Orduya hər şeyə icazə verdi: Məhv edin
“İsrail Qəzza zolağında müharibəni öz şərtləri ilə bitirəcək”. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib. Baş Qərargah rəisi Eyal Zamirin müşayiəti ilə Cənub Komandanlığına səfəri zamanı Qəzza şəhərinə nəzarəti ələ keçirmək planlarının təfərrüatlarını nəzərdən keçirən Kats İsrail əsgərlərinə girovları azad etmək, HƏMAS-ı məhv etmək və İsrailin qoyduğu şərtlərə uyğun olaraq müharibəni bitirmək çağırışı edib. “İsrail ordusuna HƏMAS
Rusiyaya görə generalları TOPLADI - FOTOLAR
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Rusiyanın Kursk vilayətinin azad edilməsində iştirak edən Koreya Xalq Ordusunun komandirlərini qəbul edib. "Bakuinfo" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Kim Çen In çıxışında bildirib ki, Koreya ordusu öz gücünü bir daha nümayiş etdirib və “dünyanın ən güclüsü” kimi titulunu və şöhrətini möhkəmləndirib.
Rusiya ilə sərhədə 21 min hərbçi toplandı: Orduya nüvə əmri verildi
Şimali Koreya lideri Kim Çen İn avqustun 18-də Nampo limanına səfəri zamanı ölkənin hərbi dəniz qüvvələrinin yeni 5000 tonluq “Choe Hyon” sinifli esminesinə baxış keçirib. Globalinfo.az xəbər verir ki, səfər Cənubi Koreya və ABŞ-ın illik genişmiqyaslı “Ulchi Azadlıq Qalxanı” təlimlərinə start verdiyi günə təsadüf edib. Rusiya ilə sərhədə yaxın ərazidə 11 gün davam edəcək təlimlərə 21 min hərbçi, o cümlədən 18 min Cənubi Koreya əsgəri cəlb olunub. Təlimlərdə kompüterlə simulyasiya olunmuş
Lavrov “SSRİ” yazılı sviteri geyinməsindən danışdı
Heç bir imperializmdən söhbət getmir, burada imperiya təfəkkürünü dirçəltmək cəhdləri belə yoxdur. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada “SSRİ” yazılı sviteri geyinməsindən danışarkən deyib. "Məsələ ondadır ki, tarix var və bu tarixi qorumaq lazımdır. Xüsusilə də yüngül yumor hissi ilə...”, - Lavrov bildirib.
Ətin bahalaşmasına səbəb olan nazir müavini həbs olundu
Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada şübhəli bilinərək ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. "Bakuinfo" Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Nazir müavini və nazirliyin baytarlıq xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar. Şübhəlilərin
Xoşunuza gəlsə də, gəlməsə də Rusiya... - Tramp
Xoşunuza gəlsə də, gəlməsə də Rusiya hərbi gücdür. "Bakuinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a açıqlamasında deyib. “Bu, həddən artıq böyük bir ölkədir. Səndən 10 dəfə böyük olan ölkə ilə münaqişəyə girə bilməzsən”, - Tramp bildirib.
Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb. "Bakuinfo" xəbər verir ki, Pezeşkianın rəsmi qarşılanma mərasimində İran prezidenti Paşinyanı “Salam Əleyküm” deyərək salamlayıb. Buna cavab olaraq Paşinyan isə Azərbaycan dilində “Əleyküm salam” deyib. Sözügedən görüntünü təqdim edirik:
Rusiya qapımızdakı adamyeyəndir - Makrondan SƏRT AÇIQLAMA
Rusiya sağ qalmaq üçün yeməyə davam edən qapımızdakı yırtıcı, adamyeyəndir. "Bakuinfo" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron LCİ telekanalına müsahibəsində deyib. “2007-2008-ci illərdən bəri prezident Putin çox nadir hallarda vədlərinə əməl edir. O, daimi sabitliyi pozan qüvvə olub. Və o, hakimiyyətini genişləndirmək üçün sərhədləri yenidən cızmağa çalışdı. Rusiya çoxları üçün potensial təhlükəyə çevrilib. Büdcəsinin 40%-ni belə texnikaya yatıran, 1 milyon 300 min
Əgər Putin dayanmaqdan imtina edərsə... - Poroşenko
Ağ Evdə baş verənlər sadəcə liderlərin görüşü, yaxud tək Avropa, ABŞ və Ukraynanın iştirak etdiyi sammit yox, həm də azadlıq, demokratiya və Ukraynanın mövcudluğu uğrunda mübarizənin əsas mərhələsidir. "Bakuinfo" Report-a istinadən xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri, deputat Petro Poroşenko Ali Radanın avqustun 19-da keçirilən iclasında bildirib. Onun sözlərinə görə, avqustun 18-də Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi:
Pezeşkian və Paşinyan razılığa gəldi
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian Ermənistan və İran arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün işləmək barədə razılığa gəliblər. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri İran prezidenti ilə keçirdiyi mətbuat konfransında bildirib. Paşinyan Pezeşkianın səfərinin iki ölkə arasında dostluq münasibətlərinə yeni təkan və keyfiyyət qatacağına əminliyini deyib. Baş nazir qeyd edib ki, Ermənistan və İran arasında