Paşinyandan mühüm tarixi açıqlama
Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq. “Bakuinfo” Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid
575 bal yığan abituriyenti evdən qovdular
Çində qəbul imtahanından az bal yığan abituriyent evdən qovulub. Lent.az xarici mediaya istinadla bildirir ki, gənc ailəsinə qayıtmaq imkanını itirib. Valideynləri qapının qıfılındakı kodu dəyişib və oğullarına pul verməyi dayandırıblar. Səbəb budur ki, gənc oğlan mümkün olan maksimum 750 baldan cəmi 575 bal toplayıb. Bu da ailənin fikrincə, nüfuzlu universitetə qəbul olmaq üçün kifayət etmir. Valideynlər oğlunun iki il əvvəl aldıqları mobil telefona həddindən artıq həvəs göstərdiyini də
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğını genişlənərək Çanaqqalanın Gelibolu rayonuna keçib. ”Bakuinfo” milli.az-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbilə Şarköy, Şenköy, Kızılcaterzi və Kocalı kəndlərində ehtiyat tədbirləri görülüb. Eyni zamanda Çanaqqalanın Ayvacık rayonuna bağlı Tuzla, Naldöken, Çamköy və Taşağıl kəndləri təhlükəsizlik məqsədilə boşaldılıb. Hazırda yanğının söndürülməsi istiqamətində hava və quru qüvvələrinin iştirakı ilə intensiv
Trampın tələbi yerinə yetirildi: "Coca-Cola"nın tərkibi dəyişdi
ABŞ prezidenti Donald Tramp Amerika bazarı üçün içkilərin reseptini dəyişdirmək üçün "Coca-Cola" ilə razılığa gəldiyini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, onun sözlərinə görə, ABŞ-da satılan məhsullarda bundan sonra təbii qamış şəkərindən istifadə olunacaq. "ABŞ-da kolada əsl qamış şəkərinin istifadəsi barədə "Coca-Cola" ilə danışıqlar apardım və onlar razılaşdılar. "Coca-Cola"da qərar qəbul edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Tramp
Suriyada döyüş: 356 nəfər həlak oldu
Suriyanın Suveyda əyalətində keçid hökumətinin qüvvələri ilə druzların dağ özünümüdafiə dəstələri arasında baş verən toqquşmalarda ən azı 356 nəfər həlak olub. "Bakuinfo" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” kanalı məlumat yayıb. Həlak olanlar arasında 55 mülki şəxs və 79 özünümüdafiə qüvvələrinin döyüşçüsü var: “Sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlılarından 189, hökumətyönlü ərəb
Rusiya Trampı saymadı: böyük hücuma başladı
“ABŞ Prezidenti Donald Trampın münaqişəni 50 gün ərzində həll etmək ultimatumuna baxmayaraq, Rusiya Ukraynaya növbəti böyük hücuma keçib”. "Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb. “Kreml Trampın bu təhdidinə məhəl qoymadı”, – deyə nəşr bildirib. Bundan əvvəl Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O qeyd edib ki, Moskvadan çox narazıdır. “Əgər 50 gün ərzində hərbi əməliyyatlar dayandırılmasa, ABŞ Rusiya və onun
Marketlərdə soğan YIĞIŞDIRILIR
ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA), Listeria monocytogenes bakteriyası daşıma riski olan bəzi tərəvəz məhsulları, xüsusilə doğranmış qırmızı soğanlar üçün təcili geri çağırılma qərarı verib. Mütəxəssislər istehlakçıları məhsul kodlarını diqqətlə yoxlamağa və mümkün simptomlara qarşı ehtiyatlı olmağa çağırıblar. "Bakuinfo" bildirir ki, Texas ştatında yerləşən “Salad and Go” qida şirkətinə məxsus “Go Concepts LLC” şirkəti 27 may tarixində bəzi məhsullarını könüllü şəkildə geri
İranda TRAGİKOMİK HADİSƏ - Prezidentin kortejində benzin bitdi, yolda qaldı
İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib. Moulavinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə
Putin Trampın ultimatumuna cavabı belə verdi
Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumu Kremlin ABŞ Prezidenti Donald Trampın ultimatumuna cavabıdır. "Bakuinfo" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Skay Nyus”un təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark bildirib. O hesab edir ki, bu yolla ruslar dünyaya Amerika liderinin xoşuna gəlməyəcək mesaj göndəriblər. Moskva da Trampın bəyanatlarından təsirlənmədiyini nümayiş etdirir: "Rusların bütün dünyaya göndərdiyi mesaj ondan ibarətdir ki, onlar davam edir.
Bu halda Rusiya Qafqazdan gedəcək - Qriqoryan
Əgər Rusiya Ukraynanı saxlamaqla Qafqaz arasında seçim qarşısında qalsa, o zaman diqqətini Ukraynaya yönəldəcək. “Bakuinfo” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan deyib. O qeyd edib ki, Rusiya üçün Qafqaz nə qədər vacib olsa da, Ukrayna ondan da vacibdir: “Rusiya üçün vəziyyətin nə dərəcədə çətin olduğunu – yəni bu cür sərt seçim qarşısında qalıb-qalmadığını dəqiq bilmirik. Lakin əgər belə bir zərurət yaranarsa, Rusiya məcbur olub