Dünya

Venesuela Prezidenti və arvadı TUTULDU

Venesuela Prezidenti Nikolas Maduro və arvadı tutulub. "Bakuinfo" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

13:34, 03 yanvar Dünya

SON DƏQİQƏ: Səfərbərlik elan edildi

Venesuelada səfərbərlik elan edilib. "Bakuinfo" xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib. Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir. Bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid

13:29, 03 yanvar Dünya

Venesuela müdafiə naziri həlak olub?

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin həlak olduğu barədə məlumatlar yayılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə RİA Novosti yerli mediaya istinadən xəbər yayıb. Müdafiə nazirinin iqamətgahına zərbələr endirilməsi barədə bundan əvvəl məlumatlar yayılmışdı. Padrine Lopesin həlak olması xəbəri hələlik rəsmi təsdiqlənməyib. Zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu da hələlik bilinmir. Paytaxt sakinləri isə Karakası

13:12, 03 yanvar Dünya

ABŞ Venesuelada parlament binasına zərbə endirdi

ABŞ Venesuela parlamentinin binasına zərbə endirib. "Bakuinfo" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat yayıb. Bundan əvvəl amerikalı rəsmilər “Fox News” telekanalına ABŞ-ın ölkəyə zərbələr endirdiyini təsdiqləyiblər.

12:58, 03 yanvar Dünya

Venesuelada partlayışlar dayandı

Karakasdakı partlayışlar dayanıb. "Bakuinfo" xəbər verir ki bu barədə məlumatı The New York Times yayıb. Karakasda partlayışlar dayanıb, lakin ABŞ təyyarələri hələ də havadadır deyə məlumatda qeyd olunub.

12:49, 03 yanvar Dünya

Səfirlik Venesuelaya səfər etməyin çağırışı etdi

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb. "Bakuinfo" xəbər verir ki, bu barədə TASS ABŞ səfirliyinin bəyanatına istinadən məlumat yayıb. “Qanunsuz saxlanılma, həbs yerlərində işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və zəif inkişaf etmiş səhiyyə infrastrukturu riski yüksək olduğuna görə Venesuelaya səfər etməyin və orada qalmayın”, bəyanatda bildirilib.

12:42, 03 yanvar Dünya

Dünya əhalisinin sayı - REKORD

2025-ci ildə dünya əhəlisinin sayı 8,2 milyardı keçib. “Bakuinfo” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu statistikanı müxtəlif araşdırmalara əsasən açıqlayıb. Hesablamalara görə, əhalinin təxminən 59 faizi Asiyada, 19 faizi Afrikada, 9 faizi Avropada, 8 faizi Latın Amerikası və Karib hövzəsində, 5 faizi isə Şimali Amerikada yaşayır. Hazırda əhalisi 100 milyonu ötən 16 ölkə var. Hindistan (təxminən 1,46 mlrd) və Çin (təxminən 1,41 mlrd) dünya əhalisinin üçdə birini təşkil edir.

12:35, 03 yanvar Dünya

Pezeşkian istefa verə bilər

İrandakı iğtişaşlar Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək. "Bakuinfo" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Pezeşkian iğtişaşlardan bir neçə gün əvvəl ölkədəki vəziyyətin ağır olduğunu və müsbətə doğru dəyişikliyə nail olmadığını etiraf etmişdi: "İrandakı hazırki iğtişaşların fitilini elə Prezidentin həmin açıqlaması alovlandırıb. Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa,

12:26, 03 yanvar Dünya

Ələkbərov yeni ildə 3 milyard dollara yaxın pul itirdi

Rusiyanın "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov üçün 2026-cı il uğursuzluqla başlayıb. "Bakuinfo" xəbər verir ki, 75 yaşlı Azərbaycan əsilli rus iş adamının sərvəti yanvarın 1-dən bəri 2,72 milyard dollar azalıb. Hazırda "Lukoyl" şirkətinin əsas səhmdarının sərvəti 27,4 milyard dollar təşkil edir.

12:01, 03 yanvar Dünya

Venesuelada fövqaladə vəziyyət elan edildi

Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb

11:54, 03 yanvar Dünya

Powered by MirTech