Minlərlə paket çipsilər rəflərdən YIĞIŞDIRILIR
ABŞ Qida və Dərman Administrasiyası (FDA), süd tərkibli olması ehtimal edilən məşhur kartof çipsləri ilə bağlı 2-ci səviyyəli sağlamlıq riski barədə rəsmi xəbərdarlıq yayımlayıb. Bu xəbərdarlıq, məhsulun ciddi, lakin adətən müvəqqəti sağlamlıq problemlərinə yol aça biləcəyini göstərir. Hansılar geri çağırılıb? Mərkəzi İndiana ştatında yerləşən Saratoga Potato Chips LLC şirkəti, etiketində göstərilməmiş süd tərkibi ehtimalına görə 2.275 ədəd "J. Higgs Patates Cipsi Qarışığı" məhsulunu
Ukrayna ordusu bu istiqamətdə irəliləyir
Ukrayna ordusu Pokrovsk istiqamətində irəliləyir. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında əks olunub. Məlumata görə, Ukrayna ordusunun bölmələri Pokrovskdan şimal-şərqdə, Nikolayevka kəndinin şimal hissəsində irəliləyib.
Rus ordusu yeni cəbhə açdı: hədəf bu şəhərdir
Rusiya ordusu Xarkov vilayətinin şimalında yeni cəbhə açıb. Artıq hərbi əməliyyat zonasında döyüş əməliyyatları xətti genişləndirilib. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu jurnalist Andrey Kots deyib. Onun sözlərinə görə, rus bölmələri Deqtyarnoye qəsəbəsi üzərində nəzarəti bərqərar edib. “Bu uğur bufer zonanın yaradılmasına imkan verəcək. Bundan əlavə, Deqtyarnının tutulması şərq tərəfdən Vovçanska növbəti hücuma yol açıb. Bu şəhər uğrunda döyüşlər 2024-cü ilin
7,6 bal gücündə zəlzələ baş verdi - Sunami xəbərdarlığı edildi
Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ baş verib. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti məlumat yayıb. Məlumata görə, eyni bölgədə bundan öncə 5,3 və 6,5 maqnitudalı daha iki yeraltı təkan qeydə alınıb. Regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.
Türkiyə elə bir addım atdı ki, İsrail dərhal buna razılaşdı
Suriyanın müvəqqəti dövlət başçısı Süveyda gərginliyini yatırdıqları üçün başda bədəvi ərəb əşirətləri olmaqla, ABŞ, ərəb dövlətləri və Türkiyəyə təşəkkür etdi. Süveyda gərginliyinin yatırılmasında bədəvi ərəb əşirətləri birbaşa iştirak etdiyindən onlara duyulan minnətdarlığı anlamaq mümkündür. Ərəb ölkələri də dünyanın super gücü ABŞ-a 4,2 trilyon dollar verməklə faktiki olaraq Vaşinqton üzərində ciddi təsir gücünə çevriliblər və yəqin ki, dürzi-bədəvi gərginliyinin yatırılmasında bu gücdən
Əşyaları odunluq ərazidə tapılan 14 yaşlı qızdan xəbər var - FOTO
Hakkarinin Çukurca rayonunda 16 iyulda itkin düşən 14 yaşlı Rojda Asmin Ediş Van şəhərində qohumlarından birinin evində tapılıb. Əşyaları odunluq ərazidə aşkarlanan Rojdanı tapmaq üçün 90 nəfərlik axtarış qrupu günlərlə çalışıb. Nəticədə yeniyetmə qızın sağ-salamat tapılması ailəsində böyük sevincə səbəb olub. Çukurcanın Çığlı kəndində yaşayan Rojda Asmin Ediş 16 iyul tarixində evdən çıxmış və geri qayıtmamışdı. Məlumat verildikdən sonra qız Van şəhərində bir qohumunun evində aşkar olunub.
Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə
“Biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən təhlükəli dövrlərdə yaşayırıq”. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib. “Ümumi vəzifəmiz təhlükəsizliyimizi üç sütun üzərində təmin etməkdir: güclü cəmiyyət, güclü ordu və möhkəm ittifaqlar.. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkiyeviçin 2027-ci ildə Rusiya və Çinlə mümkün müharibə ilə bağlı sözləri isə “siqnal” və
Moskvaya hücum: Rusiya paytaxtının hava limanları bağlandı
Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib. Məhdudiyyət səhər saatlarında aradan qaldırılsa da, Şeremetyevoya təyyarələrin uçuş və enişinə yenidən qadağa tətbiq edilib. Qeyd edək ki, Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
Amerika klinikalarından birində 61 yaşlı kişi maqnit rezonans tomoqrafiya (MRT) aparatına sürüklənib. Publika.az "ABC News"a istinadla xəbər verir ki, kişini xilas etmək mümkün olmayıb. Bildirilib ki, hadisə zamanı Nyu-York sakini boynuna metal zəncir taxıb. O, icazəsiz ekspertizanın keçirildiyi otağa daxil olub. "O, işləyərkən cihazın içinə sovurulub. Zərərçəkmiş klinikada xəstə olmayıb, tibb müəssisəsinə başqası ilə gəlib", - jurnalistlər aydınlaşdırıblar. Kişi ağır
Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ
Rusiyada bank hesabı açmadan edilən pul köçürmələri üçün yeni limit mayın 30-dan qüvvəyə minib. "Bakuinfo" xəbər verir ki, prezident Vladimir Putin tərəfindən imzalanan qərara əsasən, bu cür əməliyyatların məbləği 100 min rublu keçməməlidir. Qayda sadələşdirilmiş identifikasiya ilə, o cümlədən elektron pul kisələri vasitəsilə aparılan əməliyyatlara şamil olunur. Əvvəllər bu transferlər məbləğlə məhdudlaşdırılmasa da, yeni limit çirkli pulların yuyulması və terrorizmin