Dünya

Avtobus körpüdən aşdı - Çox sayda ölən var

Boliviyanın Serdas bölgəsində sərnişinləri daşıyan avtobus körpüdən aşıb. "Bakuinfo" "Eldeber" agentliyinə istinadən xəbər verir ki qəza nəticəsində 19 nəfərin ölüb, 9 nəfərin yaralanıb. Polis xilasetmə işlərini davam etdirir və buna görə də ölənlərin sayının artacağını istisna edilmir. Məlumaa görə, qəzaya yüksək sürət və 24 yaşlı sürücünün təcrübəsizliyi səbəb olub. Hadisə zamanı o da dünyasını dəyişib. Ölənlər arasında 14 qadın, üç kişi və iki uşaq var.

10:26, 27 yanvar Dünya

Avropada yeni müsəlman dövləti yaranır: sərhədsiz…

Albaniya Tiranada Vatikan tipli dövlət yaradacaq. “Bakuinfo” Globailnfo.az-a istinadla xəbər verir ki, Baş nazir Edi Rama Albaniyanın dini qorumaq və təşviq etmək üçün Vatikanı nümunə götürərək suveren müsəlman dövləti yaradacağını deyib. Əgər bu baş tutarsa, yeni dövlət dünyanın ən kiçik dövlətlərindən biri olacaq. “Simvolik dövlət divarsız, polissiz, ordusuz, vergisiz və digər atributları olmayan, lakin qərargaha sahib mənəvi dövlət olacaq”, – deyə baş nazir əlavə edib. Dövlətin nə zaman

04:30, 26 yanvar Dünya

Xalq artistində xərçəng aşkarlandı FOTO

Rusiyanın 85 yaşlı Xalq artisti Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub. “Bakuinfo” Musavat.com-a istinadla xəbər verir ki, həkimlər Polskixə xəstəxanaya yerləşdirilməyi və terapiya kursuna başlamasını tövsiyə ediblər. Bundan əvvəl aktrisa ağciyərləri ilə bağlı problemlər səbəbindən müalicə olunub və ona pnevmofibroz diaqnozu qoyulub. Mütəxəssislər bu xəstəliyin onun keçirdiyi pnevmoniya nəticəsində yarandığını ehtimal edirlər. Qalina Polskixin meneceri bildirib ki, aktrisa hazırda

19:51, 25 yanvar Dünya

Bu məhsulda yüksək səviyyədə TƏHLÜKƏ - Marketlərdə rəflərdən yığışdırılır

Hollandiya və Belçikadakı Albert Heijn supermarketlər şəbəkəsi “AH Andijvie 400 qram” hindiba məhsulunu yüksək miqdarda tau-fluvalinaat pestisidi ehtiva etdiyi üçün satışdan geri çağırıb. ”Bakuinfo” xəbər verir ki, geri çağırılan məhsulun yalnız 19 yanvar 2025-ci il son istifadə tarixi olan partiyalarına aid olduğu bildirilir. Şirkət məhsulu alan müştərilərə həmin məhsulu istehlak etməməyi və pulu geri qaytarmaq üçün mağazalara müraciət etməyi tövsiyə edib. Albert Heijn rəhbərliyi verdiyi

18:32, 25 yanvar Dünya

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib. “Bakuinfo” xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur. Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzinə, geri addım atmağı seçdi: “Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi

09:00, 25 yanvar Dünya

Fermerlərə ŞAD XƏBƏR: 250 min kredit VERİLƏCƏK

Türkiyədə kənd təsərrüfatı sektoru ölkənin ən vacib iqtisadi sahələrindən biridir və fermerlər qida istehsalında mühüm rol oynayırlar. Kənd təsərrüfatı fəaliyyətinin davamlı olması üçün maliyyə dəstəyi vacibdir. Fermerlər, təsərrüfatlarını daha səmərəli idarə etmək və inkişaf etdirmək üçün müxtəlif kredit imkanlarından yararlana bilərlər. Bu imkanlardan biri də 250.000 TL-yə qədər verilən kredit dəstəyidir. 250.000 TL-yə qədər maliyyə dəstəyi Bu kredit, təsərrüfat fəaliyyəti ilə məşğul olan və

23:41, 24 yanvar Dünya

TikTok yüklü iPhone-lar ABŞ-da qara bazara satışa çıxarıldı

ABŞ-da TikTok-un qadağan edilməsindən sonra maraqlı hadisələr yaşanır. Qısa müddət sonra platformaya yenidən giriş açıldığı halda, TikTok yüklü iPhone-lar eBay kimi platformalarda yüksək qiymətlərlə satışa çıxarılıb. Hazırda tətbiqin rəsmi mağazalara geri qayıtmadığı üçün bu telefonların qiyməti 50 min dollara qədər yüksəlib. TikTok yüklü iPhone-lara böyük tələbat var Xatırladaq ki, ABŞ-da TikTok qadağası müvəqqəti olaraq qüvvəyə minib , lakin qısa müddət sonra Donald Trampın qərarı ilə

00:40, 24 yanvar Dünya

Bəzi kredit kartlarının limitləri sıfırlanacaq

Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) kredit kartı istifadəçilərinə təsir edəcək yeni qaydalar qəbul edib. Yeni tənzimləməyə əsasən, müəyyən kriteriyalara cavab verməyən kredit kartı sahiblərinin kart limitləri sıfırlana bilər. Bu qərar, xüsusilə ödəmə vərdişlərinə riayət etməyən şəxslər üçün ciddi nəticələrə səbəb ola bilər. Hansı hallarda kart limiti sıfırlanacaq? Yeni qaydalar əsasən kredit kartı borclarını mütəmadi ödəməyən və yalnız minimum ödənişi yerinə yetirən şəxsləri əhatə

23:00, 23 yanvar Dünya

Bu sürücülük vəsiqələrinin hamısı ləğv ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ədalət İslahatı Strategiyası” təqdimat mərasimində yeni qaydalarla bağlı vacib açıqlamalar verib. Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ərdoğan, cərimələrin artırılacağı hallarla bağlı yeni məlumatlar paylaşıb. Prezident bəyan edib ki, nişan, toy, əsgər yola salma kimi insanların kütləvi şəkildə iştirak etdiyi tədbirlərdə atəş açanlara qarşı cəzalar xeyli sərtləşdiriləcək. Trafikdə hücum edənlərin sürücülük vəsiqəsi alınacaq

21:50, 23 yanvar Dünya

Ruslar arxalarına baxmadan o ölkəyə qaçırlar: “Bura yeni Türkiyədir” deyirlər... çox ucuzdur

Ruslar Türkiyəni tərk edib indi bu ölkəyə axışırlar. Tətil qiymətlərinin münasib olması səbəbindən marşrutunu dəyişən ruslar buranı “Yeni Türkiyə” adlandırırlar. Lirənin sürətlə ucuzlaşması səbəbindən Türkiyəyə turist axını baş verib. Turistləri arasında ruslar saylarına görə birinci yerdə idi. İstanbul, Mersin, Antalya kimi şəhərlərdə istirahət edən ruslar bu dəfə marşrutlarını Yaponiyaya çeviriblər. Nəticədə 2024-cü ildə Yaponiyada turizm bumu yaşanıb. ”Bakuinfo” xarici mediaya istinadən

21:30, 23 yanvar Dünya

Powered by MirTech