Hava məkanı bağlandı, İrəvana uçan təyyarə geri qayıtdı
Moskvadan İrəvana uçan “Utair” aviaşirkətinin UT785 reysi 2 saatlıq uçuşdan sonra qalxdığı hava limanına qayıdıb. "Bakuinfo" xəbər verir ki. bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, təyyarə təxminən saat 21:00-da Vnukovodan havaya qalxıb. Havaya qalxdıqdan təxminən iki saat sonra ekipaj “uçuş məhdudiyyətlərini” əsas gətirərək Moskvaya qayıtdıqlarını elan edib. Daha sonra isə aviaşirkətin əməkdaşı geriqayıdışı “təyyarədə problemlərlə” əlaqələndirib.
Kəşfiyyat məlumatı sızdırıldı: Rusiya 700 minlik ordu ilə ildırımsürətli hücuma keçəcək
Rusiya 700 min əsgər və Çin texnoloji dəstəyi ilə yay aylarında Ukraynaya böyük hücuma hazırlaşır. "Bakuinfo" Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı Pentaqondan sızan məlumata istinadən yazıb. Bildirilir ki, Kreml Ukraynanın şərq cəbhəsini sındırmağı planlaşdırır və onun son məqsədi “NATO-ya hücum”dur. Pentaqona görə, Rusiyanın getdikcə intensivləşən hava hücumlarının fonunda böyük qurudan hücum üçün yer açmaq strategiyası var. Respublikaçı mətbuatın və ABŞ
ABŞ-ın bu qərarı daha çox insanın ölümünə səbəb olacaq
Pentaqonun Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı yalnız Ukraynada daha çox insanın həlak olmasına səbəb olmayacaq, həm də Donald Trampın bir həftə əvvəl verdiyi vədlərə ziddir. "Bakuinfo" xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvlərinə istinadən yazıb. Nəşr xatırladıb ki, yardımın dayandırılması barədə qərarı Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbi qəbul edib. “Cənab Kolbi Ukraynaya hərbi yardımın əleyhinə çıxış
Rusiyanın 5 qonşusundan KRİTİK QƏRAR - Bu, müharibəyə hazırlıqdan xəbər verir
Moskva ilə hərbi münaqişəyə fəal hazırlaşan Rusiya Federasiyası ilə həmsərhəd olan beş dövlət piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxır. "Bakuinfo" Publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Sərhədləri möhkəmləndirmək və ərazisini mümkün Rusiyanın işğalından qorumaq məqsədi ilə Polşa Seymi Varşavanın Ottava Konvensiyasından çıxmasına səs verib. Hərbi idarənin rəisi Vladislav Kosiniak-Kamış Polşanın ölkənin müdafiə
Dəhşətli müharibə başlayır: Rusiya bu ölkələrə hücum edəcək - Səngərlər qazılır
Son illərin ən gərgin dövrlərindən birini yaşayan Avropanın şərq sərhədlərində beton səngərlər, tank xəndəkləri, yüksək texnologiyalı müdafiə sistemləri tikilir, xalq da müharibə psixologiyasına hazırlaşdırılır. "Bakuinfo" Publika.az-a istinadən xəbər verir ki, “Financial Times”ın məlumatına görə Finlandiya 200 kilometrlik sərhəd hasarını tikir, Baltikyanı ölkələr isə Rusiya və Belarusla sərhədlərini qorumaq üçün “Baltik müdafiə xətti” qurur. Polşa 1945-ci ildən bəri ən böyük müdafiə
Rejim təslim oldu: İranın sonu başladı - MOSSAD
İran rəhbəri Əli Xamenei ABŞ və İsraillə birbaşa danışıqların aparılmasına razılıq verib. "Bakuinfo" xəbər verir ki, bu haqda MOSSAD-ın sosial media hesabında bildirilib. “Əli Xamenei təslim oldu! Bu, İslam Respublikasının sonunun başlanğıcıdır. Gerisayım başladı”, - paylaşımda qeyd edilib. İran rəsmiləri hələlik bu iddiaya cavab verməyib.
Azərbaycanlılar və ermənilər bu ölkədən çıxarıldı
Son iki həftə ərzində ölkədə qanuni əsas olmadan olan 41 əcnəbi Gürcüstandan çıxarılıb. "Bakuinfo" Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Novosti Georgia”ya Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qovulanlar arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşları olub. Hamısına ölkəyə giriş qadağan edilib. Bütün iyun ayı ərzində 124
İrana qarşı növbəti hücumun vaxtı açıqlandı
İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır. “Bakuinfo” xəbər verir ki, bu sözləri İsrail parlamentində “İsrail bizim evimiz” partiyasının lideri Aviqdor Liberman deyib. “Bizim İrana qarşı növbəti hərbi kampaniyaya maksimum üç il vaxtımız var. Bu o deməkdir ki, İsrail hökuməti bütün prioritetlərini dəyişməlidir”, - o bildirib. Liberman müdafiə büdcəsini ÜDM-in 8%-nə çatdırmağa çağırıb. Liberman xatırladıb ki, İranın nüvə proqramı ciddi zərbə alıb, lakin o, məhv edilməyib
Lavrov vəzifəsindən azad edildi
Rusiyanın baş naziri Mixail Mişustin Aleksey Lavrovu maliyyə nazirinin müavini vəzifəsindən azad edib. "Bakuinfo" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Lavrov təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib. unikal.az
Büyükfırat ailəsində eyni gündə iki faciə - Foto
“Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib. "Bakuinfo" "qafqazinfo"ya istinadən xəbər verir ki, 27 yaşlı Ebrarcan Büyükfıratın meyiti yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binanın qarşısında tapılıb. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb.