, bütövlükdə Avropa İttifaqındakı proseslər, London sammiti və s. müharibə hazırlığı kimi dəyərləndirilir.
Avropa 80 il sonra savaşlara ev sahibliyi edə bilərmi? Bu coğrafiyada müharibə bəşəriyyətə nə vəd edir?
"Bakuinfo" xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Tramp Administrasiyasının Avropa İttifaqına (Aİ) ciddi təzyiq göstərəcəyi bəllidir:
“Bunun təməl səbəbi Aİ və Birləşmiş Ştatların yeni administrasiyası ilə ideoloji fərqliliklərdir. Eyni zamanda Baydenlə Tramp fərqli ideologiyanın daşıyıcıları olan gücləri təmsil edirlər. Ümumiyyətlə, ABŞ tarixində çox az lider olub ki, ABŞ-ı bir şirkət və silahlı güc, ABŞ xalqını isə sadəcə olaraq istehlakçı kütlə kimi istifadə edən sistemə qarşı çıxsın: bunlardan biri Kennedi idi və öldürüldü. Hazırda isə bu prosesi Tramp həyata keçirməyə çalışır. Amma Kennedidən fərqli olaraq Trampın nəticə eldə etməsi üçün zəmin var. Çünki artıq dünya ictimaiyyəti indiyə qədər ABŞ-ı idarə edən “qaranlıq güc” haqqında müəyyən təsəvvürə malikdir. Əvvəllər bu sistemə mif, konspirasiya nəzəriyyəsi donu geyindirmək mümkün idisə, müasir dönəmdə artıq mümkün deyil. Bu “qaranlıq güc” FED və onu formalaşdıran banklar və onların bütün istiqamətlərdə fəaliyyət göstərən törəmə şirkətləri və təşkilatlarıdır. Əvvəlki dönəmlərdən fərqli olaraq bu barədə cəmiyyətdə təsəvvür var. Məhz bu amil Trampın nəticə əldə etməsinə daha uyğun zəmin formalaşdırır”.
Ə.Zülfüqaroğlu qeyd edib ki, ABŞ “dərin dövləti” adlandırılan bu sistem həmçinin Avropa İttifaqını idarə edən və Çini dünya fabrikinə çevirən gücdür:
“Xüsusilə Fransa hökuməti və Makronun timsalında bu, daha aydın nəzərə çarpır. Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra birinci prezidentliyi dönəmində yarımçıq qalan prosesləri reallaşdırmağa çalışır. Avropa İttifaqında da bu gücün, yəni mondializmi reallaşdırmağa çalışan qlobalizmin formalaşdırdığı hökumətlər də əsas hədəf olacaq. Bu baxımdan Avropa İttifaqını çox çətin bir mərhələ gözləyir. Məhz buna görə də Tramp Rusiya ilə münasibətlərini normallaşdırmaqla ilk növbədə Avropa İttifaqının qlobalizmə xidmət edən marionet hökumətlərini devirməyə və beləliklə də hazırda müstəqil olmağa və bunun üçün Çinlə yaxınlaşmağa can atan Avropa İttifaqının vassal olmaqda davam etməsini təmin etməyə çalışacaq. Həmçinin Çinlə iqtisadi mübarizəni daha da kəskinləşdirəcək. Çünki ABŞ daxilində Trampa qarşı olan qlobal maliyyə sisteminin törəmə təşkilatları və şirkətlər həmçinin Çinin də güclənməsində rol oynayırlar. Buna görə də Tramp ilk prezidentliyi dönəmində “mənim ən böyük düşmənim FED-dir”, yaxud “FED çox müstəqildir və ABŞ dövlətinin maraqlarına zərbə vurur”,- deyə vurğulamışdı”.
Əli Zülfüqaroğlu
Siyasi şərhçi bildirib ki, bütün bunlar qlobal savaşın ilk siqnalları idi və artıq böyük ölçüdə açıq müstəviyə daşınıb:
“Ona görə də Avropa İttifaqı bilir ki, nüfuz dairəsinin bölüşdürülməsi istiqamətində Rusiya Avropa İttifaqı siyasətində Vaşinqtonun maraqlarına uyğun oynayacaq. Yəni təhdidləri artırmaqla Avopa İttifaqının parçalanmasına, yaxud Qərbi Avropanın ABŞ-ın nəzarətinə keçməsinə şərait yaradacaq. Ona görə də Avropa İttifaqı çalışır ki, bu prosesləri əngəlləmək üçün Çinlə yaxınlaşsın, hətta xüsusilə Fransanın təşəbbüsü ilə İranla da münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığının şahidi ola bilərik. Türkiyə ilə yaxınlaşma istəyi də məhz bu əndişədən qaynaqlanırdı. Ona görə ki ittifaq ölkələrinin hərbi gücü ABŞ-ın təzyiqləri qarşısında davam gətirə bilməz.
Türkiyə isə tamamilə əks qütbdədir. Yəni ABŞ və Rusiya ilə münasibətləri müsbətdir və burada əsas amil ideoloji faktordur. Buradan o nəticəyə gəlmək olar ki, Avropa İttifaqı hazırkı durumda daha çətin vəziyyətdədir və yaxın perspektivdə xüsusilə Makron hökuməti üçün ciddi böhran yaranma ehtimalı yüksəkdir”.
Diqqət Çəkənlər
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib. "Bakuinfo" xəbər verir ki, o, bu dəhlizin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək və Türkiyənin Türk dünyasına və Orta Asiyaya birbaşa çıxışı üçün vacib olduğunu vurğulayıb. Fidan qeyd edib ki, texniki məsələlər qalır, lakin məqsəd müqaviləni mümkün qədər tez
Azərbaycanda iki valyuta kəskin UCUZLAŞDI
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, yanvarın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0,0393 manata kimi, Avro 1,9738 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,1849 manata kimi bahalaşıb.
Şəhriyardan Xameneiyə məsləhətlər... - VİDEO
Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir. Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını
Son Xəbərlər
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi. Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin
Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu “Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq. H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib. “Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm
Həmzət Çimayev ölüb?
Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.
Kadırovun oğlu qəzaya düşdü
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.
Bütün KFC restoranları bağlandı
Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.
Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha
“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE
Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM
Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.