Bu ölkə İsrailə görə Avroviziyanı hədələdi
İsrailin Eurovision Mahnı Müsabiqəsindən çıxarılması məsələsi ətrafında gərginlik artır. İrlandiya, İslandiya, Hollandiya, Sloveniya, Belçika və İspaniya da daxil olmaqla bir çox ölkə İsrailin yarışmadan kənarlaşdırılmasını tələb edir. Bu mübahisəyə Almaniya da qoşulub - lakin İsrailin lehinə. "Bakuinfo" xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Kansleri Fridrix Mers verdiyi açıqlamada bildirib ki, əgər İsrail yarışmadan çıxarılarsa, Almaniya Eurovision 2026-da könüllü
"Miss Russia 2025" qalibi tənqidlərə məruz qalıb
"Miss Russia 2025" gözəllik müsabiqəsinin finalı ötən həftəsonu baş tutub. Artıq yarışmanın qalibi Anastasiya Venza bəzi artıq tənqid dolu şərhlərlə üzləşib. "Bakuinfo" xəbər verir ki, Moskva şəhərindən olan 22 yaşlı Anastasiya Venzanın tacını alar-almaz internetdə qəzəb fırtınasına rast gəlib. Onun ünvanına "Plastik əməliyyatsız model seçəndə mənə zəng edin", "Bu, gözəllik müsabiqəsidir, yoxsa kosmetologiya?", "Əvvəllər fərdilik var idi, indi ümumi
Kriminal avtoritet saxlanıldı - Fotolar
Türkiyədə “Cəhənnəm Necati” ləqəbli məşhur kriminal avtoritet Necati Coşkun Arabacı tutulub. “Bakuinfo" DHA-ya istinadən xəbər verir ki, o, İzmir şəhərindəki Adnan Menderes adına Hava Limanında saxlanılıb. 53 yaşlı Arabacının İnterpol tərəfindən axtarışda olduğu bildirilib. Qeyd edək ki, həm də “Kölnün babası” ləqəbi ilə tanınan N.Arabacı cinayətkar qruplaşma lideri kimi çirkli pulların yuyulması, xərac toplama, narkotik dövriyyəsi, silah qaçaqmalçılığı kimi cinayətlərdə şübhəli bilinir.
Pensiya yaşı artırılır: 73-ə qaldırılacaq
Almaniya federal hökumətinin elmi məşvərət şurası demoqrafik meylləri nəzərə alaraq pensiya yaşının mərhələli şəkildə 73-ə çatdırılmasını təklif edib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Dörd alman iqtisadçısının daxil olduğu elmi məsləhət qrupu öz hesabatında pensiya sistemində təcili islahatların aparılmasını tələb edir. Onlar əlavə ediblər ki, Almaniyada iqtisadi göstəricilər kifayət qədər məhsuldarlıq artımı olmaması və demoqrafik problemlər
Polisə hədsiz səlahiyyətlər verildi
Böyük Britaniyada etirazlara nəzarət sərtləşdirilir "Bakuinfo" xəbər verir ki, Böyük Britaniyanın yeni daxili işlər naziri Sabina Mahmud ölkədə etiraz aksiyalarına nəzarətin sərtləşdirilməsi barədə açıqlama verib. Nazir bəyan edib ki, hökumət polisə əlavə səlahiyyətlər verəcək və bu, əsasən kütləvi aksiyaların təşkili və keçirilməsinə yönələcək. Mahmudun sözlərinə görə, yüksək rütbəli polis zabitləri bundan sonra mitinqlərin keçirilməsinə məhdudiyyətlər və şərtlər qoya biləcəklər —
Qardaşının oğurlandığı şəhərin yenidən meri seçildi
Gürcüstanda keçirilən Tbilisi meri seçkilərində hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze qalib gəlib. "Bakuinfo" xəbər verir ki, o bu vəzifəyə 3-cü dəfə seçilib. Kaxa Kaladze təkcə Gürcüstan siyasətində deyil, həm də post-sovet məkanında idmandan siyasətə keçidin ən uğurlu nümunələrindən biri hesab olunur. Bir vaxtlar “Milan”ın və Gürcüstan millisinin kapitanı olan Kaladze, bu gün Gürcüstan paytaxtının idarəçiliyində mühüm fiqura çevrilib. Kaxa
Pezeşkian: Tehran batır
İran Prezidenti Məsud Pezeşkian Tehranda davam edən su böhranı və torpaq sürüşmələri səbəbindən paytaxtı Fars körfəzinə, Dubayla (BƏƏ) üzbəüz bölgəyə köçürməyi təklif edib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Times”in analitiki Nik Kövsər yazıb. Təhlilçilər deyirlər ki, İranda onilliklər boyu davam edən su böhranı ölkə üçün ciddi xəbərdarlıqdır. Məsud Pezeşkian şəhərin həddən artıq genişlənməsi, lazımi su təchizatının olmaması və çökmə təhlükəsinin artması səbəbindən paytaxtı cənuba
Ərdoğanın nəvəsinin çıxışı gündəmə düşüb - Video
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın nəvəsi Ömər Tayyib Ərdoğanın Bosfor Diplomatiya Forumundakı çıxışı maraqla qarşılanıb. "Bakuinfo" xəbər verir ki, Ömərin tədbir iştirakçıları qarşısında özünəinamlı şəkildə çıxışı tamaşaçıların diqqətini çəkib. Gənc Diplomatiya Assosiasiyasının vitse-prezidenti olan Prezidentin nəvəsi çıxışında qlobal məsələlərdə gənc siyasətçilərin rolunu xüsusilə vurğulayıb. Sosial şəbəkələrdə onun çıxışına rəy bildirən şəxslər yaxın gələcəkdə peşəkar
Türkmənistandan Ermənistanla bağlı qərar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səfirlərin vəzifədən azad edilməsi və təyin edilməsi haqqında fərman imzalayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə TDH məlumat yayıb. Sərəncama əsasən, Orazmuhammet Çarıyev Səudiyyə Ərəbistanı, Bəhreyn, Fələstin, İordaniya, Oman, Misirdə səfir və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən azad edilib. Muhammətgəldi Ayazov Səudiyyə Ərəbistanına (Riyad) səfir təyin edilib. O, bundan əvvəl Ermənistan və Livandakı
Ukraynada Rusiya dronu azərbaycanlını öldürdü
Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub. "Bakuinfo" Report-a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb. Onun nəşi dəfn üçün Azərbaycana göndərilib. M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb. Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları