Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edilib. Milli.Az xəbər verir ki, Özbəkistanda dövlət qulluqçusunun onlayn iş toplantısı zamanı katibəsi ilə qeyri-etik davranışı ölkə ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan videoda məmurun videokonfrans zamanı katibəni qucaqladığı və yaxınlıq göstərdiyi aydın görünür. Hadisə ictimai və media təzyiqi fonunda qısa müddətdə rəsmi orqanların müdaxiləsinə səbəb olub. Özbəkistanın müvafiq dövlət
Müdafiə naziri Xameneini təhdid etdi
İsrail müdafiə naziri İsrael Katz İranla 12 günlük müharibədə əldə edilmiş atəşkəsdən bir ay sonra İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib. "Bakuinfo""The Times of Israel"ə istinadən xəbər verir ki, Katz bu barədə İsrailin cənubundakı Ramon aviabazasına səfəri zamanı danışıb. "Mən diktator Xameneiyə mesajımı aydın şəkildə çatdırmaq istəyirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana və xüsusən də sizə daha böyük güclə
Havanın temperaturu 46 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ
Rumıniyada şənbə və bazar günləri hava şəraitinin daha da isti keçəcəyi gözlənilir. Ölkənin meteorologiya idarəsi cənub bölgələri üçün “qırmızı” səviyyədə isti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Qeyd olunur ki, bəzi ərazilərdə temperatur gündüz saatlarında 43°C-yə çatacaq və 45-46°C kimi hiss oluna bilər. Paytaxt Buxarestdə də 42°C-yə qədər istilik proqnozlaşdırılır. Gecələr isə havanın temperaturu 25-22°C-dən aşağı düşməyəcək. Ən isti gün şənbə olacaq. Lakin yüksək temperatur şəraiti
İstidən bezənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu tarixlərə DİQQƏT
Türkiyədə Meteoroloji qurumlardan verilən rəsmi açıqlamaya görə, 27 iyul Bazar günündən etibarən havalar daha da qızışacaq. İSTİLƏR NORMADAN YÜKSƏK OLACAQ Mütəxəssislər bildirir ki, artıq normadan yuxarı olan temperatur daha da artacaq. Bölgələr üzrə istilərin artımı belə olacaq: Sahil ərazilərində: 3-6 dərəcə Cənub-Şərqi və Şərqi Anadolunun şərqində: 4-8 dərəcə Marmara, Daxili Egey, Mərkəzi Anadolu, Şərqi Anadolunun qərbi və Qara dəniz bölgəsinin daxili hissələrində: 7-12 dərəcə normadan artıq
Ukrayna ordusu rusları darmadağın etdi: 80 ölü, 37 yaralı
Ukrayna ordusu rusların Donetsk vilayətinin Seversk istiqamətindəki hücumunu dəf edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “İyulun 25-də düşmən 2 saat ərzində 150 canlı qüvvə, 6 tank, 3 zirehli transportyor və digər texnika ilə Ukrayna ordusunun Verxnekamensi və Qriqoryevkadakı mövqelərinə hücum edib. Nəticədə düşmənin 80 hərbçisi öldürülüb, 37 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.
Mərkəzi Bankın keçmiş sədri vəfat etdi
Türkiyə Mərkəzi Bankının sabiq sədri Sürəyya Serdəngeçti 73 yaşında vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Qeyd edək ki, 1979-cu ildə Orta Şərq Texniki Universitetinin (ODTÜ) İqtisadiyyat fakültəsini bitirən Serdəngeçti həmin ildən etibarən Mərkəzi Bankda çalışmağa başlayıb və bankın demək olar ki, bütün pillələrində vəzifə icra edib. O, 2001-ci ildə təyin olunduğu Mərkəzi Bank sədri vəzifəsini 2006-cı ilə qədər davam etdirib.
Niqab taxmaq qadağan edilir - Səbəbi açıqlandı
Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Polisia.kz" hüquq-mühafizə portalı məlumat yayıb. Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib. Lakin əlverişsiz hava şəraitində, tibbi
40 min zəvvar yoxa çıxdı
Pakistanın Dini İşlər Nazirliyi son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığını açıqlayıb. "Bakuinfo" Bakupost.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bəluc Fəallarının Kampaniyası” adlı Teleqram kanalı da sənədlərə və mənbələrə istinadən yaydığı açıqlamada yoxa çıxan zəvvarların İranla əlaqəli olduğunu bildirib. Məlumata görə, bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun”
İranda məhkəmə binasına SİLAHLI HÜCUM - 5 nəfər öldü
İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb. “Bakuinfo” xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi məlumat yayıb. Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib. Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib.
Simpsonlar haqlıdırsa, Kasıbın SONU YAXINDADIR – Dollar tamamilə ÇÖKÜR!
"Bakuinfo" xəbər verir ki, 1989-cu ildən bəri fasiləsiz yayımlanan və nəsildən-nəslə maraqla izlənilən “Simpsonlar” serialı təkcə yumorla deyil, “kehanətləri” ilə də daim gündəmdə qalır. Serialda daha öncə Donald Trampın ABŞ prezidenti olması, Bitcoin-in yüksəlişi, “meymun çiçəyi” virusu kimi hadisələrin qabaqcadan göstərilməsi izləyicilər arasında heyrət doğurmuşdu. İndi isə sosial şəbəkələrdə yayılan yeni bir iddia yenidən gündəm yaradıb. Diqqətli fanatlar serialın bir bölümündə