Dünya

Rusiya ordusu bu istiqamətdə məhv edildi - Video

Rusiya ordusunun Zaporojye istiqamətində hücumu uğursuzluqla nəticələnib, hərbi texnikaları məhv edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 118-ci əlahiddə briqadasından məlumat verilib. “Rusiya ordusu Malaya Tokmaçka kəndi yaxınlığında tank, PDM, BTR və bir neçə “Tiqr” zirehli avtomobilindən ibarət 26 hərbi texnikanın dəstək verdiyi iki motoatıcı bölüyü ilə hücuma keçib. Hücum bir neçə dalğadan ibarət olub və hər hücumda 5-8 arası texnika iştirak edib.

13:58, 21 oktyabr Dünya

Fransanın keçmiş prezidenti həbsxanada - Video

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasına yerləşdirilib. "Bakuinfo" TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısının maşını həbsxana ərazisinə daxil olub. Sarkozini vəkilləri müşayiət edib. Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. O, 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ittihamı ilə 5 il həbs cəzası alıb. (Oxu.az)

12:35, 21 oktyabr Dünya

NATO-nun 3 əməkdaşı korrupsiyaya görə həbs olundu

NATO-nun əsas xidmət təminatçısı olan NATO Dəstək və Satınalma Agentliyinin (NSPA) üç keçmiş əməkdaşı korrupsiya ittihamları ilə saxlanılıb. "Bakuinfo" xəbər verir ki, Belçika Federal Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan şəxslərin NATO ilə yüksək dəyərli müqavilələr bağlamağa çalışan şirkətlərə məxfi məlumat ötürdükləri iddia olunur. Məlumata görə, həmin müqavilələr 2021–2025-ci illəri əhatə edən təyyarə, helikopter, yanacaq və sursat alışı ilə bağlı

14:28, 20 oktyabr Dünya

Türkiyə təyyarəsi dənizə Honkonqda yuvarlandı

Honkonq beynəlxalq hava limanında yük təyyarəsi uçuş-enmə zolağından kənara çıxaraq dənizə yuvarlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb. Bildirilir ki, qəza yerli vaxtla təxminən 03:50-də (Bakı vaxtı ilə 23:50) baş verib. Türkiyənin "AirACT" aviaşirkətinə məxsus "Boeing 747"təyyarəsi Birləşmiş Ərəb Əmirlikləri üçün yükdaşıma həyata keçirirmiş. Təyyarənin yerüstü nəqliyyat vasitəsi ilə toqquşduğu ehtimal edilir. Hadisə

09:50, 20 oktyabr Dünya

Gizli səs yazısı Ermənistanda rezonans doğurdu

Katolikos II Qaregin kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın sosial işlər naziri Arsen Torosyan deyib. Nazir arxiyepiskop Natan Ovannisyanın və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyanın internetdə yayılan səs yazısına istinadla sosial media hesabında bildirib: “Kilsə xadimlərinin son söhbətləri iki şeyə dəlalət edir: Birinci, müxalifət xalq dəstəyi baxımından o qədər acınacaqlı vəziyyətdə

13:20, 18 oktyabr Dünya

Məşhur bəstəkar üçüncü dəfə ailə həyatı qurdu - Fotolar

Dünyaca məşhur pianoçu və bəstəkar Fazil Say üçüncü dəfə ailə qurub. "Bakuinfo" milli.az-a istinadən xəbər verir ki, o, flüt ifaçısı Aslıhan And ilə ailə həyatı qurub. Cütlük İstanbuldakı evlərində keçirilən sadə nikah mərasimi ilə evlənib. Aslıhan And zərif və təbii tərzi ilə diqqət çəkib, beldən açıq sadə gəlinliyi sosial mediada bəyənilib. Fazil Say nikah mərasimindən şəkil paylaşaraq "Yuvamızı qurduğumuz bu xüsusi gündən... Hüzurla, xoşbəxtliklə, sevgi ilə" sözlərini

10:00, 18 oktyabr Dünya

Hicaba nəzarətin yumşaldılmasından sonra İranda gecə həyatı "qaynayır" - Foto+Video

İranda hicabla bağlı qaydaların nisbətən yumşaldılmasından sonra, Tehrandakı restoran və kafelərdən paylaşılan görüntülər sosial şəbəkələrdə diqqət çəkir. "Bakuinfo" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. İki qadın bloqerin "Instagram"da paylaşdıqları videoda "Bura Tehranın mərkəzində diskokafedir" deyərək qadın və kişilərin bir yerdə musiqi və işıqlar altında əyləndiyi görüntüləri paylaşıb. Sosial mediada

13:04, 17 oktyabr Dünya

Əhaliyə xəbərdarlıq: Yeni ilədək dollar alın

Ruslar Yeni il üçün dollar ehtiyatı yığmalıdırlar. "Bakuinfo" “Bankiros.ru”ya istinadən xəbər verir ki, bu məsləhəti vətəndaşlara SDM Bankın İdarə Heyətinin sədr müavini və xəzinədarlıq rəhbəri Eduard Luşin verib. Bankirin fikrincə, rublun möhkəmlənməsi neftin qiymətinin aşağı düşməsinə baxmayaraq davam edən böyük valyuta satışları başa çatdıqdan sonra bitəcək. "Yeni ildən başlayaraq, büdcə qaydasına əsasən, Maliyyə Nazirliyi çox güman ki, xarici valyutanın alınmasına başlayacaq

10:52, 17 oktyabr Dünya

Miley: Dünya üç dövlət arasında bölünəcək

“Dünya ABŞ, Rusiya və Çinin təsir dairələrinə bölünəcək, Argentina Vaşinqtonun müttəfiqləri arasında yer alacaq”. "Bakuinfo"xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib. “Mübahisəsiz şəkildə biz ABŞ-nin müttəfiqiyik. Dünya üç bloka bölünəcək — ABŞ, Çin və Rusiyaya yönəlik bloklar. Sizə xoş gəlsin və ya gəlməsin, reallıq budur”, - o bildirib.(Teleqraf.com)

17:17, 16 oktyabr Dünya

Türkiyədə nəhəng sərvət kəşf edildi - Ərdoğan elan etdi

Əskişəhərin Bəylikova bölgəsində Çindən sonra dünyada ikinci ən böyük ehtiyat olan, 694 milyon ton dəyərində nadir torpaq metal yatağı kəşf edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə liderinin sözlərinə görə, bu yatağın kəşfindən sonra ölkənin nadir torpaq metalları üzrə dünyanın beş ən böyük istehsalçısından birinə çevriləcəyini gözləyir. Ərdoğan həmçinin Sakarya qaz yatağında artıq 4 milyon evi təmin edəcək qədər yanacaq

12:47, 16 oktyabr Dünya

Powered by MirTech