Dünya

İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi

İranda etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar. "Bakuinfo" xəbər verir ki, bu, ölkədə etirazların miqyasının genişləndiyini göstərən növbəti hadisədir. Məlumata görə, etirazçılar daha əvvəl üç şəhərə nəzarəti ələ keçiriblər. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub. Qeyd edək ki, İranda iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar

21:38, 08 yanvar Dünya

Tramp İrana hücum qərarı verdi

BŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Səudiyyə Ərəbistanı və Omanın vasitəçiliyi ilə İranla danışıqların bərpa olunması təklifini rədd edib, iqtisadi-hərbi təzyiqə əsaslanan hücum strategiyasını seçib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Israel Hayom” İranda davam edən etiraz aksiyaları barədə məqaləsində bildirib. Nəşr yazıb ki, İranda hazırkı etiraz dalğasının yekun nəticəsini proqnozlaşdırmaq üçün hələ tez olsa da, İsrail ordusunun qənaətinə görə, Tehran

17:54, 07 yanvar Dünya

“İran parçalanır” - Hakimiyyəti götürmək üçün komanda qurdu

“İran İslam Respublikası dərin parçalanma yaşayır, cəmiyyət demokratik keçidi mümkün edən mərhələyə çatıb”. "Bakuinfo" xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Washington Post”da dərc olunan məqaləsində bildirib. İranda davaç edən etiraz aksiyaları haqda yazan keçmiş şahzadə qeyd edib ki, cəmiyyət 47 ildən sonra ilk dəfə açıq şəkildə azadlığı üçün son döyüşə başlayıb. Pəhləvi etirazların təkcə paytaxtla məhdudlaşmadığını vurğulayaraq yazıb ki,

15:52, 07 yanvar Dünya

İranın iki şəhəri ələ keçirildi - İDDİA

İranın “Təsnim” və “Mehr” xəbər agentlikləri Qərb mediasının etirazçıların qərbdəki İlam əyalətindəki Məlikşahi və Abdanan şəhərlərini ələ keçirməsi barədə məlumatlarını təkzib edib. "Bakuinfo" xəbər verir ki, bundan əvvəl “Fox News” telekanalı etirazçıların Milikşahi və Abdananı nəzarətə götürdüklərini bildirib. “Məlikşahidə bir neçə saat gərginlik yaşandıqdan və silahlı şəxslərlə toqquşma zamanı təhlükəsizlik əməkdaşının ölümündən sonra təhlükəsizlik qüvvələrinin şəhərdə olması

12:12, 07 yanvar Dünya

Maduronu ABŞ-a o təhvil verib

Venesuela Prezidenti Nikolas Maduronun iki saatlıq əməliyyatla qaçırılması dünya xəbərlərinin əsas mövzusdur. "Bakuinfo" xəbər verir ki, Venesuele rəsmiləri və digər rəsmi şəxslər Maduronun xəyanət nəticəsində ABŞ xüsusi təyinatlılarının əlinə keçdiyini iddia edib. Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon də bu iddiaları yayan şəxslərdən biridir. Onun sözlərinə görə, hazırda Venesuelanın müvəqqəti prezidenti təyin olunmuş Delsi Rodriges "Maduroya xəyanət edən

21:25, 06 yanvar Dünya

Ərdoğan: Bizi Rusiyaya görə oradan çıxardılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin F-35 qırıcı təyyarə proqramından kənarlaşdırılmasını ədalətsiz adlandırıb. "Bakuinfo" xəbər verir ki, o, Türkiyənin proqrama qaytarılmasının NATO üçün də vacib olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə toxunaraq deyib: “Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyə olmadan NATO-nun

20:10, 06 yanvar Dünya

Vəzifəsinin icrasına sərt qərarla başladı - Venesuelada həbslər aparılır

Yanvarın 3-də ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez vəzifəsinin icrasına sərt qərarla başlayıb. Onun imzaladığı ilk fərman ABŞ müdaxiləsini dəstəkləyən və ya təşviq edən şəxslərin həbs olunmasını və məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. “Bakuinfo” xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Venesuelada Nikolas Maduronun "oğurlanmasını" dəstəkləyən jurnalistlərin və vətəndaşların həbsinə başlanıb. Media

19:55, 06 yanvar Dünya

Tramp təyyarə və komandoları göndərdi - Xamenei izlənir

ABŞ Prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb. "Bakuinfo" xəbər verir ki, bu barədə Britaniyanın “San” nəşri yazıb. Nəşrin məlumatına görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının C-17 Globemaster təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford Hava Bazasına eniş edib. “Bu hərəkət 12 günlük

18:05, 06 yanvar Dünya

Məhkəmə Madurolarla bağlı qərar verdi

Nyu-York məhkəməsində Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi başa çatıb. "Bakuinfo" Fox News-a istinadən xəbər verir ki, Maduronun vəkili hələlik müvəkkili üçün girov müqabilində azadlıq tələb etmədiyini bildirib. Vəkil Venesuela prezidenti üçün girov tələbi ilə azadlıq tələbini daha sonra təqdim edəcəyini deyib. Maduronun xanımının vəkili ilə müvəkkilinin Karakasdan çıxarılan zaman xəsarət aldığını, qabırğasının əzildiyini deyib. Nyu-York məhkəməsi

16:26, 06 yanvar Dünya

Bu ölkədə güclü zəlzələ oldu

Yaponiyanın Çuqoku bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca bir sıra güclü afterşoklar qeydə alınıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında deyilir. Agentlik qeyd edib ki, birinci zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib, sunami təhlükəsi yoxdur, ölənlər və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb. Hadisə yerindən təxminən 32 km məsafədə yerləşən Şimane atom elektrik stansiyasını idarə edən şirkət

14:14, 06 yanvar Dünya

Powered by MirTech