İsrail daha bir ölkəyə zərbələr endirməyə hazırlaşır – Müharibə şiddətləndi

Dünya 16:38, 14 iyun 2025, 604
İsrail daha bir ölkəyə zərbələr endirməyə hazırlaşır – Müharibə şiddətləndi

“İsrailin İrana qarşı hərbi güc tətbiqi ilə hücumları, nüvə obyektlərinə zərbə endirmək potensialını göstərməsi Tehranla Vaşinqton arasında danışıqların getdiyi zamana təsadüf etdi. Başqa yandan, proseslərə qlobal rəqabətin və bu rəqabəti yumşaltmağın bir yolu kimi də baxmaq olar. Rusiyailə ABŞ-nin İranın nüvə faylı ilə bağlı eyni mövqeni bölüşməsi, Çinin Tehrana nüvə proqramında əhəmiyyətli dəstək verməməsi bu məsələdə aktuallıq kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, regionda İranla Hindistanmüttəfiq kimi görünsələr də, Dehlinin siyasəti həlledici deyil:

“Yəni Hindistan Tehranın iqtisadi tərəfdaşı olsa da, onun regional geosiyasi sferaya birbaşa müdaxiləsi məhduddur. Deməli, İsrailin hücumları Tehranın həm tərəfdaşları, həm də geostrateji rəqibləri tərəfindən fərqli meyarlara tabe olmaq riskləri ilə üzləşməsi ilə fonunda baş tutur. Hərbi cəhətdən isə İsrailin son zərbələri sürətlə inkişaf edir. Bunu ABŞ ilə İranarasındakı nüvə danışıqlarının nəticəsiz qalmasına verilən reaksiyalar kimi səciyyələndirmək olar. Lakin ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşımadığını elan edir və hadisəni elə İsrail-İran qarşıdurmasının vacib komponenti kimi irəli sürür. Bu hücumlardan bir neçə gün əvvəl İranda etirazların və tətillərin olması, elektrik enerjisinin verilişində ciddi problemlərin yaranması diqqətdən kənarda qalmalı deyil.

Ehtimalla, bunlar, İsrailin İrana qarşı bu zamana qədər müşahidə edilməmiş ən geniş hücumuna hazırlığın tərkib hissəsi idi. İsrailin hücumları təkcə İranın nüvə obyektlərini və nüvə alimlərini deyil, eyni zamanda İranın hərbi komandanlıq strukturunu, təhlükəsizlik elitasına qarşı genişmiqyaslı kampaniyanın açılış kadrlarını ortaya qoyur”.

Aqsin K%C9%99rimov

Aqşin Kərimov

Ekspert deyib ki, bu prosesin mərkəzində İranrejiminin ciddi şəkildə zəifləməsinə səbəb olan və mövcud hakimiyyət strukturuna açıq şəkildə qarşı duran, olduqca təsirli kəşfiyyat əməliyyatları dayanır:

“Bu əməliyyatların davamı olaraq İranda insan hüquqları, qadın haqları, tələbə hərəkatları, fəhlə mübarizəsi, ekoloji fəallıq, sosial media və rəqəmsal sahələrə fokuslanmalar müşahidə oluna bilər. İsrailin hücumları, deməli, İranın daxili siyasi-ruhani həyatı üçün mühüm bir məsələlərə istiqamət açır. Bu, İranelitasının hərbi güc tətbiqinin nəticəsi olaraq yenilənməsidir. Hərçənd ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin hələ də İsrailin hədəfində olub-olmaması açıq olaraq qalmaqdadır. Ancaq İsrailin hərbi ssenari ilə hərəkət etməsi sözsüz ki, İrandakı post-Xamenei dövrünə keçidə sürətli təkan verən hadisə kimi diqqət mərkəzinə düşəcək.

İranın mümkün cavab zərbələrinə gəlincə, onun İsrailə qarşı “dərhal əks-hücum” planlarını icra etməkdə çətinlik çəkdiyi görünür. İran hələ də İsrailin zərbələrinə effektiv cavab verməyib, İsrailə atılan İran dronları isə iki dövlət arasındakı hərbi qarşıdurmada çox kiçik epizod kimi görünür.

Hadisənin başqa bir ayağına isə İraqa fokuslanmalarla baxa bilərik. İraqda İranın mövqeləri hələ də güclü olaraq qalmaqdadır və ehtimalla İsrail ikinci bir mərhələ kimi İraqda öz rəqibinə meydan oxuyacaq əməliyyatları icra edəcək. İranın İraqdakı proksi hərəkatlarının və hərbi hədəflərinin sırada çıxarılması üçün düyməyə basılması an məsələsidir.  İraq cəbhəsinin qızışması ABŞ-İsrail əlaqələri ilə birbaşa əlaqəlidir, başqa yandan isə İranın İraqdakı nüfuz dairəsi Türkiyənin maraqlarına toxunur.

Bu cəhətdən İraqda İsraillə İranın üz-üzə gəlməsi ssenarisi Türkiyə üçün uyğundur. Əgər İsrail prosesdən qalib çıxarsa, onda o İraqda digər rəqibi Türkiyə ilə üz-üzə gələn dinamikalara doğru gedəcək”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirliklər birləşdirilir

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və

11:15, 15 yanvar Dünya

Son Xəbərlər

Həmzət Çimayev ölüb?

Adam Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb. Musavat.com-un məlumatına görə, qəza zamanı avtomobildə Adamlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adam

02:30, 17 yanvar Dünya

Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olub. "Bakuinfo" bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb Qanuna əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilib.

22:50, 16 yanvar Sosial

Kadırovun oğlu qəzaya düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. “Bakuinfo" xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib Qeyd edilib ki, o, hazırda reanimasiyadadır və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Qəzada bir nəfərin öldüyü də vurğulanıb. İnternetdə yayılan məlumatlara görə, Adəm Kadırovun korteji yüksək sürətlə hərəkət edib.

22:33, 16 yanvar Dünya

Bütün KFC restoranları bağlandı

Rusiyada KFC (Kentucky Fried Chicken - ing. 1930-cu ildə ABŞ-də yaradılan fastfud şəbəkəsi) restoranları bağlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib. Qeyd olunur ki, bütün restoranlar "Rostic" brendi altında fəaliyyət göstərir və inkişaf edir. Hazırda "Rostic"in müəssisələrinin ümumi sayı 1,3 mini keçib.

18:23, 16 yanvar Dünya

Yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, o, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha

17:18, 16 yanvar Sosial

“Şöhrət” ordeni ilə təltif olunan Nadejda İsmayılova kimdir? – DOSYE

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının qərarı Nadejda İsmayılovanın Azərbaycan mətbuatının inkişafında göstərdiyi xüsusi xidmətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Nadejda İsmayılova kimdir? – Qısa dosye Nadejda Vasilyevna İsmayılova Azərbaycan

17:15, 16 yanvar Sosial

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

17:11, 16 yanvar Ölkə

İlham Əliyev onu sədr təyin etdi - SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.

17:10, 16 yanvar Ölkə

Sabiq icra başçısının oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca

15:39, 16 yanvar Kriminal

Nəsimi rayonuna artıq o rəhbərlik edəcək

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı. "Bakuinfo" xəbər verir ki, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur. Fotoda Zahid Xəlilov Nəsimi

15:23, 16 yanvar Sosial

Powered by MirTech