Tramp Venesuela ilə bağlı bu göstərişi verdi
ABŞ Prezidenti Donald Tramp Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı rəsmilərə istinadən “CBS News” yayıb. Bildirilib ki, sözügedən obyektlərə hərbi hədəflər də daxildir. Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.
Fatih Altaylı azadlığa buraxıldı
Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bu ilin iyun ayında həbs edilən jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunurdu.
Putin SSRİ ilə bağlı qanun imzaladı
Rusiya Prezidenti Vladimir Putin 19 aprelin Sovet xalqına qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü elan edilməsini nəzərdə tutan qanunu imzalayıb. "Bakuinfo" xəbər verir ki, sənəd bundan əvvəl Rusiya Dövlət Dumasında qəbul olunub. Anım günü üçün 19 aprelin seçilməsi belə əsaslandırılıb: “1943-cü il aprelin 19-da 39 saylı fərman qəbul edilib. Bu, nasistlər və onların əlaltıları tərəfindən işğal olunmuş ərazilərdə dinc əhalinin məhv edilməsinə yönəlmiş məqsədyönlü və
Nazir açıqladı: İran əhalisinin 46 milyonunu itirəcək
Qarşıdakı illərdə İranda əhalinin azalması tendensiyası ən böyük böhranlardan birinə çevriləcək”. "Bakuinfo" əbər verir ki, bu barədə İran daxili işlər naziri İsgəndər Momeni bildirib. “Azalma tempi və sürəti davam edərsə, 2101-ci ildə ölkə əhalisi 40 milyon nəfərdən aşağı düşəcək. Bu, böyük fəlakət və bir ölkəni təhdid edən ən böyük təhlükə deməkdir”, - nazir vurğulayıb. Qeyd edək ki, hazırda İran əhalisinin sayı təxminən 86 milyondur. (Teleqraf.az)
Putin Nursultan Nazarbayevlə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Kremldə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevlə görüşüb. "Bakuinfo" xəbər verir ki, görüş Rusiya prezidentinin Kremldəki mənzillərinin yeməkxanasında baş tutub. Putin Nazarbayevlə müntəzəm əlaqə saxlayır. Onlar sonuncu dəfə 29 may 2025-ci ildə görüşüblər.
Türkiyədə minimum əməkhaqqı bu qədər artırıldı
Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib. Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.
SSRİ-nin bərpası ilə bağlı Kremldən açıqlama
Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Əvvəla, biz onların nə dərəcədə etibarlı olduğunu bilmirik. Bəli, bu mövzuda bəzi ayrı-ayrı məlumatları görmüşük, hətta, doğru olsa belə, bu, kəşfiyyatın hansısa yanlış mülahizələr, araşdırmalar və nəticələr çıxardığı hallar sırasındandır. Bu, qətiyyən reallığa uyğun deyil”, - Peskov bildirib. “Reuters”
Bu qəsəbəyə köçənlərə pul verilir
İtaliyada tarixi qəsəbədə köçüb yaşayanlara 30 000 dollar ödəniş edilir. Bu Toskana bölgəsində yerləşən Radikondoli qəsəbəsidir. Burada sakinlərin sayı cəmi 966 nəfərdir. Qəsəbə sakinlərinin sayını artırmaq üçün atılan addım isə müəyyən şərtlə edilir. Belə ki, 30 000 dollar həmin şəxslərə qəsəbəy köçüb 10 il müddətində buarada yaşayacağı təqdirdə verilir. Qəsəbədə kirayə yaşamaq istəyənlər üçün də 30 000 dollar ödənilir. Lakin onlar da qəsəbədə 4 il kirayə yaşamalıdır. Əvvəllər qəsəbədə 3000
Putinə məruzə edən general-polkovnik məhv edildi
9 dekabr tarixində Rusiya lideri Vladimir Putinə Kupyanskın Rusiya ordusunun nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlev təltif olundu. 12 dekabrda Zelenski Kupyanska səfər etdi (Kupyanskın işğal altında olmadığını nümayiş etdirmək üçün – red.). Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayıldı ki, general Kuzovlevin cəsədi tapılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. “İki gün əvvəl Zelenski şəxsən özü
“Green card” istəyənlərə PİS XƏBƏR: DAYANDIRILDI
“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır. "Bakuinfo" xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem "X" sosial şəbəkəsində bildirib. “Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən