Telegraph: Alyaska sammitində atəşkəs mövzusu gündəmə gəlmədi
Britaniya mətbuatının məlumatına görə, ABŞ və Rusiya prezidentlərinin Alyaskada keçirdikləri mətbuat konfransında Ukraynada döyüşlərin dayandırılması barədə heç bir açıqlama səslənməyib. Bunun əvəzinə Kreml lideri Ukrayna probleminin olmaması halında Washington-Moskva münasibətlərinin mükəmməl ola biləcəyini vurğulayıb. The Telegraph nəşri liderlərin sammit sonrası qısa bəyanatlarını bu cür təhlil edib. Putin'in Çıxış Strategiyası Britaniya mətbuatının qeydində bildirilir ki, Rusiya
Ukrayna Prezidenti Trampla görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də Vaşinqtonda ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırır. “"Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında paylaşıb. “Bazar ertəsi münaqişənin başa çatdırılmasına dair bütün detalları Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram”, - deyə Zelenski qeyd edib.
Rusiyada matəm ELAN EDİLDİ
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib. "Bakuinfo"nun TASS-a istinadən xəbərinə görə, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib. "Şilovski rayonunda baş vermiş faciəli hadisələrlə əlaqədar avqustun 18-i Ryazan vilayətində matəm günü elan edilib", - deyə o, "Telegram" kanalında yazıb. Pavel Malkovun sözlərinə
Rusiya rəsmən elan etdi: Artıq qadağandır
Rusiyada bu gündən – avqustun 14-dən etibarən “WhatsApp” və “Telegram” tətbiqlərində səsli və video zənglərə tam qadağa qüvvəyə minib. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, qərar Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) tərəfindən təsdiqlənib. Qadağanın əsas səbəbi kimi təhlükəsizlik və məlumatların qorunması ilə bağlı narahatlıqlar göstərilir. Roskomnadzor bildirir ki, xarici messencer
Tramp: Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi...
Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə düşünməyə ehtiyac yoxdur. "Bakuinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsi zamanı deyib. “Bu gün baş verənləri nəzərə alsaq, məncə, indi bu barədə düşünməyə ehtiyac yoxdur. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - Tramp əlavə edib. Buna baxmayaraq ABŞ lideri gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Ola bilər ki, mən bu barədə
Putinlə bu məsələdə razılığa gəlmişik - Tramp
Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəlmişik. "Bakuinfo" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Nyus" telekanalına müsahibəsində bildirib. Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, bu, onların müzakirə
Hakan Fidandan sərt xəbərdarlıq: Türkiyə buna sakit qalmayacaq
Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani, Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və kəşfiyyat direktoru Hüseyn əl-Salamanı qəbul edib. Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hakan Fidan birgə mətbuat konfransındakı çıxışında diqqət çəkən məqamlara toxunub. Onun sözlərinə görə, Suriyada baş verən müsbət proseslərdən narahat olanlar var və onlar hazırki prosesi neqativə çevirməyə çalışırlar:
Rusiyadan xəbərdarlıq: Avqustun 15-də təxribat olacaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında keçiriləcək danışıqları pozmaq məqsədilə mümkün təxribat hazırlığı barədə məlumatları şərh edib. Globalinfo.az xəbər verir ki, onun sözlərini “İzvestiya” Teleqram kanalında yayıb. “Bu, artıq onların cinayət imzasına çevrilib”, – deyə Zaxarova bildirib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində sıx
Avqustun sonunda daha bir müharibə gözlənilir
İsrail avqustun sonlarında mümkün müharibə ehtimalını ciddi şəkildə nəzərdən keçirir. Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, İran yeni hücumu gözləyir və hazırlıqlarını artırmaqdadır. Analitiklər müharibənin əvvəlkilərdən daha dəhşətli olacağını proqnozlaşdırırlar. Bildirilir ki, İsrail uranın zənginləşdirilməsinə davam etməsindən asılı olmayaraq, İranın raket arsenalını gücləndirməsinə, hava hücumundan müdafiə sistemlərini bərpa etməsinə və
Putinin arvadı və uşaqları belə qorunur - Foto
Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı “Pantsir” hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi 12 qüllə ilə əhatələnib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” “Yandeks” peyk görüntülərinə və “Yandeks.Güzgü” foto xidmətinə istinadla məlumat yayıb. Radio bildirib ki, Valday ətrafındakı qüllələr barədə məlumatları 2024-cü ildən toplamağa başlayıb. Məlumata görə, Putinin iqamətgahının ətrafındakı “Pantsir” qüvvələri 20 milyondan çox əhalinin