Toyundan 3 gün sonra qızılları götürüb qaçan Hüseyn tapıldı - Qumarda 80 min manat uduzubmuş
Türkiyədə yeni evlənən və toydan 3 gün sonra qızıl-zinət əşyaları ilə birlikdə qeybə çəkilən futbol məşqçisi, 34 yaşlı Hüseyn Cumhur Acar polis tərəfindən tapılaraq evinə qaytarılıb. Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, yeni evlənən Acar toydan 3 gün sonra qəfil yoxa çıxıb. O, həyat yoldaşının iş yerinə gedərək, "Tezliklə qayıdacağam" deyib və oradan uzaqlaşıb, lakin bir daha geri dönməyib. Acarla əlaqə saxlamaq mümkün olmadığından ailəsi polisə itkin düşmə ilə bağlı
Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb
2025-ci ilin ilk 6 ayının nəticələrinə görə, Türkiyə rus iş adamlarının ən çox sərmayə qoyduğu ilk üç ölkə sırasına daxil edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, sanksiyalar, Rusiya vətəndaşlarına tətbiq edilən viza məhdudiyyətləri və ələ keçirilən aktivlər səbəbindən Avropa ölkələri rus investorlar üçün cəlbediciliyini itirib. Bütün bunlar rus iş adamlarının investisiya siyasətini yenidən formalaşdırıb. “Tranio” beynəlxalq daşınmaz
Ərdoğan qərar verdi: 52 illik razılaşmanı bitirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla 52 illik razılaşma başa çatıb. Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qərar Türkiyə ilə İraq arasında 1973-cü ildə imzalanan Xam Neft Boru Xətti razılaşmasının 2026-cı ilin 27 iyulunda başa çatması ilə bağlıdır. Bununla da sözügedən razılaşma 52 il sonra başa çatmış olacaq. Qeyd edək ki, razılaşma sonuncu dəfə 2010-cu ildə 15 il müddətinə uzadılmışdı.
Çimərliyə gedənlərə xəbərdarlıq - Yeni virus yayılıb
İsti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil olaraq ölümcül infeksiyalara səbəb ola bilir. Türkiyə sahillərində də aşkar edilən bu bakteriyadan sonra mütəxəssislər açıq yaralarla üzmək və çiy dəniz məhsullarından uzaq durmaq barədə xəbərdarlıq edir. Milli.Az "EuroNews"a istinadla xəbər verir ki, əvvəllər yalnız Baltik dənizində tapılan bu bakteriya indi Şimal dənizində və qapalı üzgüçülük zonalarında peyda olur. Xüsusilə duzlu sularda (duz və şirin su
Sürücülük vəsiqələri LƏVĞ EDİLİR - Tarix açıqlandı
Türkiyədə köhnə tip sürücülük vəsiqələrinin yeni nəsil vəsiqələrlə dəyişdirilməsi üçün son müraciət tarixi 31 iyul 2025 olaraq müəyyən edilib. Bu tarixə qədər sənədini yeniləməyən sürücülər, köhnə vəsiqə ilə nəqliyyat vasitəsi idarə edə bilməyəcəklər. Vaxtında yenilənməyən vəsiqələr etibarsız sayılacaq "Bakuinfo" xəbər verir ki, Əgər sürücülər 31 iyul 2025-ə qədər müraciət etməzsə, onların köhnə sürücülük vəsiqələri rəsmi olaraq keçərsiz hesab olunacaq. Bu halda vətəndaşlar sürücülük
Hökümət "Telegram"ı qadağan etdi
Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib. Milli.Az xəbər verir ki, qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsal təhlükəsizliyi artırmaq istiqamətində atdığı növbəti addım hesab olunur. Hökumət "Telegram"n ağır maliyyə cinayətlərində, o cümlədən saxta iş elanları və kriptovalyuta
840-dan çox Rusiya vətəndaşı haqqında deportasiya qərarı verildi
841 Rusiya vətəndaşının Latviyada yaşamaq icazəsinin müddəti başa çatıb. "Bakuinfo" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Yerli Vətəndaşlıq və Miqrasiya İdarəsinin (PMLP) saytı məlumat yayıb. Latviya hakimiyyəti onlardan ölkəni tərk etməyi tələb edib. Qeyd olunur ki, ruslar Avropa İttifaqında daimi yaşayış statusu almaq üçün sənədlər təqdim etməyiblər. Bu, iyunun 30-dək edilməli idi, tələb olunan sənədlər arasında dövlət dili imtahanını müvəffəqiyyətlə bitirmək
SON DƏQİQƏ! Dünya bu xəbərlə ÇALXALANIR - FOTOLAR
Suriyanın cənubunda, xüsusilə də Şahba və Əl-Ərikə şəhərlərində ərəb qəbilələrinə mənsub döyüşçülərlə druz silahlı birləşmələri arasında şiddətli toqquşmalar davam edir. "Bakuinfo" Musavat.com-a istinadən xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, son günlərdə hər iki tərəf arasında qarşılıqlı hücumlar və intensiv atışmalar baş verib. Hər iki tərəf itkilər verib, lakin dəqiq rəqəmlər hələlik təsdiqlənməyib. Münaqişənin kökündə duran səbəblərdən biri kimi bölgədəki torpaq
İndoneziya sahillərində gəmi yanır: ölənlər var... - Video
İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu xilas olmaq üçün dənizə atılıb. Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir. Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto
Netanyahuda bağırsaq iltihabı aşkarlandı
İsrail Baş naziri Benyamin Netanyahuda bağırsaq iltihabı aşkarlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb. Məlumata görə, buna səbəb baş nazirin yediyi yemək olub. Netanyahu qarşıdakı 3 günü evdə keçirəcək.