Hərbi sirlər ƏLƏ KEÇİRİLDİ: ABŞ-yə göndərilən SƏNAYE CASUSLARI – FOTO
“Son vaxtlar Çinin texnoloji uğurlarına dair xəbərlər intensivləşib. BYD ilə “Tesla”, “Huawei” ilə “Apple” və “Nokia”, “TikTok”la “Instagram”, DJI ilə digər dron istehsalçıları, nəhayət “DeepSeek” ilə “Open AI” müqayisə olunur. Çin şirkətlərinin rəqabətdə önə keçdikləri bildirilir. Çinin uğurunun səbəblərindən biri, bəlkə də birincisi vizyondur, irəlini görməkdir”. Medianews.az xəbər verir ki, bu barədə ADA Universitetinin müəllimi, təhsil üzrə ekspert Yalçın İslamzadə bildirib. O qeyd edib
Məşhur bankın pul dolu maşını QAÇIRILDI - 56 MİLYON...
İzmirin Karşıyaka rayonunda Yeni il gecəsi inanılmaz hadisə yaşanıb. Ziraat Bankasına məxsus pul daşıyan maşın içində 56 milyon TL olduğu halda qaçırılıb. Hadisə ilə bağlı dərhal əməliyyat başladan polis 20 şübhəlini saxlayıb, 4 nəfər isə həbs edilib. Oğurlanan 56 milyon TL isə banka qaytarılıb. "Bakuinfo" xəbər verir ki, GPS cihazı olmayan bank maşını Kemalpaşa rayonunda tərk edilmiş vəziyyətdə tapılıb. İzmir Polis İdarəsi dərhal genişmiqyaslı araşdırma aparıb. Banka məxsus pulu
Alimlərdən SENSASİON KƏŞF: dünyadan uzaqda HƏYAT tapıldı - FOTO
Yerə gətirilən Bennu asteroidindən götürülən nümunələrdə həyatın yaranması üçün vacib hesab edilən minerallar və üzvi maddələr aşkarlanıb. "Bakuinfo" xəbər verir ki, bu badədə NASA-nın yaydığı məlumatda bildirilib. Alimlərin sözlərinə görə, nümunələrdə karbohidrogenlər, amin turşuları və sulu fosfatlar qeydə alınıb. Eyni zamanda DNT və RNT-nin əsas komponentləri olan 20 növ üzvi molekul müəyyən edilib. Tədqiqatın nəticələri bir ildən çox müddət ərzində aparılan araşdırmaların
Tramp 700-dən çox Azərbaycan vətəndaşını ABŞ-dən qovur
ABŞ-nin immiqrasiya orqanı deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. “Bakuinfo” xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da var. Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir. Siyahıda 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı da var. Qeyd edək ki, Tramp hazırda ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirir.
Dəhşətli təyyarə qəzası: 18 nəfər öldü - Bu ölkədə…
Cənubi Sudanda təyyarə qəzası baş verib. “Bakuinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 21 sərnişin və ekipaj üzvü olub. Hadisə nəticəsində pilot da daxil olmaqla 18 nəfər həlak olub. Sağ qalan 3 nəfərdən biri Malayziya, digər ikisi isə Cənubi Sudan vətəndaşıdır. Hazırda xilasetmə işləri və araşdırmalar davam etdirilir.
Yanacaq daşıyan maşın partladı: ölən var - Bu ölkədə
Pakistanda mayeləşdirilmiş qaz (LPG) daşıyan yük avtomobili partlayıb. “Bakuinfo” yerli mediaya istinadən xəbər verir ki, hadisə Pəncab əyalətində qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib. Partlayışın baş verdiyi magistral yol hər iki istiqamətdə bağlanıb. Hadisəyə qaz sızması səbəb olub. Bu, son iki gündə ölkədə qeydə alınan ikinci belə hadisədir.
Əməkdar artist vəfat etdi - FOTO
Rusiyanın Əməkdar artisti Boris Ulitin 85 yaşında vəfat edib. “Bakuinfo” xəbər verir ki, bu barədə Sankt-Peterburqun Mədəniyyət Komitəsi məlumat yayıb. Sənətçinin ölüm səbəbi açıqlanmayıb.
Təyyarə qəflətən alışdı: 169 sərnişin və 7 heyət üzvü...
Cənubi Koreyanın “Air Busan” aviasiya şirkətinin Busan şəhərindəki beynəlxalq hava limanında yanan təyyarəsinin 169 sərnişini və 7 heyət üzvü təhlükəsiz şəkildə təxliyə edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Bildirilib ki, Busandan Honkonqa uçmalı olan təyyarənin quyruğu alovlanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Təxliyə zamanı 3 nəfər yüngül xəsarət alıb. Yanğın bütün təyyarəyə yayılsa da, nəzarət altına alınıb. Qeyd edək ki, bu, son bir ayda Cənubi
Bu şəhərdə siqaret çəkmək qadağan edildi
Yaponiyanın Osaka şəhərinin bütün küçələrində siqaret qadağası tətbiq edib. ”Bakuinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, yanvarın 27-də Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkməyə tam qadağa qüvvəyə minib. Yeni qaydalar 2,75 milyon insanın yaşadığı bütün şəhərə şamil edilir. Qadağa həm adi siqaretlərə, həm də elektron cihazlara aiddir. Siqaret üçün şəhərdə xüsusi yerlər ayrılıb. Siqaret çəkmə qadağası 2025-ci ilin aprel-oktyabr aylarında keçiriləcək "Expo 2025"
Banklardan Gecəyarısı Qərar: Kredit Kartlarından istifadə edən hər kəs…
Milyonlarla kredit kartı istifadəçisini maraqlandıran xəbər: Banklar istifadə olunmayan balları silməyə başladı! “Bakuinfo” xəbər verir ki, Türkiyədə bəzi banklar, kredit və sadiqlik kartlarında yığılan istifadə olunmamış balları silmək qərarına gəlib. Ancaq bütün bankaların bu addımı atmadığı, bəzi balların 2025-ci ilə qədər qüvvədə qaldığı məlum olub. Kredit kartlarındakı balların əhəmiyyəti Kredit kartlarında toplanan ballar alış-veriş zamanı ödəniş əvəzi keçərək müştərilərə endirimlər